Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb mətbuatı Rusiyadakı seçkilərə qiymət verdi...


Moskvanın şəffaf və doğru seçki keçirmək niyyəti yoxdur...


Rusiyada parlament seçkilərinin nəticələri əvvəlki illərdən fərqli olaraq Qərbdə geniş şəkildə müzakirələrə səbəb olmadı. Çünki hər kəs seçki qutuları bağlanmazdan öncə nəticələrin necə olacağını müəyyən edə bilmişdi.

Lakin Rusiya vətəndaşları yenə də şəffaf, doğru və ədalətli seçkiyə həsrət qaldı.

Elə Qərb mətbuatı da bununla bağlı məyusluğunu gizlətmir.

Musavat.com Rusiya mətbuatına istinadən Qərb mediasının Dövlət Dumasına keçirilən seçkilər barədə rəylərini oxuculara çatdırır.

Qərbin aparıcı nəşrləri bir ağızdan son Duma seçkilərini 2018-ci il prezident seçkiləri öncəsinin böyük məşqi adlandırıb.

Onların fikrincə, bu məşqdən sonra Putinin 2018-ci ildə qalib gəlməməsi üçün heç bir səbəb yoxdur.

“Dövlət Dumasına seçkilər Nyu-York şəhərində əldəqayırma bombanın partlaması ilə eyni vaxta təsadüf etdi.

Həmin insidentdə isə ən az 20 adam yaralandı. Bu hadisə ABŞ mətbuatının diqqətini Rusiyadakı səsvermədən bir qədər yayındıra bildi.

Lakin heç bu hadisə olmasaydı da Rusiyadakı parlament seçkiləri çətin ki, dünya KİV-lərinin birinci səhifələrini bəzəyə bilərdi.

Əksər nəşrlər əvvəl verdikləri proqnozları ilə üst-üstə düşən seçkilərin nəticələrini qısa xəbərlə verməklə kifayətləndilər.

“Vahid Rusiya” partiyasına verilən 50 %-lik səs və federal siyahı ilə Dövlət Dumasına keçən daha üç (“Kommunist”, “Liberal-Demokrat” və “Ədalətli Rusiya”) “sistem-müxalifət” partiyası mövcud siyasi düzülüşü  möhkəmləndirdi” deyə “Financial Times” qəzetinin Moskva bürosunun  rəhbəri Katrin Hille yazır.

ABŞ hakimiyyətinin Rusiyadakı seçkilərə reaksiyası isə ölkələr arasında ikitərəfli münasibətlər çərçivəsində dəyərləndirilib.

Vaşinqton beynəxalq birlik tərəfindən Rusiyanın tərkib hissəsi olaraq tanınmayan Krımda seçkilərin keçirilməsini qınamaqla kifayətləndi.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır: yarımada Ukraynanın tərkib hissəsidir”,- deyə ABŞ Dövvlət Departamentinin nümayəndəsi Con Kirbi mətbuat konfransında bildirib.

Bir çox Qərb nəşri seçicilərin fəallığınınn olduqca aşağı olmasını (cəmi 47,8%) qeyd edirlər.

Bununla bağlı rəylər müxtəlifdir.

Məsələn, əgər ABŞ-ın “ABC” kanalı bunu “Kremlin siyasətindən məyusluq və hiddətin” əlaməti olaraq qiymətləndirbsə , Avropanın Euronews kanalı sadəcə“apatiyanın (biganəliyin-red.) əlaməti” olaraq dəyərləndirib. 

“Seçicilərin aşağı fəallığı seçkilərin nəticələrinin Kremlə loyal münasibət bəsləyən siyasi qüvvələrin xeyrinə dəyişməsinə yol açdı.

Bir çox səs verən vətəndaşlar isə hakim partiyanı hər şeydə dəstəkləmədiklərini bildirsələr də, bu seçkilərə Putinə verilən etimad votumu kimi baxdıqlarını söyləyirdilər. Bundan başqa, onlar müxalifəti öz vədlərinə xilaf çıxmaqda günahlandırırdılar”,- deyə “The Wall Street Journal” yazır.

Böyük Britaniyanın “The Daily Telegraph” (Deyli Teleqraf-red.) nəşri də eyni qənaətdə olduğunu bildirib. “Səsvermənin nəticələri 2018-ci seçkiləri üçün mühüm ön nəticə sayılmalıdır”.

Çin mətbuatının Rusiyadakı seçkilərə verdiyi qiymət isə əlbəttə ki, heç kimi təəccübləndirə bilməz. Çinin “Shanghai Daily” (Şanxay Deyli-red.) qəzeti sanksiyalara və pisləşən iqtisadiyyata rəğmən Rusiyadakı parlament seçkilərinin nəticələrinin Putinin əvvəlki kimi populyarlığına dəlalət etdiyini yazıb.

“The Associated Press” yazır ki, Kreml tərəfdarları “sərt rəhbərliyi, həmin rəhbərliyin ölkədə həyata keçirdiyi kursdan daha çox qiymətləndirir”.

“Kreml tərəfindən yaradılan idarə olunan demokratiyada prezident Putinin parlament üzərində nəzarəti zəiflətməsi mümkün ola bilməzdi”,- deyə “BBC”nin şərhçisi Stiv Rozenberq yazır.

Almanisyanın Der Spiegel (Şpigel-red.)  qəzeti isə Rusiyadakı seçkiləri daha ətraflı şərh edib.

 Qəzetin “İkisi örtür, biri tullayır” adlı məqaləsində Rostovdakı seçki saxtakarlığı ilə bağlı hadisəyə geniş yer verib.

Qeyd olunur ki, Rostovda seçki məntəqəsində quraşdırılan kameralar əvvəlcədən işarələnmiş bülletenləri atan bir komissiya üzvünün digər iki komissiya üzvü tərəfindən gizlədilməsini çəkmişdi.

Qəzet böyük bir skandala səbəb olan bu hadisənin Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın bəyan etdiyi kimi məntəqə seçki komissiya katibi üçün cinayət məsuliyyəti daşımasına səbəb ola biləcəyini qeyd edib.

Der Spiegel-in sözlərinə görə, keçmişdə avtoritet hüquq müdafiəçilərindən sayılan Pamfilovanın özünün MSK sədri təyin olunması Kremlin seçkilərə münasibətdə ikili oyunundan xəbər verir.

“5 il öncə Duma seçkilərinin kütləvi şəkildə saxtalaşdırılmasından və etirazlardan sonra Rusiya rəhbərliyi son seçkilərin daha şəffaf şəkildə keçirildiyini sübut etməyə çalışdı. Kreml MSK rəhbərliyində dəyişikliyə getdi cə seçki qanunvericiliyndə bir sıra liberal dəyişiklikləri həyata keçirdi”.

Lakin qəzetin yazdığına görə, “seçki dairələrinin yeni sistemi elə qurulub ki, sistem xarici müxalifətin xüsusilə böyük şəhərlərdə populyar olan nümayəndələri hakimiyyətə yaxın regiondan olan namizədlər tərəfindən sadəcə silindilər. Elə eyni səbəblərdən bir çox müxalif hərəkatlar hətta teledebatlara qatıla bilmədilər.

“Bununla paralel olaraq Kreml rusiyalılarn nümayiş və mitinqlər keçirmək hüququnu məhdudlaşdırdı. Habelə seçkilərə nəzarəti həyata keçirən “Qolos” (“Səs”-red.) kimi qeyri-hökumət təşkilatlarını xarici agentlərin siyahısına daxil etdi. Hətta Rusiyada yeganə müstəqil sosioloji mərkəz sayılan “Levada” belə eyni aqibətdən yaxa qurtara bilmədi”,- deyə qəzet qeyd edir.

Digər alman qəzeti Die Sueddeutsche Zeitung  Rusiyada  Krımın işğalından sonra Dövlət Dumasına keçirilən seçkilərin əsas siyasi nəticəsinin artıq bəlli olduğunu qeyd edir.
“Hazırda vətənpərvər hisslər  trenddədir, etirazçı fəaliyyət isə özünün ən aşağı səviyyəsinə enib”,- deyə məqalədə qeyd olunur.

Fridrix Ebert fondunun Mərkəzi və Şərqi Avropa departamentinin rəhbəri, həmçinin “Valday” beynəxalq diskussiya klubunun eksperti Raynhard Krummun fikrincə, Qərbdə həmişə başa düşüblər ki, Rusiyada parlamentin deyil, prezidentin hakimiyyəti var.

“Biz görürük ki, Duma həmişə hökuməti dəstəkləyir. “Vahid Rusiya”nın uduzacağıını gözləməyə belə dəyməzdi”,- deyə o mətbuata bildirib.

“Parlamentə keçmək üçün baryerin 7%-dən 5%-ə qədər endirilməsi sistem partiyalarından başqa “Yabloko” kimi partiyaların keçəcəyinə dair ümidləri artırsa da, heç bir şey baş vermədi. Artıq Qərbdə Rusiya parlamentinə ciddi məsələlərin müzakirə olunduğu yer kimi baxılmır. Biz Rusiyada baş verənləri olduğu kimi qəbul edirik və ya baş verənləri tənqid edirik. Hər halda bu sizin ölkənizdir”,- deyə ekpert ironiya ilə rus jurnalistlərinin sualına cavab verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar