Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentləri niyə ABŞ görüşdürmək istəyir?


Böyük pauzadan sonra Vaşinqton prosesi “ölü nöqtə”dən çıxara biləcəkmi? Rusiya amilini neytrallaşdırmaq üçün görüş yerini deyil, ikili standart siyasətini dəyişmək lazımdır...


AzərbaycanErmənistan prezidentlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb. 

İlham Əliyev və Serj Sarkisyan sentyabrda ABŞ-da bir araya gələcəklər. Görüş BMT Baş Assambleyasının Nyu-Yorkda növbəti iclası çərçivəsində baş tutacaq və bu, iki ölkə prezidentinin son illərdə sayca dördüncü görüşü olacaq.

Məhz elə bu məqsədlə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir. Onlar Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşünün təşkili məsələsini müzakirə etməyə hazırlaşırlar. Bəllidir ki, həmsədrlərin birgə səfərindən öncə amerikalı vasitəçi Ceyms Uorlik ayrıca İrəvan və Bakıya gedərək, bu yöndə danışıqlar aparıb. 
 
Əslində Nyu-York görüşünün anonsu prezidentlərin ötən il oktyabrın 27-də Parisdəki sonuncu görüşü zamanı verilib. Yəni belə qənaət hasil olur ki, onlar növbəti dəfə 11 aydan sonra (!) görüşəcəklər. Bu, əlbəttə ki, son illərin danışıqlar tarixində ən böyük pauzadır və ilk növbədə sülh prosesinin dalana girdiyini, Qarabağ müzakirələrinin səmərəsizliyini göstərir. Elə bu məqamı nəzərə alan Bakı rəsmiləri bəyan ediblər ki, Azərbaycan tərəfi görüş xətrinə görüş keçirməyin tərəfdarı deyil.    
 
*** 
Lakin həmsədr ölkələr, xüsusən də ABŞ və Fransa təmsilçiləri belə hesab edirlər ki, nəticə olmasa da, prezidentlərin adicə görüşüb şəkil çəkdirməsinin özü pozitivdir və müharibə ehtimalını azaldır, sülhə ümidləri artırır, qarşılıqlı etimada xidmət edir.
 
Müharibənin mümkünlüyünü isə getdikcə daha çox ekspert real hesab eləməkdədir. Narahatlıq həmçinin iki həmsədrlər ölkə - ABŞRusiya arasında Ukraynaya görə yaşanan gərgin münasibətlərdən yanadır. Təhlükə var ki, bu ziddiyyətlər Qarabağ probleminin həll axarını daha arzuolunmaz səmtə yönəldə bilər. Odur ki, ABŞ konflikt ətrafındakı situasiyanı daha ciddi nəzarət altında saxlamağa, tərəfləri sülhə vadar eləməyə çalışır. 

Rusiya tərəfindən Ukraynada həyata keçirilən beynəlxalq işğal səbəbindən bu ölkənin ABŞ və digər Qərb dövlətləri ilə münasibətləri kəskinləşib, lakin prezident Barak Obama, dövlət katibi Con Kerri ardıcıl şəkildə qeyd edirlər ki, ortaq maraqların olduğu məsələlərdə biz birgə işləməyə hazırıq”. 

Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills yerli portallardan birinə müsahibəsində Dağlıq Qarabağ problemi ilə bağlı iki ölkənin mümkün əməkdaşlığına dair sualı cavablandırarkən bildirib. 



“Düşünürəm ki, ABŞRusiyanın konfliktin dinc nizamlanmasından dolayı hədəfi eynidir. Bizim qiymətləndirməmizə görə, münaqişə tərəflərindən də heç biri konfliktin və ya müharibənin bərpa olunmasına səy etmir. Biz artıq illərdir çalışırıq ki, düşmənçiliyi aradan qaldırmadan ötrü ermənilər və azərbaycanlılar arasında ünsiyyəti təmin edək” - deyib diplomat.

Səfir Minsk Qrupu həmsədrliyinə Türkiyə və Almaniyanın gətirilməsi ehtimalına da toxunub: “Birləşmiş Ştatlar hesab edir ki, indiki tərkibdə dəyişiklik etməyə heç bir ehtiyac yoxdur. Minsk Qrupunun tərkibində də hər hansı dəyişiklik mümkün deyil, əgər buna bütün tərəflərin hamısının razılığı yoxdursa”.

*** 
Ancaq fakt budur ki, hazırkı həmsədrlər daha çox ermənilərə meyllilik nümayiş etdirir, Azərbaycana münasibətdə ikili standartlardan çıxış edir, işğalçını adı ilə çağırmırlar. Halbuki Rusiyaya, Krıma münasibətdə diametral əks mövqe sərgilənir. Almaniya və Türkiyənin vasitəçiliyə gətirilməsini də ən əvvəl bu disbalans diktə edir.    

İki isti nümunə: bir neçə gün öncə ABŞ-ın vitse-prezidenti Co Bayden Şərqi Ukraynada separatçı rejimlərin oktyabrın 18-də yerli “seçkilərə” hazırlaşmasını qətiyyətlə pisləyən açıqlama verdi. Bayden bəyan elədi ki, bu, birbaşa Minsk anlaşmasının və Ukrayna qanunvericiliyinin pozulması demək olacaq.

 
Yada salaq ki, mayın 3-də Dağlıq Qarabağda da qanunsuz seçkilər keçirilmiş, lakin Amerikadan analoji sərt bəyanat gəlməmişdi. Sual ortaya çıxır yenə: nədən Dağlıq Qarabağdakı “seçkilərə” eyni kəskin reaksiya göstərilmir, hələ üstəlik, bu separatçı quruma ABŞ hər il maliyyə yardımları ayırır, “Dağlıq Qarabağ xalqı öz gələcəyinin müəyyən edilməsində iştirak eləməlidir” kimi ikibaşlı yanaşma sərgiləyir?

Rusiyanın mövqeyindən danışmağa ümumiyyətlə dəymir, çünki bu ölkə, sadəcə, Ermənistanla birgə münaqişə tərəflərindən biridir. Krımın işğal gününü özünün tarix kitablarına salmağa hazırlaşan bir dövlət, Ermənistanın hərbi müttəfiqi, görəsən, Dağlıq Qarabağ məsələsində ədalətli münsif ola bilərmi? Sual ritorikdir.
*** 

Hərçənd Rusiya özünü elə aparır ki, guya Ermənistanla Azərbaycana eyni gözlə, ədalət prizmasından baxır. Hətta tanınmış rusiyalı telejurnalist Vladimir Pozner iddia edir ki, “Azərbaycanla münasibətlər Rusiyadan ötrü Ermənistandan daha önəmlidir”. Bu fikri o, erməni saytına müsahibəsində söyləyib. “Konkret halda Rusiya öz maraqlarından çıxış edir və Azərbaycanla əlaqələr Moskva üçün daha mühümdür” - deyib Pozner. 

İki ölkənin iqtisadi resurslarını müqayisə edən analitik ardınca bildirib: “Bir yanda Ermənistan adlı ölkə var. Kasıbdır, orada daşlı torpaqdan və bir də ərikdən savayı heç nə yoxdur. Balaca, kiçik xalqı olan ölkədir. Başqa yanda isə Azərbaycan var - olduqca varlı neft ölkəsi, açıq-aşkar yüksəlişdə olan, üstəlik, Türkiyə ilə sıx əlaqələrə malik bir ölkə. O Türkiyə ki, çox mühüm dövlətdir, NATO üzvü, ümumiyyətlə Cənub cinahında ən vacib dövlətlərdən biridir. Və bir yanda da Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə konflikt var. Mən artıq öz proqramımda bildirmişəm ki, siyasət - kim nə deyir-desin, nə vicdani hisslərə, nə də mənəviyyata və ədalətə əsaslanır. Siyasət - soyuq hesablama isidir, milli maraq anlayışından çıxış  edən dəqiq hesablamadır”.



“Odur ki, əgər bu anlayışdan çıxış eləsək, Rusiya üçün  Azərbaycanla əlaqələr daha vacibdir, nəinki Ermənistanla. Ola bilsin, bu, kiməsə xoş gəlməsin, necə istəyirsiniz, lakin məsələlərə sakit, soyuq başla baxanda, bu, məhz belədir. Ona görə də Rusiyanı mən günahlandırmazdım” - əlavə edib Pozner.
*** 
Poznerin Azərbaycanla bağlı söylədikləri təbii ki, səmimiyyətdən uzaqdır. Ən azı ona görə ki, vacib tərəfdaş sayılan bir ölkənin  problemlərinin də qayğısına qalırlar. Qarabağ məsələsində isə Rusiyanın fəallığı, problemi yoluna qoymaq əzmi sezilmir. Rusiyanın Ermənistana real təsir imkanlarını nəzərə alsaq, konfliktin həlli məhz Kremlə görə yerində sayır və böyük ehtimalla prezidentləri Nyu-York təması da bu acı reallığı dəyişmək gücündə olmayacaq. 

Rusiya amilini neytrallaşdırmaq üçün görüş yerini yox, ikili standart siyasətini dəyişmək lazımdır. Qərbi nəzərdə tuturuq.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar