Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda 4 günlük müharibənin başlamasından 1 ay ötdü - əsas nəticə...

Ötən bir ayda sülh yaxınlaşmaq əvəzinə, daha əlçatmaz olub; işğalçı Ermənistanın iddialı mövqeyi yeni və böyük hərbi eskalasiyaya zəmin yaratmaqdadır; politoloq: “4 günlük müharibə baş verəcəklərin yanında jurnal ola bilər...”


Dağlıq Qarabağ konflikti ətrafında keyfiyyətcə tam yeni situasiyaya səbəb olan 4 günlük müharibənin başlanmasından 1 ay ötür. 

Ancaq hələ ki, bu keyfiyyət dəyişikliyi özünü nizamlama prosesində göstərə bilməyib. Halbuki, 2-5 aprel döyüşləri zamanı bütün dünya, məxsusən də həmsədr dövlətlər - Rusiya, ABŞ və Fransa əmin oldular ki, münaqişə hər an genişmiqyaslı müharibəyə də çevrilə bilər, əgər tezliklə onun həllində ciddi irəliləyiş əldə olunmasa. 

Əfusus ki, bu irəliləyiş hələ ki, gözə dəymir. Əksinə, 5 aprel atəşkəsindən sonra Ermənistan şərtləri yerinə yetirmək əvəzinə, öz havadarına - Rusiyaya güvənərək bir az da radikal mövqeyə köklənib və əlavə absurd şərtlər irəli sürür. Dünya işğalçıdan ərazilərin heç olmasa, bir qismini boşaltmağı gözlədiyi halda, İrəvan, nümayişkaranə şəkildə sülh prosesindən boyun qaçırır.

Belə çıxır bu 1 ay boşuna gedib. Demək yeni müharibə ehtimalı sövq-təbii yüksəlib. Əksər təhlilçilər də elə o qənaətdədir ki, məhz aprel savaşından sonrakı bir neçə ay ərzində nizamlama prosesində ciddi dönüş olmasa, daha genişmiqyaslı qarşıdurma qaçılmaz olacaq.
Müharibədən qaçmağın yeganə alternativi isə münaqişə ətrafındakı status-kvonu təcili dəyişməkdir. Bunu ilk növbədə beynəlxalq güclər etməlidir. Əlbəttə ki, belə vəziyyətdə, yəni beynəlxalq birlikdən, ATƏT-in Minsk Qrupuna rəhbərlik edən üçlü dövlətdən - ABŞ-dan, Rusiyadan, Fransadan heç bir ciddi təzyiq görməyən təcavüzkarı Azərbaycan özü ram eləmək, cəzalandırmaq zorunda qalır. Demək, Qarabağ münaqişəsi zonasında yeni və daha böyük müharibə riski ciddi olaraq qalır. 

***
Şübhə yox ki, məhz bu riski nəzərə alaraq da, ötən həftəsonu Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerri bir daha telefonda Qarabağ məsələsini müzakirə ediblər. Daha sonra ABŞ Dövlət Departamentinin rəsmisi bir daha “münaqişə tərəflərini nizamlama prosesinə qayıtmağa” çağırıb. 

Lakin əfuslar olsun ki, bu kimi zəng və çağırışlar işğalçı üçün yetərli deyil, danışıqlar prosesində staqnasiya davam edir. AzərbaycanErmənistan prezidentlərinin görüşü indi heç üfüqdə də görünmür. İki ölkənin xarici işlər nazirlərinin təması da tezliklə nəzərdə tutulmur. Azərbaycan XİN başçısı ötən həftə yalnız onu deyib ki, gələn həftə o, həmsədrlərlə görüşə biləcək.

Hələlik üzdə olan həm də budur ki, Rusiya Qarabağ danışıqlarında özünü monopolist kimi aparır. Sanki ABŞ yaxasını kənara çəkib və Kremlin bu işi necə çözəcəyini müşahidə eləməkdədir. Rusiyanın isə, şübhəsiz, Qarabağla bağlı öz maraqları var - bunlar Azərbaycanı da Ermənistan kimi Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşmaq, bir də imkan düşərsə, konflikt zonasında öz hərbi qüvvələrini yerləşdirmək. 

Bəs bundan sonrakı gözləntilər, proqnoz nədir? 

“İndiki vəziyyətdə beynəlxalq birliyin susqun davranışına və atəşkəsin Ermənistan tərəfindən kobud şəkildə pozulmasının, dinc əhalini, yaşayış məntəqələrini hədəf seçməsinə kənar müşahidəçi kimi izləməsinə hər kəs təəccüb edir. Çünki aprel ayının əvvəllərində baş vermiş Ermənistanın məlum hərbi təxribatından sonra beynəlxalq birlik, Minsk Qrupu çox fəal reaksiya verdi. Atəşkəsin dərhal saxlanması ilə bağlı təşəbbüslərlə çıxış etdilər. Xüsusilə rəsmi Moskva fəallığı ilə daha çox seçildi. İndiki vəziyyətdə isə biz analoji reaksiyanın şahidi olmuruq. Buna görə də ortaya çoxsaylı suallar çıxır”.

Bu barədə politoloq və deputat Elman Nəsirov bildirib (Ölkə.az). Onun sözlərinə görə, mövcud durumda Ermənistan rəhbərliyinin ağılsız hərəkətlərini beynəlxalq birlik tam dərk edə bilmir.

 “İndiyə qədər tərəflərdən heç biri - nə Azərbaycan, nə də Ermənistan - heç bir zaman birmənalı şəkildə danışıqlardan imtina ilə bağlı mövqe bildirməmişdi. Ermənistan da hər zaman danışıqları istədiyini, danışıqların getdiyini bildirmişdi. İndi isə Ermənistan danışıqlardan imtina edir. Bu, Ermənistan diplomatiyasını da çıxılmaz vəziyyətə salır. Belə çıxır ki, Azərbaycan ərazisinin işğala məruz qalmasına baxmayaraq, dinc həll yolunda maraqlıdır, işğalçı tərəf isə danışıqlardan imtina edir. Bunun özü bu gün çox anlaşılmazdır. Digər anlaşılmaz məqam onunla bağlıdır ki, Ermənistan prezidenti bir şeyi deyir, Xarici İşlər Nazirliyi isə başqa şeyi. Ermənistan prezidenti deyir, danışıqlara lüzum yoxdur, xarici işlər naziri isə sülh danışıqlarının bərpasından danışır. Bunlar hamısı anlaşılmazdır. İndiki halda beynəlxalq birlik, xüsusilə Minsk Qrupu çox müəmmalı şəkildə hadisələri izləyir, ancaq irəliyə doğru bir addım atmır, heç bir konkret mövqe bildirmir. Sanki onlar nəyisə bilirlər, hadisələrin hansı ssenari üzrə gedəcəyindən xəbərləri var, ona görə də gözləyirlər. Bunlar hamısı anlaşılmaz məqamlardır” - politoloq qeyd edib.

Onun qənaətincə, hadisələr belə davam edərsə, Ermənistan atəşkəsi kobud şəkildə pozarsa, dinc əhalini hədəf seçərsə, aprelin əvvəlində baş vermiş hadisələr bundan sonra baş verəcəklərin yanında əsl toy-bayram olacaq ermənilər üçün: “Kim deyirsə ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir, müharibə başlaya bilməz, hesab edirəm ki, bu, kökündən yanlış yanaşmadır. Hadisələr ən qəliz, ən təhlükəli şəkildə inkişaf edə bilər, Cənubi Qafqazda elə bir müharibə başlaya bilər ki, digər regionlar məsafə faktorunu nəzərə aldığı üçün rahat qala bilməzlər. Çünki alov digər regionları da caynağına alacaq. Bunu qətiyyən unutmaq olmaz”.

*** 
Beləcə, apreldəki 4 günlük müharibədən keçən 1 ayın əsas yekunu kimi sülhün daha da əlçatmaz olmasını və yeni, daha böyük müharibə ehtimalının artmasını qeyd eləmək lazım gəlir. Bu vəziyyət də əlbəttə ki, işğalçı Ermənistan və onun arxasındakı qüvvənin mövqeyi ilə bilavasitə bağlıdır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar