Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada hakimiyyət dəyişikliyinin üç ssenarisi


Vladimir Putin 15 ildir ki, qapalı, iyerarxik və şəxsiyyətə əsaslanan və rəqabətə imkan verməyən siyasi sistemin zirvəsində əyləşib


Bunun nəticəsidir ki, Rusiyada ara-sıra keçirilən rəy sorğuları da Putinin liderliyinə “alternativ olmadığını” göstərir.

Elə isə Putin, hakimiyyəti qəfildən və xəbərdarlıqsız tərk edərsə, nə baş verə bilər?

Son bir neçə gün nümayiş etdirdi ki, bu barədə hətta şaiyələr belə Rusiya və dünyada narahatlığa səbəb olur.

Əgər Putin Rusiyada sabitliyin qarantıdırsa, onun yoxluğu avtomatik olaraq sabitsizlik və ya hətta zorakı sabitsizlikdirmi?

Konstitusiyalı ssenari

Rusiyanın formal da olsa, əlbəttə, konstitusiyası var və bu konstitusiyada prezidentin hakimiyyəti idarə etmək iqtidarında olmadığı vaxtlar üçün prosedur nəzərdə tutulub. Konstitusiyanın 92-ci maddəsində deyilir ki, prezident öz səlahiyyətlərini icra etmək iqtidarında olmadıqda baş nazir prezident əvəzi olur və qarşıdan gələn üç aydan gec olmayaraq yeni prezident seçkisi keçirilir. Hərçənd, konstitusiya “iqtidarında olmamaq” müddəasınının şərhini vermir.

Yenə də konstitusiyaya görə prezident əvəzinin Dumanı buraxmaq, referendum çağırmaq və konstitusiyaya düzəliş etmək səlahiyyəti yoxdur.

Rusiyanın seçki qanunlarına görə, yalnız parlamentdə təmsil olunmuş partiyalar – Yedinaya Rossiya, Kommunist, Liberal-Demokrat və Spravedlivaya Rossiya partiyalarının prezidentliyə namizəd vermək hüququ var. Digər partiyalar isə namizəd vermək üçün son dərəcə qısa müddətdə 100 min imza toplamalı və Mərkəzi Seçki Komissiyasına verməlidirlər.

Beləliklə, konstitusiyaya görə Putin meydanı tərk edərsə, baş nazir Dmitri Medvedev Kremlə qayıdacaq və çoxpartiyalı seçki üç ay müddətində keçiriləcək.

Konsensus ssenarisi

Əlbəttə, belə bir rəvan və leqal hakimiyyət dəyişikliyinin Rusiyada baş verməsi ağlabatan deyil.

Sovet vaxtlarında belə hallarda siyasi ağır çəkililər səhnə arxasında çarpışar və izaholunmaz kommunist kimyagərliyi nəticəsində varis üzə çıxardı.

Lap bu yaxınlarda, prezident Boris Yeltsin istefaya getmək qərarı verəndə, siyasi hakimiyyətdəkilər konsensus əldə etmişdilər və ağla belə gəlməyən namizəd – Vladimir Putin onun varisi kimi ortalığa çıxmışdı. Bundan sonra isə onlar maliyyə, administrativ və media resurslarından istifadə edərək Putini seçdirmişdilər.

Yeltsinin daxili çevrəsindəkilərin arasında olan fikir ixtilafına baxmayaraq, onların qərar qəbul etmək üçün vaxtları vardı. Bundan əlavə onların buna bənzər konsensusu əldə etmək təcrübələri də vardı. Belə ki, 1996-cı il seçkilərində əsas oliqarxlar xəstə və getdikcə daha az populyar Yeltsini təkrar seçməyə razılıq vermişdilər.

Münaqişəli ssenari

Lakin əgər konsensus əldə olunmazsa?

Putinin hakimiyyəti dövründə siyasi sistem daha çox şəxsiləşib və prezidentin özü ətrafında cəmləşib. Prezident qarşıduran tərəflərin balansını özü saxlayıb. Az qala qəti şəkildə demək olar ki, o, həmçinin “post-Putin zəmanəsində nə olacaq” kimi diskussiyalara yol verməyib.

Lakin Putin-in daxili çevrəsində həmişə qapalı qalan ixtilaflar özünü Ukrayna böhranı zamanı büruzə verib və fevralın 27-də müxalifətçi Boris Nemtsov-un qətli ilə daha da intensivləşib.

“Hazırda klanlar arasında qarşıdurma ciddi şəkildə intensivləşib – deyir jurnalist və analitik Raf Shakirov, - Aydındır ki, burada müxtəlif qruplar müxtəlif istiqamətlərdə hərəkət edirlər”.

Təhlilçi deyir ki, əsas cəbhə xətti Ukrayna böhranına və Rusiyanın Qərblə qarşıdurmasına görə yüksəlişdə olan “qırğılar”la, iqtisadiyyat üçün cavabdehlik daşıyan, ölkə daxilində mötədillik və xariclə yaxınlaşma görmək istəyən “liberal qrup”un arasından keçir.

Shakirov-un fikrincə birincilər istənilən keçid prosesində öz üstünlüklərini saxlamaq üçün qızğın döyüş aparacaqlar.

“Bu qrup başa düşür ki, hər hansı normallaşma dünyanın axırı olmasa da, onların axırı ola bilər – deyir analitik, - Onlar hazırda malik olduqları hüdudsuz hakimiyyəti itirmək riskinə girə bilməzlər”.

Eləcə də siyasi təhlilçi Marat Guelman münaqişəni ən mümkün ssenari hesab edir.

“Bu adamlar qanunsuzluğa öyrəşiblər, onlar inanırlar ki, qanunu pozmaq, öldürmək ixtiyarları var” – deyir təhlilçi.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar