Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə tələbə adı qazanmış gənclərlə görüş keçirildi - Fotolar


Sentyabrın 3-də ali təhsil və orta ixtisas məktəblərinə qəbul olmuş tələbələrlə rayon icra hakimiyyəti başçısının görüşü keçirilibdir


Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. 

Sonra tədbir Gənclər Mərkəzində davam etdirilib. Tədbiri giriş sözü ilə rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev açmış, tələbə adını qazanmış gəncləri təbrik edərək, bildirmişdir ki, rayonda 34 tam, 10 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 9372 nəfər şagirdin təlim-tərbiyyəsi ilə 1240 nəfər müəllim məşğul olur. Müəllimlərin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir. Bunu ayonumuzun müəllimlərinin timsalında da aydın görürük. Təhsil işçilərimizdən 6 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.

Surxay Mirzəyev bildirmişdir ki, bu il tam orta məktəbləri 692 nəfər məzun bitiribdir. Onlardan 331 nəfər ali məktəblərə sənəd vermişdir. 168 nəfər ali, 60 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olubdur. 6 nəfər 600-dən, 16 nəfər isə 500-dən yuxarı bal toplamış, 5 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olubdur. 

Məzunu rayon üzrə ən yüksək bal toplayan (652 bal) İsmayılbəyli kənd tam orta məktəbinin direktoru Yeganə Zamanova, şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, 1saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, şəhər 5 saylı tam orta məktəbin direktoru Arzu Bayramova, Gülabatlı kənd tam orta məktəbinin direktoru Asif Alıkişiyev çıxış edərək, təhsilə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirib, yenicə tələbə adını almış gəncləri təbrik etmişlər. İsmayılbəyli kənd tam orta məktəbinin məzunu Aytac Mahmudova, Bəyimsarov kənd tam orta məktəbinin məzunu Türkan Əsədova, 2 saylı məktəb-liseyin məzunu Əsmər Atayeva, Gülabatlı kənd tam orta məktəbinin məzunları Əsmər Şükürlü, Günel Abbaslı və Pərvanə Abbaslı, Umudlu kənd tam orta məktəbinin məzunu Qoşqar Nəzərov çıxış edərək sevinclərini bölüşüblər.

Sonra MTN-nin rayon şöbəsinin rəisi Anar Əzizov, rayon Polis şöbəsinin rəisi Rauf Məcidov tələbə adını alan gəncləri təbrik edərək onlara öz tövsiyələrini verdilər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbələri təbrik edərək onlara təhsildə uğurlar dilədi. Gənclərə harada olmalarından asılı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə etdi.

Tədbirin sonunda 500-də yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti başçısı və təhsil şöbəsi tərəfindən hədiyyələr və Fəxri Fərmanlar təqdim olundu.Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev 600-dən yuxarı bal toplayan 6 nəfərə öz hədiyyələrini təqdim etdi.





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar