Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç günəşli adamlar


PİA.AZ kulis-ə istinadən bu yaxınlarda 56 yaşını qeyd edən şair ilham Qəhrəmanın yeni şeirini təqdim edir


İlham Qəhrəmanın özü ilə də, sözü ilə də iki min ildir ki, tanışam. Təəccüb etməyin, İlhamı doğrudan da keçən minillikdən tanıyıram. Şeir, müsahibə, tərtibatçılıq kimi müxtəlif janr və sahələrlə bağlı üç kitabına ön söz yazmışam.
 
İlham milli ənənələrə bağlı şairdir, amma təqlidçi yox, özünəməxsusdur və bununla da göstərir ki, inkarçı olmadan da yenilikçi olmaq, orijinal ruhlu şeirlər yazmaq olar; onun bədii obrazları bəzən ağlagəlməz dərəcədə yenidir, həyatidir və buna görə də yaddaqalandır; poetik dilinin xəlqiliyi baxımından onunla kimisə müqayisə etmək isə ümumən mümkünsüzdür - bu, artıq İlhamın stixiyasıdır; fəlsəfi ümumiləşdirmələrlə incə müşahidə qabiliyyətindən xəbər verən detalçılığın, heca vəzni ilə sərbəst şeirin üzvi sintezi onun şeirlərinin başlıca məzmun və forma özəlliyidir.
 
Bütün sadaladığım xüsusiyyətləri İlhamın sizə təqdim etdiyim bu son şeirlərində də görürəm. Bu şeirlərində də İlham mövzu ampluası tanımır - sevgi şeirləri də yazır, bəzən kəskin səciyyə alan sosial-siyasi mövzuya da, vətənpərvərlik lirikasına da üz tutur, fəlsəfi düşüncələrə də meyllənir... Amma əvvəlkilərlə müqayisədə bu şeirlərdə bir fərq aydın görünür - səsin amplitudasının maksimum düşməsi. Və bunun öz yerini səssiz düşüncə axarına verməsi. Bu şeirlər, musiqiçilərin diliylə desək, artıq bir gəncin bəzən pərdədən çıxan şaqraq zəngulələri deyil, durub-toxtamış, səsi tam oturuşmuş bir xanəndənin incə boğazlar, ustalıq tələb edən qaynatmalarla şərtlənən mükəmməl, püxtə ifasıdır. Bu şeirlər göstərir ki, Puşkin düz deməyib, nəinki 26, hətta 56 yaşda da şair qalmaq mümkündür. 
 
Yaş söhbətini elə-belə salmadım, dünən - aprelin 24-ü  çağdaş Azərbaycan şeirində təkrarsız üslubu və özünəməxsus xarakteri ilə seçilən İlham Qəhrəmanın doğum günü idi. Şair dostuma uğurlar arzu edir, onun ürəkdən gələn duyğularının oxucuların qəlbinə yol tapacağına inanıram.
 
Əsəd Cahangir
 
 
TƏK
 
Bir düzün ortasında, bitən
ağac kimi təkəm, telli balam...
Mənim təkliyim yerdə
çəkdiyim ahdan,
Göydə Allahdan gəlir,
telli balam.
 
Kim bilir başıma
nə gəldi, telli balam?!
Təklər bu dünyada
tək əldi, telli balam.
 
Sevinc göz yaşında boğulur,
Kədərin çiçəyi çırtdayıb,
kədərim gülüşür,
telli balam.
Bütün qəmli mahnılar
təkliyin səsidi,
qəmli mahnılar sümüyümə düşür,
telli balam!
 
İtsəm məni necə nişan verərsən,
Necə soraq edərsən, telli balam?!
Heç kimin qəlbinə dəyməyən,
qəlbi ipək adamı,
Ürəyi sözə pətək adamı,
Adamların arasında
tək adamı, necə soraq edərsən,
telli balam?!
 
Təkəm, telli balam, -
tək səbir kimi,
Şamaxı yolundakı
tək qəbir kimi!
Belə tək olan
tək mənəm,
Bu təkliyimlə 
görk mənəm, telli balam!

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar