Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SDU tələbələrindən yeni rektora qarşı maraqlı aksiya keçirildi



Onlar yeni rektor Elxan Hüseynovdan şikayətçi düşüblər, hətta haqqında karikatura da yayıblar


Sumqayıt Dövlət Universitetinə (SDU) yeni rektor təyin ediləndən sonra böyük əksəriyyət elə zənn edirdi ki, keçmiş rektor «Qəssab Nadir» ləqəbli Nadir Qəhrəmanovun yaratdığı sistem dağıdılacaq və hər şey ən azından mərhələ-mərhələ qaydasına düşəcək. 

Lakin gözlənilənlərin tam əksi olaraq, universitetdə durum daha da pisləşib. 

Sözügedən ali təhsil ocağının tələbələri dünən sosial şəbəkələrdə üzləşdikləri problemlərlə bağlı məlumat yayıblar. Həmin məlumatda deyilir ki, yeni rektor Elxan Hüseynov heç də keçmiş rektordan fərqli hərəkət etmir. Onların iddiasına görə, imtahan sessiyasına start veriləndən sonra tələbələrdən imtahanlardan keçmək müqabilində hər biri üçün 100 manat tələb olunur. 

Bundan başqa, «zaçot» üçün də 50 manatın istənildiyini deyirlər. Bu pulu verməyənlərə qarşı təzyiqlərin edildiyi və imtahana buraxılmayacaqları ilə hədələndiyi də yayılan məlumatlar sırasındadır. Tələbələr qeyd edirlər ki, onlardan pul tələb edən müəllimlər tapşırığın Elxan Hüseynov tərəfindən verildiyini bildirirlər. Və bu səbəbdən də kimə müraciət edəcəklərini də bilmirlər. 

Qeyd edək ki, tələbələr hətta SDU-dakı vəziyyəti əks etdirən karikatura da yayıblar. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar