Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Mirqədirov casusdurmu?


MTN və Baş Prokurorluğun jurnalist Rauf Mirqədirovla bağlı yaydığı açıqlaması Ştirlis barədə yayılan məlumata bənzəyirdi


Sanki söhbət bir jurnalistdən deyil, dünyanı barmağına dolayan kəşfiyyatçıdan gedir. R.Mirqədirovun Rixard Zorgiyə bənzədilməsi bütün fantaziyaların fövqündədir.

30 ildən artıq qələmi ilə bu xalqa xidmət edən, son 20 ildə Ermənistanın Dağlıq Qarabağı işğal etməsini və bunun bölgə üçün təhlükəli olduğunu sübuta yetirən bir siyasət yazarı barədə belə gülünc ittihamlar irəli sürmək əlbəttə ki, ağlasığmazdır.

1992-96-cı illərdə RF prezidentinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri olmuş, ermənipərəst Vladimir Kazimirov isə Rauf Mirqədirovun əlindən qan ağladığını özü də etiraf etmişdi. 
Jurnalistə qarşı irəli sürülmüş ittihamların hər bir bəndini konkret faktlarla təkzib etmək mümkündür. 

Lakin əminik ki, bu işi vəkillər Fuad Ağayev və Elmar Süleymanov layiqincə bacaracaqlar. 

İttihamlara münasibət bildirməzdən öncə R.Mirqədirovun işi ilə bağlı süni şəkildə yaradılan “ermənilərlə qohumluq” məsələsinə qısa da olsa toxunmaq yerinə düşərdi. 

Bu gün bu məsələ ilə bağlı ermənilərin müxalifətdəki və ya ictimai fəallar arasındakı qohumlarını axtarmaq hakimiyyətə baş ucalığı gətirmir. Yalnız ona görə yox ki, insanları milli mənsubiyyətinə görə təqib etmək cinayətdir, həm də ona görə ki, bu məsələ iqtidar üçün arzu olunan deyil. 

Vaxtilə hələ bu münaqişə alovlanandan əvvəl ermənilərlə qohum olan yüzlərlə insanımız var idi. 
İqtidar təmsilçiləri içərisində belələrinin sayı heç də az deyil. Bunu kiməsə irad tutmaq anormallıqdır, geri zəkalılıqdır.  
Daha absurd olanı isə odur ki, Rauf Mirqədirov kimi vətənpərvər ziyalını “vətən xaini” elan edən hakimiyyət Azərbaycanı Rusiyaya “təhvil” verməyə hazır olan Abbas Abbasovu hər cür imtiyazlarla təmin edir. 
Rauf Mirqədirov Azərbaycanın ən tanınmış nəsillərindən birinin nümayəndəsidir. Nənəsi Nabat xanım Aşurbəyova inanclı kəsim arasında olduqca böyük nüfuza malik olub. “Təzəpir”i tikdirən bu zadəgan qadın elə orada da dəfn olunub.

Onun qardaşı Əjdər bəy Aşurbəyov Azərbaycanın Rusiya tərəfindən işğalına etiraz edən yeganə general idi ki, etiraz əlaməti olaraq özünü güllələyib. General Aşurbəyov tikdirdiyi Göy məsciddə dəfn olunub.
Bir sözlə, bu gün vətənə xəyanətdə ittiham edilən jurnalist Azərbaycanın zadəgan nəslinin nümayəndəsidir. Onun nə ermənilərlə, nə də ki başqa millətlərlə qohumluğu yoxdur. Olsaydı belə, bu, cinayət hesab oluna bilməzdi. Necə ki, ermənilərlə qohumluqları bəzi iqtidar mənsublarına heç bir maneçilik törətmir.
Elə yuxarıda adını çəkdiyimiz A.Abbasovun ermənilərlə qohumluğu barədə mətbuatda kifayət qədər yazılıb. Buna əhəmiyyət verən belə olmayıb. Ermənilərlə qohumluğu, doğru və ya yalan olmasından asılı olmayaraq, nə Abbasova, nə başqasına qarşı istifadə etmək olmaz. 
Maraqlıdır ki, MTN və Baş Prokurorluğun sözügedən açıqlamasında R.Mirqədirovu “ifşa” edən kompromatları və diskləri “Samvel” adlı şəxsin verdiyi vurğulanır. Əlbəttə, əgər “Samvel” adlı şəxs doğrudan da varsa. Bunun özü də şübhə və suallar dolu bir məqamdır.
Başlıca suallardan biri də ondan ibarətdir ki, əgər R.Mirqədirov doğrudan da Ermənistan xüsusi-xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunmuşdusa, belə bir nüfuzlu jurnalistin de-şifrə olunmasına nə ehtiyac var idi? Absurd deyilmi?

R.Mirqədirovun Tiflisdə Laura Baqdasaryan və Araik Şirvanyanla görüşü barədə deyilənlər Ruslan Bəşirlinin 2005-ci ildəki həbsi və onun Tiflisdə iki nəfərlə görüşünün videogörüntülərinin tirajlanmasını xatırladır. Eyni ssenari, eyni cəfəng ittihamlar bu dəfə də səsləndirilir.
İttihamda səsləndirilən daha bir məqama münasibət bildirək. Rauf Mirqədirovun Dağlıq Qarabağ problemi ilə bağlı David Şahnazaryanla müzakirə aparmasını hay-küylə ictimai rəyə təlqin edənlər unudurlar ki, erməni ekspert Ağdamın, Qubadlının, Zəngilanın, Kəlbəcərin, yəni Dağlıq Qarabağ ərazisinə daxil olmayan rayonların azad edilməsinin tərəfdarı kimi tanınır. Erməni ekspert bu mövqeyinə görə ermənilər tərəfindən sərt tənqidlərə məruz qalır. 
İstisna deyil ki, Şahnazaryanın güzəştlərə meylli olmasında R.Mirqədirovun təhlillərinin də payı var.

Belə çıxır ki, D.Şahnazaryan R.Mirqədirovu əməkdaşlığa cəlb etməyib, əksinə, azərbaycanlı jurnalist Ermənistan kəşfiyyatçısını kompromislərə vadar edib. Buna görə R.Mirqədirov ordenlə təltif edilməli idi, həbs olunmalı deyildi.
Kənar baxışla görünən budur ki, RusiyaErmənistan kəşfiyyatı R. Mirqədirovun  sıradan çıxardılması üçün xüsusi plan işləyiblər. Bu oyuna Türkiyə də cəlb olunub. Lakin bu miqyaslı oyun yalnız bir jurnalistə görə planlaşdırıla bilməzdi. Deməli, bu oyunda daha böyük başların getməsi nəzərdə tutulub. Növbə kimindir?


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Ən çox oxunanalar