Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabir Rüstəmxanlıdan İranda açılacaq televiziya kanalına münasibət



“Əgər yaradılacaq televiziya kanalında verilişlər farslaşdırılmış Azərbaycan türkcəsində olacaqsa, bunun xeyrindən çox ziyanı olacaq”


Bu fikirləri Aktual.az-a millət vəkili Sabir Rüstəmxanlı İranda fəaliyyət göstərəcək azərbaycandilli kanalla bağlı fikirlərini bölüşərkən deyib. O qeyd edib ki, bununla yanaşı soydaşlarımızın digər haqları da tanınmalıdır:

“Əgər Azərbaycan türklərinə xidmət istəyirlərsə, orada yayımlanacaq verilişlərin dili və ruhu təmiz olmalıdır. İranda Azərbaycan türklərinin insan, mədəniyyət,  təhsil haqlarını təmin etmək üçün çox işlər görmək lazımdır. Bir dənə də olsun, Azərbaycan dilində məktəb yoxdur. Açılacaq televiziyada kimlər çalışacaq, verilişləri kimlər aparacaq? Farsca oxuyub təhsil alan insanlar o verilişləri necə apara bilərlər?

Azərbaycanlıların təhsili, mədəni yüksəlişi, əslində, İranın gələcəyini təmin edən məsələlərdən biridir. İranda daxili qarşıdurma olmasını istəmirlərsə, əhalinin yarıdan çoxunu təşkil edən Azərbaycan türklərinin təhsil və digər haqları tanınmalıdır”. 

Məlumat üçün bildirək ki, İranda Azərbaycan dilində televiziya kanalının açılacağı ilə bağlı Azərbaycanda səfərdə olarkən keçirdiyi mətbuat konfransında İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami məlumat verib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar