Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb sanksiyalarının Azərbaycana təsiri


ABŞ və Avropa Rusiyanı sıxdıqca burdakı odioz “5-ci kolon”çular da səngərlərdən sürətlə çıxır; maska taxanları isə cəmi 1-2 testdən keçirməklə asanca tanımaq olar...


Qərb Rusiyanı iqtisadi-maliyyə müstəvisində çökdürməyi hədəfləyib. Hər şeydən göründüyü kimi, bu kursu o, axıradək davam etdirəcək, əgər Kreml beynəlxalq hüquq prinsiplərinə, ölkələrin, ələlxüsus da postsovet və qonşu dövlətlərin ərazi bütövlüyünə sayğılı olduğunu əməldə sübut etməyincə, qlobal sülhü sarsıdan mövqeyindən geri dönməyincə.

Proses gedir və onun nə ilə sonuclanacağını Rusiyadakı tək-tük sayda qalmış zəkalı insanlar, politoloqlar kifayət qədər yaxşı başa düşürlər, hələ vaxt varkən Putini qorxulu yoldan çəkindirməyə səsləyirlər. Zombiləşmiş Rusiya cəmiyyəti isə nəyin baş verdiyinin düz-əməlli fərqində olmadığından gözləmə mövqeyindədir. Bir az da yalançı ejforiyadadır.   
Bunlar öz yerində, adama dəhşətli şəkildə ağır gələn Azərbaycanda “Roma papasından artıq katolik olmaq istəyənlər”, ayrı sözlə, yeri gəldi-gəlmədi Rusiyanın təəssübünü çəkənlərdir. Onlar “5-ci kolon”çulardır. İndiyədək müxtəlif  adlar altında gizlənsələr də, son olaylardan sonra sanki vahid mərkəzdən göstəriş alıblarmış kimi açıq-aşkar boy göstərməyə başlayıblar. 

Eldar İbrahimov, Rasim Ağayev, Yaqub Eyyubov -bunlar hələ üzdə olanları, tanınmışlarıdır. Gör, hələ nə qədər tanınmamışı, “daş altda yatanı” var. Ən qorxulusu odur ki, onların çoxu hakimiyyətdə, hökumətdə yüksək postlar tutur, cibində deputat mandatları gəzdirir. Yəni kütləyə təsir imkanları var. Rusiyadakı ən böyük “5-ci kolon”çu, baş nazirin sabiq 1-ci müavini Abbasov da ki, “dəf kimi” öz yerində...
Məsələn, Azərbaycanın baş nazirinin müavini (!!) Yaqub Eyyubov görün bu xüsusda hansı mövqeyin, hansı qafanın  yiyəsidir və Rusiyaya Putindən də çox yanan belə birisinin Azərbaycan hökumətində ikinci adam qismində olması nə dərəcədə məntiqə, ən başlıcası milli maraqlarımıza uyğundur. 

Cənab Eyyubov deyib: “Heç kim Rusiyanı sındıra bilməz! Rusiya elə ölkə deyil ki, onunla sanksiya dilində danışmaq mümkün olsun”. Virtualaz.org-un məlumatına görə, bunu o, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasında çıxışı zamanı söyləyib. Rusiyanın NTV telekanalının xəbərinə görə, Azərbaycan baş nazirinin müavini əmin olduğunu bildirib ki, yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə, onu möhkəmləndirəcək: “Biz Avropa İttifaqı, ABŞRusiya arasında yaranmış situasiyanı başa düşürük. Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək”.

Deyəsən, vəziyyət gerçəkdən ciddidir. Elə qəzetimizin bundan qabaqkı sayının baş yazısı da məhz şimal təhlükəsinə, Azərbaycana Rusiyaya bağlı “5-ci kolon” təhlükəsinə həsr olunub. Yazıda “qırmızı xətt” kimi belə fikir də keçir ki, Azərbaycanda azsaylı olmalarına rəğmən, qərbyönlü “5-ci kolon”çular amansız şəkildə təqib edildiyi, həbsə atıldığı halda, qat-qat geniş şəbəkəli rusiyayönlü “5-ci kolon” təmsilçilərinə nədənsə toxunulmur (daha dəqiqi, Kremlin qorxusundan toxunulmur) və bu da ölkənin müstəqilliyi üçün özündə ciddi neqativlər daşımaqla yanaşı, sonuncuların əl-qolunu açır. Əlbəttə ki, rusyanlılar bir azca narahat edilsəydilər, Eyyubov kimilər Bakıda oturub Rusiyanın, Putinin ünvanına belə siyasi tostlar deməyə cürətlənməzdilər.

Əslində belə olmağı daha yaxşıdır. Yaxşıdır ki, ABŞAvropa Rusiyanı sıxdıqca bizdəki odioz “5-ci kolon”çular da səngərdən, daş altından sürətlə çıxırlar. Qoy cəmiyyət, milli-demokratik qüvvələr onları məhz indi daha yaxşı tanısınlar ki, fors-major vəziyyətlərdə fakt qarşısında qalmasınlar. 

Azərbaycandakı Kremlə meylli “5-cilər”i tanımaq isə bir o qədər çətin deyil. Bunun üçün onları 1-2 testdən keçirmək kifayətdir. Onlar əsasən aşağıdakılardır: kim ki, Qərb-Rusiya qarşıdurmasında ikincinin tərəfindədir, kim ki, Krımın işğalında, Abxaziya və Cənubi Osetiyanın tanınmasında Moskvaya haqq qazandırır, kim ki, Ukraynanın şərqindəki separatçıları “könüllü” adlandırır, kim ki, Qarabağ məsələsinin ədalətli həllini və müstəqilliyimizin təminatını Rusiyaya bağlayır, bütövlükdə RusiyaAzərbaycana dost ölkə sayır - əmin olun ki, o, Rusiyaya bağlı “5-ci kolon”çudur və müstəqilliyimizə potensial təhlükə mənbəyi olan ideologiyanın daşıyıcısıdır. Bu qədər sadə.

P.S. Testlərin sayı artırıla da bilər.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar