Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rizvan Vahabova qarşı «dələduzluq» iddiası - Fotosənəd


«Volbak-H» MTK-ının bir qrup payçısı ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin sabiq rəisi, iş adamı Rizvan Vahabovun onların payını saxta sənəd əsasında mənimsəməsi ilə bağlı prezident İlham Əliyevə, ölkəninin birinci xanımına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər


Bakı şəhər Yasamal rayonu M.Muxtarov küçəsi, 145 saylı binanın bir qrup sakini prezident İlham Əliyevə, H.Əliyev Fondunun prezidenti ölkəninin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya və ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlayıblar. 

PİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP Səbail rayon şöbəsinin İdarə Heyətinin üzvü, iş adamı Rizvan Vahabovun «dələduz əməlləri» nəticəsində onların mülkiyyət hüquqları pozulub. Belə ki, Bakı şəhəri Yasamal rayonu, 442-443cü məhəllə ilə M.Muxtarov 145 və Ə.Hüseynzadə küçələrinin kəsişməsində «Günəş» İKF-na təhkim olunmuş torpaq sahəsində Ticarət Mərkəzinin tikintisi nəzərdə tutulsa da, sonradan «Volbak» MMC-nin vəsaiti hesabına tikilmiş binanın təyinatı dəyişdirilmiş və həmin ərazidə yaşayış binası tikilmişdir. 

Tikintini aparan «Volbak-H» MTK şikayətçilərlə müqavilə bağlayıb və şikayətçilər tikilən 6 mərtəbəli binanın payçıları qismində çıxış ediblər. Qeyd olunur ki, «Günəş» İKF Rizvan Vahabovun 80 yaşlı qaynanası Anna Qoloveşkinanın adına sənədləşdirilib. Buna baxmayraq «Günəş» İKF Rizvan Vahabov tərəfindən idarə olunur və daha əvvəl də «Günəş» İKF Rizvan Vahabov tərəfindən başqa bir sahibkardan dorlandırıcılıq yolu ilə əldə edilib. Faktiki olaraq Rizvan Vahabov «Günəş» İKF-nu «oğurlayaraq» qaynanasının adına keçirdiyi idda olunur. 

İddiaya əsasən sözün həqiqi mənasında milyoner olan keçmiş məmur Rizvan Vahabovun sərmayəsinin və mülklərinin böyük bir hissəsini 80 yaşlı qaynanasının adına rəsmiləşdirərək idarə edir. Belə ki, Rizvan Vahabovun Bakı şəhərində yanacaq doldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villalar məhz 80 yaşlı qaynanası Anna Qoloveşkinanın adına rəsmiləşdirilib. Lakin bütün bu varidatlar heç də Rizvan Vahabovun mal varlığının heç də hamısı deyil. 

Bildirilir ki, Rizvan Vahabov bütün bu vəsaitləri ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin rəisi işlədiyi zaman dövlət vəsaitlərini mənimsəməklə əldə edib. Elə bu üzdən də tutduğu vəzifədən azad olunub. Lakin buna baxmayaraq Rizvan Vahabov hamilərinin səyləri nəticəsində cinayət məsuliyyətindən yaxa qurtararaq mənimsədiyi milyonları qaynanasının adına rəsmişəldirə bilib. 

Maraqlıdır ki, Rizvan Vahabovun adı «AzərRoss» cinayətində hallanıb. Cinayətin sifarişçisi olaraq həbs olunan Hümmət Məmmədovun, cinayətin qurbanı Əflatun Piriyevin və «Avesta» Şirkətlər Qrupunun prezidenti Hacı İbrahim İbrahimovun şəriki olub. Elə yuxarıda adı çəkilən «Volbak» MMC-nin və «Volbak-H» MTK-nın təsisçiləri «AzərRoss» cinayətində öldürülən Əflatun Piriyev və Rizvan Vahabov olublar. 

Əflatun Piriyev öldürüldükdən sonra isə Rizvan Vahabov təsisçiliyi qaynanasının adına keçirərək digər payçılarla bağlanmış müqavilələri qüvvədən düşməsi haqqında saxta sənəd əldə edib. Bundan sonra isə çox saylı məhkəmə prosseslərinin keçirilməsinə baxmayaraq, 145 saylı binanın sakinlərinin mülkiyyət hüquqları bərpa olunmayıb. Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2013-cü tarixli 17297/17471 saylı rəyində Anna Qoloveşkinanın «Volbak» MMC-nin hesabına köçürdüyü 3482000 manat və 200000 ABŞ dolları ilə bağlı kassa-mədaxil orderi saxta elan olunsa da, payçıların mülkiyyət hüququ məhkəmə tərəfindən təmin olunmayıb.

Bu durumda mülkiyyət hüquqları pozulan və Rizvan Vahabovun saxtakarlıqları üzündən külli miqdarda ziyana düşən payçılar yüxarıda gösərilən ünvanlara müraciət edərək ədalətin bərpa olunmasını xahiş edirlər.

Qeyd edək ki, şikayətçilər tərəfindən PİA.AZ-ın reydaksiyasına təqdim olunan çox saylı sənədlər əməkdaşımız tərəfindən araşdırılır və yaxın günlərdə bu barədə silsilə yazılarımızı oxucularımızın diqqətinə cəlb edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - Video

Ən çox oxunanalar