Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Adminstrasiyasında danlanan Rəfael Cəbrayılov aldatdığı vətəndaşlarla məxfi ittifaq qurur - Təfərrüat

Son zamanlar mətbuatın gündəmindən düşməyən Rafael Cəbrayılovla bağlı yeni məlumat əldə etmişik


PİA.AZ bildirir ki, Savash.org-a sızdırılan həmin məlumatda bildirilir ki, Rafael Cəbrayılov haqqında mediada səsləndirilən dələduzluq ittihamları ilə bağlı Prezident Adminstrasiyasına çağırılıb və ondan bu söhbətlərə birdəfəlik son qoymaq tələb olunub. 

Deputat isə hüzuruna çağırıldığı PA rəsmisi qarşısında öhdəlik götürüb ki, məsələni tezliklə yoluna qoyacaq.

Məhz bundan sonra millət vəkili artıq ondan mətbuata dəfələrlə şikayətçi olan "Lombard" sahibi, sahibkar Məlahət Abbasovadan aldığı pulun bir hissəsini qaytarıb. Çox yaxın günlərdə pulun qalan hissəsinin də qaytarılacağını vəd edən deputatın isə borclu olduqları qarşısında yeganə şərti, onların borc bağlandıqdan sonra mətbuatda çıxış edərək bir müddət öncə dediklərini təkzib etməsi olub. Tərəflərin bu məsələdə də anlaşdığı və Rafael Cəbrayılovun sözünü tutacağı təqdirdə borcluların dediklərini təkzib edəcəyi gözlənilir.

Xatırladaq ki, deputat dəfələrlə mətbuata verdiyi açıqlamalrda heç bir vətəndaşdan pul almadığını və ona şər-böhtan atıldığını bildirirdi. İndi isə sahibkar xanımın və digərlərinin pulunu qaytarmaq istəməsi bu anlama gəlir ki, əslində Rafael Cəbrayılov həqiqətən də mandatından istifadə edərək vətəndaşları aldatmaqla məşğul olub. 

Qeyd edək ki, yuxarıda bəhs etdiyimiz epizod Rafael Cəbrayılovun yeganə “əl işi” deyil. Belə ki, deputatın Şirvan şəhərində bir sahibkara da 35 min manat pul atdığı deyilir.Həmin sahibkardan pul ona görə alınıb ki, deputat sahibkara icra hakimiyyətindən obyekt üçün topraq sahəsi alacaqmış. Ancaq sahibkar artıq neçə aydır ki, süründürülür.Həmin sahibkarın kimliyi, eləcə də məsələ ilə bağlı daha geniş təfərrüatları yaxın günlərdə diqqətinizə çatdıracağıq.

Xatırladaq ki, millət vəkili Rafael Cəbrayılov və ortağı Mirəhməd Abbasovun “Lombard” firmasının müdiri Məlahət Qurbanova və vətəndaş Osman Hacıyev arasında qalmaqal mətbuatın gündəmindən uzun müddətdir ki düşmür. Belə ki, Mirəhməd Abbasovun deputatın adı ilə götürdüyü 165 min manat pul geri qaytarılmayıb və qarşı tərəf bununla bağlı həm Baş Prokurorluğa, həm də mətbuata müraciət edib.

Maraqlıdır ki, M.Qurbanovanın açıqlamasından sonra M.Abbasov Vüqar Hümbətov adlı şəxsin dələduz və iş adamı olması barədə açıqlama verərək, bütün günahı onun üzərinə yıxmaq istəyib.

R.Cəbrayılovun sürücüsü olmuş və hal-hazırda da deputatın vaxtilə yaşadığı özünə məxsus Azadlqı prospektində yerləşən 47 saylı məktəblə üzbəüz 9 mərtəbəli binada yaşayan V.Hümbətov qurbanlıq seçilərək, bütün borclar onun üzərinə yıxılır. Nəticədə isə M.Abbasov özünü məsuliyyətdən qurtarmaq istəyir.

Halbuki, hazırda istintaq materialı olduğundan açıqlaya bilmədiyimiz dəlil-sübutlarla tanış olduqda bəlli olur ki, Mirəhməd Abbasov Məlahət Qurbanovanın rəhbərlik etdiyi “Lombard”dan 165 min manat məbləğində pulu Cəbrayılov qardaşları ilə birlikdə şərikli bina inşa etdirdiklərini bildirərək götürüb. Hətta M.Abbasov ona millət vəkilinin sahibi olduğu binadan 300 min manat dəyəri olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib. Tikintini isə R.Cəbrayılovun qardaşı E.Cəbrayılovun adına olan “Dərhal” MMC inşa etdirir. Bunu rəsmi sənədlər də təsdiqləyir.

Mirəhməd Abbasovun deputatın qardaşının rəhbərlik etdiyi MMC üzərindən dələduzluğu bununla yekunlaşmayıb. Belə ki, bir mənzili bir neçə nəfərə satmaqda mahir olan bu şəxs E.Cəbrayılovun imzası ilə “Dərhal MMC”nin Mehdiabad qəsəbəsində inşa etdirdiyi Binəqədi Gənclər Şəhərciyindən 117 kv.metrlik mənzili 52 min manata Osman Hacıyevə satıb. O.Hacıyev bildirir ki, “Lombard”dan pul götürən Mirəhməd Abbasovla münasibətləri iş prossesi zamanı yaranıb. Daha sonra M.Abbasov ona R.Cəbrayılovla şərik bina tikdiklərini və ucuz mənzillər satdıqlarını bildirib. Bu şəхsin səmimiyyətinə inanan zərərçəkən 52 min manat verərək “Dərhal MMC”dən bu mənzili alıb və tərəflər arasında 2012-ci ildə müqavilə imzalanıb.

Müasir Müsavat Pariyasının sədri Hafiz Hacıyev isə qalmaqallı deputatla bağlı şok açıqlamalar vermiş, Rafael Allahverdiyevi MTN-nin həbsdə olan generalları ilə əlaqədə suçlamaqla yanaşı, arvadının erməni olduğunu da iddia etmişdi. 

Həmin videonu təqdim edirik:



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar