Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə mövzu “qaynayır”, müasir yazarlar onları niyə nəsrə çevirmir?


Gənc qələm sahibləri bunu Azərbaycan reallıqları, toplumun özəllikləri və peşəkarlıq problemləri ilə izah edirlər; ancaq bu mövzuda əsər yazanlar da var...


Müasir Azərbaycanda istər siyasi, istər kriminal, istərsə də sosioloji baxımdan xeyli mövzu var ki, əsərlərə mövzu olmağı gözləyir. 

Ölkəmiz az qala bir-birindən fərqli mövzularla “qaynayır”. Bəzən bir neçə ay davam edən səs-küylü məhkəmələr, ölkə gündəmini silkələyən siyasi-iqtisadi olaylar, məmurların həbsi, hakimiyyət daxilində gedən çəkişmələrin qəribə təzahürü...

Bundan  başqa, statistikası gün-gündən qabaran intiharlar, qətllər, sosial problemlərin əlindən zinhara gələn insanların faciəsi. Film kimi görünür ilk baxışda. Və insan bir oxucu olaraq bunun nəsrə çevrilməsini, maraqlı, insanı arxasınca sürükləyən bir əsər kimi ortaya çıxmasını arzulayır. Axı ölkədə yazar, qələm adamı adına iddia edən çoxlu sayda insan var... 

Məsələn, “Qarabulaq əməliyyatı” niyə bu günədək bədii əsər, yaxud detektiv roman kimi qələmə alınmayıb? Polis-dövlət-şou biznes.... üçbucağının hakim olduğu bir əsər hər oxucu kəsiminə xitab etməzmi? Maraq, tiraj, ciddi reklam, ciddi para qazandırmazmı? O halda bu süstlüyün səbəbi nədir? Nəyə görə müasir Azərbaycan yazarı onlardan bəhrələnmir? Səbəb nədir? Bunun üçün cəsarəti yoxdur, mövzular ürəyincə deyil, yoxsa...?

Gənc yazar Mirmehdi Ağaoğlu bu sualımıza Frans Höhler adlı İsveçrə yazıçısını misal gətirməklə cavab verdi. Dedi ki, onun “Qapı döyülür” adlı romanı bizim dilə də çevrilib. Kitabın mövzusu olduqca sadədir. Demək olar ki, bizim cəmiyyətə aid olmayan məsələdir. Belə ki, bir kişi nə vaxtsa naməlum bir qadınla görüşür, 30 il sonra bir qız gəlib qapını döyür ki, sənin övladınam: “Mənə qəribə gəlmişdi ki, romanın mövzusu axı niyə bu qədər sadə ola bilər. Gəlin İsveçrəyə diqqət edək. Orada insanlar bizdəki kimi sosial problemlər yaşamırlar, orada ərlər ailələrini vətənində atıb Rusiyaya işləməyə getmirlər, qızlar sevdiklərinə ərə verilmədikləri üçün intihar etmirlər, arvad işləmək istədiyinə görə ər onu bıçaqlamır və sair. Bizim ölkədə isə bu cür problemlər bitib-tükənmək bilmir. Yəni harasa baş vurub, mövzu axtarmağa gərək yoxdur. Sadəcə, bunları bədii materiala çevirib, cəmiyyətin problemlərindən yazmaq olar”.




M.Ağaoğlu hesab edir ki, yazıçı bu faktları ələyindən keçirməli, onu bədii materiala çevirməyi bacarmalıdır. Vacib deyil ki, əsər çılpaqlığı ilə reallığı əks etdirsin: “Eşitdiyim bir hadisə, mövzu məni tutanda, onu bədii mətnə çevirə biləcəyimi düşünəndə hər cür mövzuya müraciət edirəm. Zəif və ya güclü olmasından asılı olmayaraq bu mövzuda bir neçə hekayə yazmışam. Məsəl üçün, polis zorakılığından bəhs edən ”Evə dönüş", maddi problemlərdən bəhs edən “Nisyə”, mədəniyyətlərin toqquşmasından, lap elə Xoşqədəm xanımın verilişində mövzu edərək yazdığım “Alman malı” və başqa hekayələrim var. Sağlıq olsun, sentyabr ayında çap olunacaq “Bu gün səbir elə” adlı romanda isə kredit, maddi sıxıntılar ucbatından dağılan bir ailənin taleyindən yazmışam. Qadın ailənin dolanışığını düzəltmək üçün əri ilə ayrılıb onu Amerikadan gələn varlı qadınla evlənməyə vadar edir. Sonrası isə... Sonrasını kitabdan oxuyarsız".

Image result for qan turali

Yazıçı Qan Tural isə estetik baxımdan realizmə başqa cür yanaşsa da, cəmiyyətimizin aktual problemləri barədə yazılmasının bir nömrəli tərəfdarı olduğunu bildirdi. Müsahibimizin fikrincə, oxucuları ədəbiyyatdan soyudan səbəblərin ən birincisi də məhz budur: “Oxucular yaşadıqları cəmiyyətin problemlərini, ağrılarını və sevinclərini romanlarda tapa bilmirlər. O ki qaldı sualınıza, yəni niyə belə əsərlər yazılmır sualına, cavab verim. Əslində yazılır, amma bunların sayı azdır. Ən birincisi cəsarət məsələsidir, həm estetik, həm də sosial mənada cəsarət. Hamının gördüyü şeyi yazmaq çətindir, yazıçı düşünür ki, hamının bildiyi şeyi necə yazım? Əslində isə ədəbiyyat da budur, hamının gözü qarşısında olana başqa bir baxış, başqa bir yanaşma yaratmaq! Hamının gördüyü dünyanı yenidən yaratmaq!” 

Qan Turalıya görə, məsələnin sosial-siyasi aspekti də var. Belə ki, ictimai mövzulardan yazarkən bir çox ictimai qurumun mənafeyinə toxunmalı olursan. Onun fikrincə, Qarabağı verənlər cəzalandırılmadı, amma Əkrəm Əylisliyə layiqli şəkildə dərs verildi: “Gənc yazıçı da belə şeyləri görüb deyir ki, elə yaxşısı budur Pekin ördəklərinin ölüm səbəblərindən yazım...” 

Image result for cəlil cavanşir

Cəlil Cavanşir də bu mövzuda həmkarlarından çox da fərqli düşünmür. Onun fikrincə, Azərbaycanda yazılmağını gözləyən xeyli mövzu var: “Məsələn, Meydan hərəkatı, Qarabağ müharibəsi, 2003-cü ilin hadisələri ciddi ədəbiyyat mövzusudur. Eyni zamanda son dövrün siyasi hadisələri, baş verən proseslər ədəbiyyata gəlməlidir. ”Qadın corabları" romanımda müəyyən siyasi hadisələri və baş verən oyunları qələmə almışam. Bəzi mövzuları qələmə almaq üçün zamana, bəzi mövzuları yazmaq üçün cəsarətə ehtiyac var. Mən həm nəzmdə, həm də nəsrdə heç bir mövzudan çəkinmirəm. Hazırda yazdığım romanın da mövzusu haqqında danışdığımız mövulardan yan keçmir".



Yazıçı Şərif Ağayar isə düşünür ki, yaxşı əsər üçün yazıçıdan həm istedad, həm intellekt, həm də azadlıq və vicdan tələb olunur. Müsahibimiz bu xüsusiyyətlərin hamısını özündə birləşdirən yazarlarımızın çox az olmasından şikayətləndi: “Hərədə bir və ya bir neçə xüsusiyyət çatışmır. Hətta elə yazıçılarımız var ki, bu keyfiyyətlərin heç biri onda yoxdur, amma əvəzində hər şeyi var”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar