Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızıla tutulan toy!


Özünə xas sarı və ya ağ rəngli, yüngül və sıx bir metal hesab olunan qızıl yaşlı eləcə də gənc nəslin sevgisini əhatə edib.


Onun dəyərli olmasının səbəblərindən biri də, kifayət qədər aztapılan bir metal olmasıdır. İnsanların sahib olmaq istədikləri bir maddə nə qədər azdırsa, dəyəri də o qədər artır. Bu metalın dəyərliliyini artıran səbəblərdən biri də, vaxt keçdikcə onun xarab olmamasıdır. 

ANS PRESS-in məlumatına görə, ötən bir neçə il ərzində oğlanlarına toy etməyə hazırlaşan valideyinlər qızılın qiymətinin günü-gündən artmasından şikayətlənirdilərsə, bu il onlar üçün əlverişli şərait yaranıb. Dünya Qızıl Şurasının məlumatlarına görə, 2013-2014-cü ildə qlobal qızıl tələbi 15% aşağı düşərək dörd ilin ən aşağı səviyyəsində reallaşıb. 

Mövzumuza uyğun olaraq, Bakının mərkəzində yerləşən qızıl dükanlarının birində sorğu aparıb bir neçə suala cavab tapmaq istədik. Qızılın qiymətininin aşağı düşdüyünü etiraf edən alıcılar Ramazan ayından sonra qiymətin bir az qalxmasının ənənəvi hala çevrildiyi fikrindədir. Alıcı Firuzə xanım deyir ki, üç həftə əvvəl 700 manata soruşduğu qızıl indi 750 manatdır. 

Məsələnin nə yerdə olmasını dəqiq öyrənmək üçün satıcılara üz tutduq. Xarici ölkələrdən mal gətirən və mağazada satıcılıq edən 50 yaşlı Nərminə Mahmudova bildirir ki, artıq insanlarda qızıla qarşı meyil azalıb: “Ötən ilə müqayisədə qızılın satışı və insanların qızıla meyli çox azalıb. Qiymətlər olduqca aşağı düşüb, daş-qaşla seçilən malın alıcısı isə harda olsa gəlib onu alacaq. İstər gənc, istər yaşlı nəsil qızıl az olsa da üzərində dəyərli daşın olmasına fikir verir”. 

Ötən il 750 əyarlı İtaliya qızılı 45-55 manata, 585 əyarlı türk qızılı 30-40 manata, 583 əyarlı rus qızılı isə Azərbaycanda, demək olar ki, qalmayıb. Ticarətçilər bildirirlər ki, rus qızılının şəxsi pərəstişkarları var, onları daha çox bəzi rayon və uçqar kəndlərin sakinləri alır. Yenə də nəzərinizə çatdıraq ki, rus qızlınının 1 qramı 28-35 manat arasında dəyişib. Satıcılarla söhbət zamanı öyrəndik ki, qızılın qiyməti bu il 10 manat ucuzlaşıb. Hazırda 750 əyarlıq İtaliya qızılının qiyməti 35-50 manatdır. Türkiyə istehsalı olan 585 əyarlı qızılın bir qramını 25-32 manata almaq olar. 583 əyarlı rus qızılını isə mağazalarda nadir hallarda görmək olar. Araşdırma zamanı məlum olub ki, şəhər sakinləri tərəfindən ən çox tələb olunan 750 əyarlı ağ italyan qızılıdır. Satıcı deyir ki, toya hazırlaşan və ya hədiyyə alanlar ağ qızıla meyl göstərir, amma ağ qızılla sarı qızılın qiymətində elə də fərq yoxdur. Onun sözlərinə görə, qızılın qiymətindəki cüzi dəyişiklik belə özünü yerli bazarda büruzə verir. Bundan əlavə olaraq alıcıların qıtlığından şikayət edən satıcılar bildiriblər ki, əllərində olan qızılı sata bilmədiklərindən yeni dizaynda olan məhsul gətirməkdən çəkinirlər. 

Digər satıcı Aynurə Qəhrəmanova da deyir ki, Ramazan ayı çıxdıqdan sonra alıcı gəlməyə başlasa da satış yenə də ürək açan deyil: “Satış çox zəifləyib, 3-4 dəfə aşağı düşüb. Məsələn, əvvəl ayda 30 min manatlıq mal satırdıqsa, indi 10-12 minlik mal satırıq. Qiymətləri aşağı salmaq da mümkün deyil. Amma bacardığımız qədər qiymətdə endirim edirik ki, mal da üstümüzdə qalmasın”.

Parıltısı ilə göz qamaşdıran zinət əşyaları ilə maraqlandıq. Belə ki, piştaxtalarda şüşə altında olan ən ucuz brilyant qaşlı üzüyün 300, ən bahalısının 6 min manat qiyməti var. Ağ qızıldan olan brilyant qaşlı boyunbağı dəstinin isə ən ucuzunun qiyməti 2500, ən bahalısının 15-20 min manatdır. Satıcı deyir ki, az-az olsa da 15-20 minlik mala da alıcı tapılır. Əslində daha yüksək qiymətə də zinət əşyaları var. Amma onlar brend sayıldığından alıcılar az müraciət edirlər. 

Qızılın lom qiymətini də olduğu kimi öyrənmək üçün zərgərlərə müraciət etdik və məlum oldu ki, 583 əyarlı rus qızılının lom qiyməti 18 manat, 750 İtalyan qızılının qiyməti 23 manat, xalis qızılın qiyməti isə 34-35 manat arasında dəyişir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar