Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə Novruz Bayramı hərbi hissələrdə davam etdirilir - Fotolar


Tərtərdə Novruz Bayramı rayon ərazisində yerləşən hərbi hissələrdə davam etdirilir


Novruzun gəlişi münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti ictimaiyyət nümayəndələri ilə birlikdə rayon ərazisində yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirib.

Tədbirlərdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri Milli bayramımız-Novruz bayramı münasibəti ilə təbrik etmiş, müasir Milli Ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın umummilli lideri Heydər Əliyevin şah əsərindən biri adlandırmışdır. Rayon rəhbəri respublika prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq  dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirmişdir. 

Qeyd etmişdir ki, düşmənlə 48 km təmas xətti olan cəbhə bölgəsində hərbi xidmət keçməyin məsuliyyət yükü daha böyükdür. Respublikamızda, eləcə də rayonumuzda ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır. Bu birlik nəticəsində qəhraman tərtərlilər düşmənə bir qarış da torpaq verməmişlər.

Çıxışının sonunda rayon rəhbəri bir daha əsğər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik etmiş, onlara cansağlığı, xoşbəxtlik və əmin- amanlıq arzulamışdır. Tərtərlilərin tezliklə Azərbaycan bayrağının işğal altında olan torpaqlarımızda dalğalanacağına inandıqlarını bildirmişdir.

Sonra rayon rəhbəri əsgərlərlə birlikdə Novruz tonqalını alovlandırmış və tədbir rayonun özfəaliyyət kollektivlərinin hazırladığı konsert proqramı ilə davam etmişdir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar