Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqaz uğurunda ABŞ-Rusiya rəqabəti şiddətlənib


Orxan Qafarlı: “ABŞ-da anlayırlar ki, Ermənistan və Gürcüstan Qərbin yanında yer aldıqdan sonra Azərbaycanla iş rahat olacaq”


ABŞ 2015-ci ildə Gürcüstana əlavə olaraq 20 milyon dollar həcmində hərbi yardım edəcək. Bu barədə APA “Qruziya-onlayn” saytına istinadən xəbər yayıb. Məlumatda bildirilir ki, Pentaqonun mətbuat katibi Piter Kuk bu barədə avqustun 18-də ABŞ-ın müdafiə naziri Eşton Karter gürcüstanlı həmkarı Tina Xidaşeli arasında görüşdən sonra açıqlama verib. 

“Eşton Karter bildirib ki, ikitərəfli və çoxtərəfli təlimlər və treninqlər daxil olmaqla, ABŞ Gürcüstanla hərbi sahədə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir. Həmçinin nazir Gürcüstan-NATO komissiyası formatında da münasibətlərin inkişaf edəcəyini təsdiqləyib”, - deyə P.Kuk bildirib.

Məlum olduğu kimi, ABŞ hökuməti artıq 10 ildən çoxdur Gürcüstan ordusunun təlim və təchizat işində önəmli paya sahibdir. Vaşinqton Qafqazda əsas müttəfiqi hesab etdiyi Tiflisi ayaqda saxlamaq üçün ona hərbi sahədə ciddi yardımlar edir. 

Ancaq Cənubi Qafqazda xaricdən hərbi yardım alan ölkə yalnız Gürcüstan deyil. Ermənistan da vaxtaşırı əsasən Rusiyadan güzəştli şərtlərlə və ya sadəcə yardım olaraq silah alır. Aydın məsələdir ki, hazırda silah yardımı bir çox ölkələr arasında mövcuddur. Bu, həm də siyasi anlam daşıyır və bir ölkənin digərinə dəstəyini ehtiva edir. 

Bu mənada Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanın “himayədarı” yoxdur. Bakı silah-sursatını özü alır. Doğrudur, əvvəllər Vaşinqtonla, eləcə də Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq çərçivəsində hərbi yardımlar olub. Ancaq bu yardımlar daha çox təlim proqramlarına istiqamətlənib. Azərbaycana silah yardımının olmaması ölkəmizin varlı olması, bu silahları öz imkanları hesabına ala bilməsi ilə izah olunsa da, yardımdan çox hərbi-siyasi dəstək kimi qəbul olunan hərbi yardımın Azərbaycana edilməməsi Bakının güclü hərbi dəstəyinin olmaması kimi də yozulur.

Yeni Türkiyə Araşdırmaları Mərkəzinin Avrasiya üzrə eksperti Orxan Qafarlı Cənubi Qafqaz ölkələrinə hərbi yardımların böyük dövlətlərin bu regiondakı rəqabəti kimi dəyərləndirir: “Cənubi Qafqazda yaxın gələcəkdə Rusiya ilə ABŞ və AB arasında rəqabətin daha da güclənəcəyi siqnallarını üç ilə yaxındır ki, alırıq. İlk siqnallar ”ərəb baharı" ilə başladı və bu “baharın” Cənubi Qafqaz və Orta Asiya qədər davam etməsi istənilirdi. Məsələ ondadır ki, Qərbdə antirus və “şahin siyasəti” dəstəkləyən qruplar “Böyük Yaxın Şərq” dedikdə bunun coğrafi sərhədlərini klassik anlamda Yaxın Şərqin Məşriq (Şərqi) və Məğrib (Qərbi) ilə birlikdə Cənubi Qafqazı və Orta Asiyanı əhatə edirdi. Lakin Rusiya siyasi elitası bu layihələrdən xəbərdar olduğu üçün bu problemdən çıxış yolu olaraq Suriyada “ərəb baharı”nın dayanmasına çalışdı. Suriyada “ərəb baharı”nın məqsəd və məramı çox tezliklə terrorist qrupların fəaliyyətinə çevrildi. Rusiya artıq belə bir təcrübəni Şimali Qafqazda çeçen müstəqillik hərəkatında yaşamışdı. Beləliklə, Rusiya Suriyada “ərəb baharı”nı elə durdurdu ki, bu oyanış “rus baharı”na çevrilə bilmədi. “Rus baharı” dediyimiz zaman postsovet coğrafiyasını nəzərdə tuturam. Rusiyanın bu antiinqilab ssenarilərinin müəllifi Qleb Pavlovskidir".

O.Qafarlı deyir ki, bu mövzuda ikinci önəmli proses 2013-cü ilin sonu və 2014-cü ilin ilk üç ayında Ukrayna böhranı ilə başladı: "Ukraynada proseslər başladıqda hər kəs üçün aydın idi ki, növbəti region Cənubi Qafqaz olacaq. Əslində bu proses “ərəb baharı”nın bir başqa formada davamı idi. Rusiya diqqət etdinizsə Ukraynada bənzər ssenari işlədi, ilk olaraq Krımı işğal etdi. Daha sonra Ukraynanın Şərqində bir konflikt yaratdı ki, uzun zaman Ukraynanın stabilləşməsi, AB və NATO kimi birliklərə inteqrasiyasını durdurdu. Qərbin hər vəchlə antirus çevrələmə siyasətinin qarşısını almağa çalışır". 

O.Qafarlı deyir ki, Rusiya Cənubi Qafqazda mövqelərini daha da möhkəmlətmək üçün Ermənistanda iqtidarda olan Qarabağ ermənilərinə dəstək sözü verir. Ekspertə görə, Moskva yardım və dəstək verməklə Ermənistanın Qərbin təsir dairəsinə düşməməsinə çalışır: “Bugünlərdə ruslar Ermənistana satılan qaz qiymətlərində endirimlərə getdilər. Hərbi dəstək üçün yeni silahlarla təmin edirlər. Ermənilərə böyük miqdarda kredit imkanları açılır. Bunun əsas səbəbi son zamanlar RusiyaAzərbaycan arasında siyasi, iqtisadi və hərbi münasibətlərin düzəlməsidir. Ruslar ermənilərin narahatlığını ortadan qaldırmaq üçün bu yardımları edirlər. Digər tərəfdən, Rusiya eyni zamanda anlayır ki, Azərbaycandan çox Ermənistanda istər iqtisadi və siyasi olaraq bir inqilab reallaşdırmaq üçün Qərbin əlində münbit şərait var. Erməni iqtisadiyyatının bərbad vəziyyətdə olması, əhali arasında işsizliyin yüksək olması bu ölkədə inqilab imkanlarını artırır. Bunun üçün Rusiya erməni elitasına çox açıq siqnallar verir ki, əgər belə bir şey reallaşsa, Moskva Bakının yanında yer ala bilər. Bunun yanında da ermənilərə hərbi və iqtisadi yardımlar edirlər”. 

Ekspertə görə, ABŞ-ın Gürcüstana olan dəstəyi Vaşinqtonun Qafqazda möhkəmlənməsi, eləcə də gürcülərin ayaqda saxlanmasına hesablanıb: “ABŞ Gürcüstanda hərbi və siyasi gücünü daha da gücləndirmək üçün 20 milyonluq hərbi yardım edib. Bunun bir səbəbi də mümkün olduğu qədər Ermənistanda ictimai fəallığı artırmaqdır. Yəni inqilab imkanlarından maksimum istifadə edəcək. Bunun üçün ABŞ-da ”şahin" və antirus çevrələr daha çox Ermənistan üzərinə diqqətlərini yönəldirlər. ABŞ-da olan bu qruplar gözəl anlayırlar ki, Ermənistan və Gürcüstan Qərbin yanında yer aldıqdan sonra Azərbaycanla iş rahat olacaq. Onsuz da enerji layihələri ilə Qərblə iç-içə keçmiş Azərbaycan var. Rusiyanı alternativ enerji yolları ilə “mühasirəyə alan” yeganə ölkə Azərbaycandır. BTC, TANAP, TAP layihələri bunun açıq göstəricisidir. Siyasi olaraq da tam yanlarına çəkmək üçün Qərb ilk öncə Ermənistandan başlamaq istəyir. Çünki düşünür ki, Ermənistan Rusiyadan ayrılsa, Azərbaycanda güclünün, yəni birmənalı olaraq ABŞ-ın yanında olacaq. Yəni Azərbaycanın balanslı siyasət deyil, tamamən Gürcüstan kimi ABŞ yanlı bir xarici siyasəti olacaq".(musavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar