Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öz siftəsini korlayan deputat

Böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadənin ünvanına Azərbaycanda hələ də çatlaq səslər eşidilir


İkiqat yazıqlar olsun ki, bu tarixi şəxsiyyətə, xalqa Cümhuriyyət və istiqlal bəxş eləmiş, ona “azadlıq dadızdırmış” KİŞİyə hörmətsizlik bu dəfə Gəncədə, AXC-nin elan edildiyi, üçrəngli bayrağımızın qaldırıldığı mənəvi paytaxtımızda edilib.

Söhbət Rəsulzadəni “vətən xaini”, “satqın” adlandıran Naqif Həmzəyev ad-soyadlı bir zatdan gedir. Meydana yeni atılmış bu individ təzəlikcə hökumət siyahısı üzrə deputat mandatı alanlardandır, YAP Gəncə şəhər gənclər təşkilatının sədridir. 

Görünür, başgicəllənməsi tutub, ilk debütdəcə işləri korlayıb, barıtı çox edib, təmsil elədiyi hakimiyyətə, YAP-a “ayı xidməti” göstərib. Hər halda onun “ümummilli lider” dediyi şəxs – sabiq prezident Heydər Əliyev Rəsulzadə haqda bəd fikirdə olmayıb, onu “istiqlaliyyətimizin qurucusu” adlandırıb. İndiki hakimiyyətin özü də Cümhuriyyət banisinə qarşı əvvəlki aqressiv mövqedə deyil – bu da var. 

32 yaşında deputat təyin edilənədək Gəncənin icra başçısının 1-ci müavini olmuş (hansı bacarığına görə - bu da aydındır, yəqin ki) Naqifin sərsəmləmələrini burada təkrar verməyə lüzum görmürük. Çünki söylədikləri təzə deyil. Onun kimin, hansı dairənin leksikonu ilə danışdığı da gün kimi aydındır. 

Di gəl, Azərbaycan xalqının bu ləyaqətli oğluna, şəxsi xoşbəxtliyini və ailəsini belə öz xalqının istiqlalı yolunda təmənnasız fəda etmiş bu dahi insana qarşı hədyanlara ziyalılar, tarixçilər, araşdırmaçılar, professor Şirməmməd Hüseynov tərəfindən zaman-zaman ən yüksək səviyyədə layiqli cavablar verilsə də, yenə kimlərsə ortaya çıxıb xalqın heysiyyatı ilə oynamağa özündə cürət tapır. 

Bihudə məşğuliyyətdir. Ona görə ki, Rəsulzadə birilərinin nə deməsindən asılı olmayaraq, çoxdan xalqın qəlbində özünə heykəl, taxt qurub, milli-mənəvi sərvətə, dövlətin və millətin əbədi tanınma nişanına – brendinə çevrilib. 

Zaman-zaman Rəsulzadəni vicdansızcasına söyməklə kimlərsə çörək və karyera qazanıb, varlanıb, “parlayıb”. Amma o çörəyi yemək mümkün olmayıb. Olmayacaq da. Nədən ki, Rəsulzadə istiqlal qurucumuz olmaqla bahəm, bir dəyərdir – yeyiləsi, həzm olunası, vazkeçilməsi mümkünsüz olan dəyər!! 

Yazıqlar olsun ki, YAP-ın bərkgedən  gəncinə bu sadə həqiqət çatmayıb və Naqif çoxdan keçilmiş NAQİS yola qayıtmaqla hakimiyyətdən, havadarlarından “molodes” almaq sevdasına düşüb...

Başa düşürük, Rəsulzadənin adicə mənəvi varlığı da bu saxta millət vəkilinin təmsil elədiyi ideoloji qrupun, siyasi dairənin varlığına təhlükədir. Azərbaycan manatının üzərindın onun əksinin, Bakı Dövlət Universitetindən isə adının niyə götürüldüyü də ölkədə hamıya bəllidir. 

Rəsulzadənin möhtəşəmliyi elə bundadır – xalqla onun əbədiyaşar qarşılıqlı sevgisində. Bu sevgi yasaq edildikcə, Rəsulzadəyə daşlar atıldıqca daha da böyüyür, şiddətlənir, şirinləşir... 

Bişəkk, milləti təmsil edən deputat heç vaxt Rəsulzadə haqda hərzə-mərzə danışmaz, həqarəti özünə rəva bilməz. Bu, meşşanlıqdır, öz xalqının şanlı və fəxr ediləsi tarixinə qarşı siyasi tərbiyəsizlikdir, yediyin qaba tüpürməkdir. 

Allah Azərbaycanı belə təhlükəli, manqurt gənclərdən, XXI əsrin potensial  “əliheydər qarayevlərindən” qorusun ki, onlar daha yüksək dövlət vəzifələri ələ keçirməsinlər...

***   
Adama deyərlər, heç olmasa, Məhəmməd Əmin Rəsulzadənin həyatı barədə bir kitab oxumusanmı? Onun əsərlərindən, Şirməmməd müəllimin Rəsulzadə haqda tarixi faktlara və həqiqətlərə söykənən bircə araşdırmasından xəbərin varmı?

Yoxdusa, o zaman təcili şəkildə mumla.

Zahid SƏFƏROĞLU(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar