Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanla Rusiya Azərbaycanı İŞİD-ə qarşı birgə mübarizəyə çağırır


Son vaxtlar xüsusi xidmət orqanlarına “İslam Dövləti”nin (İŞİD) sıralarında Özbəkistan, Qazaxıstan, Əfqanıstan və Azərbaycan vətəndaşlarının sayının getdikcə artdığı barədə çoxsaylı məlumatlar daxil olur


Bu haqda Qırğızıstan parlamentinin deputatı Tursunbek Omurzakov “İslam Dövləti: MDB ölkələri üçün təhlükəsizlik təhdidi” mövzusunda keçirilən Bakı-Moskva-Astana videokörpüsündə deyib.

T.Omurzakovun sözlərinə görə, Qazaxıstan, AzərbaycanRusiya xüsusi xidmət orqanları yaxınlaşan təhlükə barədə ciddi düşünməlidir.

Tursunbek Omurzakov

“Bu real təhlükə ilə mübarizə aparmaq üçün birgə qruplar yaradılmalıdır, İŞİD artıq beynəlmiləl xarakter daşıyır, bu təşkilatın liderləri açıq şəkildə Rusiyanı, Qafqazı, Qazaxıstanın  qərbindəki neft yataqlarını təhdid edir. Bu isə o deməkdir ki, artıq həyacan təbili çalmaq və birgə hərəkət etmək lazımdır” - deyə deputat bildirib.

T.Omurzakov deyib ki, onun ölkəsində müsəlmanların əhəmiyyətli hissəsi İŞİD-i dəstəkləyir və bu da olduqca təhlükəlidir.

Videokörpüyə Moskvadan qatılan ekspertlər də İŞİD-in Mərkəzi Asiya və Rusiya üçün ortaq təhlükə olduğunu deyiblər.

“Milli strategiya problemləri” jurnalının redaktoru Əjdər Kurtovun sözlərinə görə, İŞİD-in radikal ideyaları bir çox müsəlmanları, əsasən sünniləri cəlb edir.

“İŞİD ələ keçirdiyi ərazilərdə əhalini təşviq edir, hərbi mütəxəssisləri cəlb edib onlara yaxşı maaş verir, həmçinin təsərrüfatın müxtəlif sahələri üzrə mütəxəssisləri yaxşı maaşla işə cəlb edir” - deyə o bildirib.

Ekspertin proqnozuna görə, İŞİD-in ələ keçirdiyi ərazilər durmadan genişlənəcək və növbədə Türkiyədir.

“Bizim ölkələrimizin radikal İslam təhlükəsi ilə qarşılaşmayacağına olanb ümidlər əbəsdir. Biz bu təhlükəyə qarşı birgə mübarizə aparmalıyıq” - ekspert bildirib.

Kurtovun sözlərinə görə, Qazaxıstanda sünnü müsəlmanlar yaşadığı üçün İŞİD təhlükəsi ilk növbədə bu ölkəni vuracaq. 

Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixiyev isə deyib ki, İŞİD millətlərüzəri layihədir və insanları ancaq dini əlamətinə görə bağlayır.

”Onları qazax, azərbaycanlı, türkmən milli kimliyi maraqlandırmır, ancaq radikal islam olmalıdır, qalanları isə yoxa çıxmalıdır” - ekspert deyib.

Onun sözlərinə görə, postsovet məkanı üçün real təhdid mövcuddur.

ABŞ bütöv regionlarda qeyri-sabitlik yaradan müharibəni stimullaşdırır. Amerika bu məsələdə dayanmayacaq, çünki onu başqalarının nə çəkdiyi maraqlandırmır” - deyə Mixiyev bildirib.

Xatırladaq ki, oktyabrın 13-də Bakıya səfər edən Rusiya müdafiə naziri Sergey Şoyqu da İŞİD təhlükəsi haqda danışaraq bu təhlükənin Azərbaycanla Rusiyanı da təhdid etdiyini deyib. “İslam Dövləti”nin hərbi qüvvələrinin komandanı, “Ömər çeçen” ləqəbli əl-Şişani bu günlərdə Gürcüstanın Pankisi dərəsində yaşayan atası ilə telefon danışığı zamanı növbəti hədəflərinin Rusiya olacağını, onun minlərlə döyüşçüsünün Rusiyadan qisas almaq üçün tezliklə hücuma başlayacağını bildirib.(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar