Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə hesabat yığıncağı keçirilib - Fotolar


Tərtər rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib


Rayonun Gənclər Mərkəzində keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Hesabat yığıncağında 2014-cü il ərzində görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuş, konkret tədbirlər müəyyənləşdirilmişdir.

Tədbiri açan Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Sahib Həsənov öz çıxışında demişdir: 2014-cü il respublikamız, eləcə də rayonumuz üçün uğurlu olmuşdur. Ötən il qazandığımız bütün nailiyyətlər böyük siyasətçi, dünya şöhrətli insan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin nəticəsidir. Fərəhləndirici haldır ki, təməli 1993-cü ildən qoyulan dövlət quruculuğu işlərinə bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənabları rəhbərlik edir. Cənab prezidentimiz  İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını hər birimizin ailəsinin rifahı və təhlükəsizliyinin təmin olunması, hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi təşkil edir. Son vaxtlar respublikamızın beynəlxalq aləmdə də nüfuzu durmadan artır.

Respublikamızda, o çümlədən rayonumuzda bütün sahələrdə sürətlə aparılan yenidənqurma, tikinti, abadlq işləri  şəhərimizdən də yan keçməmişdir. Belə ki, Hesabat dövrü ərzində Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının, Qaz istismarı sahəsinin və YAP rayon təşkilatının binalarının tikintisi başa çatmış, son tamamlama işləri aparılır. Olimpiya İdman Kompleksinin, Tərtər şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının, şahmat məktəbinin tikintisi davam etdirilir. Tərtər şəhərinin Heydər Əliyev prospektində 4 km, M.Əsədov küçəsində 0,8 km yola asfalt örtüyü salınmışdır. Şəhərin mərkəzi meydanı yenidən qurulmuş, 8,2 min kvadratmetr sahədə yeni keyfiyyətli tamet daşları ilə üzlənmiş, yağış sularının axıdılması üçün 500 metr yeni kanalizasiya xətləri çəkilmiş, prospektdə və şəhərin digər məhəllələrində 3 km su xətləri yenilənmişdir. 

Heydər Əliyev meydanında və Heydər Əliyev parkının ətrafında 39 ədəd müasir tipli işıqlandırma sistemi quraşdırılmışdır. Prospekdə uzunluğu 4 km olan səkilərdə yenidənqurma işləri aparılmış, səkilərə 7,5 min kvadratmetr tamet daşları döşənmişdir.

Heydər Əliyev” parkında uşaqlar üçün əyləncə mərkəzi yaradılmış, karusel quraşdırılmışdır.

Rayon icra hakimiyyətinin inzibati binasında əsaslı təmir işləri aparılmış, H.Əliyev prospektində rayon icra hakimiyyətinin və daha 4 iri həcmli binaların dam örtüyü sökülərək müasir mansard üslubunda yenidən qurulmuşdur.

Şəhərin V.Hüseynov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının, Nizami küçəsində yerləşən 4 ədəd ikimərtəbəli 16 mənzilli yaşayış binalarının və şəhər 6 saylı tam orta məktəbin binasının dam örtüyü əsaslı təmir olunaraq müasir mansard üslubunda qurulmuşdur.

Şəhərin Nizami, V.Hüseynov, Ə.Paşayev və E.Səfərov küçələrində yaşayış binalarının yerləşdiyi ərazilərdə sakinlər tərəfindən qanunsuz və pərakəndə şəkildə tikilmiş müxtəlif təyinatlı, kiçik həcmli tikililər sökülərək, ərazi təmizlənib genişləndirilmiş, həmin sahələrə yüzlərlə maşın torpaq daşınaraq hamarlanmışdır. Hər dörd küçədə “Nümunəvi məhəllə” yaradılır. Təmizlənmiş sahədə yaşıllaşdırma işləri aparılır, uşaqlar üçün əyləncə mərkəzi yaradılır. Nizami küçəsində beşmərtəbəli yaşayış binalarının həyətinin təmizlənib genişləndirilməsi nəticəsində 1,7 hektar sərbəst ərazi yaranmışdır ki, burad mini futbol meydançası inşa edilmiş, ərazidə sakinlərin istirahəti üçün park yaradılmış, səkilər və meydançalar salınmışdır. 

Şəhərin M.Əsədov küçəsində 800 metr məsafədə istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənmiş, kommunikasiya xətləri qaydaya salınmış, küçədə işıqlandırma sisteminin quraşdırılması üçün hazırlıq işləri aparılır.

İçməli su sarıdan əziyyət çəkən S.Vurğun və R.Kərimov küçələrində əhalinin içməli suya olan təlabatını yaxşılaşdırmaq üçün 1 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir, 107 abonentə su xətti çəkilmişdir. 

2014-cü il ərzində əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçirilmişdir.

Hesabat dövrü ərzində şəhər əhalisini təbii qaz təminatının yaxşılaşdırılmasına yönədilmiş tədbirlər davam etdirilmişdir.

Şəhərin N.Nərimanov küçəsində korroziyaya uğramış yeraltı qaz xətti ləğv olunaraq yerüstü keçidlə əvəz olunmuşdur. H.Əliyev  prospektində və Nizami küçəsində isə 50 paqonometr uzunluqda yeraltı qaz kəməri çəkilmişdir, E.Səfərov küçəsində 1 ədəd qaz tənzimləyicisi quraşdırılmışdır.

Şəhər mərkəzində aparılan abadlıq işləri ilə əlaqədar olaraq Nizami, T.İsmayılov, Q.Mehdiyev, T.Rəhimov, F.Qulami, M.Əsədov, Ə.Paşayev, E.Səfərov küçələrində və H.Əliyev prospektində ümumilikdə 2400 paqonometr uzunluqda küçə xətləri sökülərək yenidən dayaqlar üzərinə qaldırılmış və texniki qaydalara uyğun çəkilmişdir. Şəhərin 6 mərkəzi küçəsində müasir gecə işıqlandırma sistemləri quraşdırılmışdır.

2013-2014-cü tədris ilində şəhərdə fəaliyyət göstərən 4 tam orta məktəbdən 71 nəfər ali məktəbə, 18 nəfər isə orta-ixtisas məktəbinə daxil olmuşdur. Ali məktəbə daxil olan şəhər 1 saylı tam orta məktəbin 31 nəfər məzunundan 4 nəfəri, 2 saylı məktəb liseyin 25 nəfər məzunundan 2 nəfəri, 6 saylı tam orta məktəbin 14 nəfər məzunundan 3 nəfəri 500-dən yuxarı, şəhər 2 saylı məktəb liseydən -2, 6 saylı məktəbdən isə 1 nəfər 600-dən yuxarı bal toplamışdır.

Hesabat dövründə rayonda 2 xəstəxana-Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası əhaliyə tibbi xidmət göstərmişdir. Göstərilən müddətdə mərkəzi rayon xəstəxanasına dərman preparatları və sarğı materialları alınaraq xəstələrin müalicəsinə sərf olunmuşdur. Güzəştli imtiyazlarla tibbi xidmət almaq hüququna malik olan şəkərli diabet xəstələri, psiixi xəstələr psixotrop dərman preparatları ilə təmin olunmuşlar. 

Hesabat dövründə şəhər əhalisnə poçt-rabitə xidməti sahəsində məqsədyönlü işlər görülmüşdür. Şəhərdə internet istifadəçilərin sayı dövr ərzində 200  nəfər artmışdır.

Daha sonra yığıncaqda çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Tərtər rayonuna  göstərilən diqqət və qayğıdan, gələcəkdə sakinlərin şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışmışdır.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar