Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkillər Əkrəm Əylislinin bəraət alması üçün çalışırlar...


Yazıçının bəraət ala bilməsi üçün Avropa Məhkəməsinə müraciət edilməsi də istisna deyil...


Martın 30-da ölkədən çıxarkən hava limanında saxlanılan yazıçı Əkrəm Əylislinin işi Bakı Şəhər Prokurorluğuna göndərilib. 

Bu barədə musavat.com-a onun vəkili Elçin Sadıqov məlumat verib. Yazıçı özü isə danışmaqdan imtina edib. Yazıçının bu işdə bəraət ala bilməsi üçün Avropa Məhkəməsinə müraciət edilməsi də istisna deyil.

Vəkil Elçin Sadıqov musavat.com-a bildirib ki, iş ləng gedir: “İş Bakı Şəhər Prokurorluğuna göndərilib. İndiyədək bizimlə əlaqə saxlanılmayıb. Yaxın günlərdə cavab gələcəyinə ümid edirik. Biz bəraət gözləyirik, bəraət uğrunda çalışırıq. Əkrəm Əylisli heç kəsi vurmayıb. Ümumiyyətlə, onun fiziki durumu kimisə vurmağa, hətta xəsarət yetirəcək dərəcədə fiziki güc tətbiq etməyə imkan vermir. Hesab edirik ki, ittihamlar əsassız və saxtadır. Biz bəraət tələb edirik”. Vəkil qeyd edib ki, yazıçıya bəraət verilməsi Avropa Məhkəməsinə qədər gediləcək: “Bu işlə bağlı Avropa Məhkəməsinə qədər gedəcəyik. Ölkə daxilində məsələ həllini tapmasa, hüquqi müstəvidə növbəti addımlarımız olacaq”.

Əkrəm Əylislinin özü isə danışmaq istəməyib. O, qısaca bildirib ki, məlum işlə bağlı sualları vəkilə ünvanlamaq lazımdır: “Vəkildən soruşun. Siz jurnalistlər sual verib adımı oynatmaq istəyirsiniz ki, nəsə dedim? Heç nə deməyəcəm”.

Qeyd edək ki, yazıçı martın 30-da hava limanında saxlanılıb. O, 30 mart-2 aprel tarixdə İtaliyanın Venesiya şəhərində keçiriləcək ədəbiyyat festivalında iştirak etmək üçün səfərə gedirmiş. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında göstərilir ki, o, xuliqanlıq hərəkətlərinə yol verib və təyyarə havaya qalxandan bir neçə saat sonra aeroportun sərhəd xidmətinin əməkdaşına fiziki güc göstərib. Nəticədə sərhəd xidməti əməkdaşının bədənində qançır yerləri əmələ gəlib.

Ə.Əylisli bu hadisədən sonra dövlət başçısı İlham Əliyevə açıq məktub yazaraq ona qarşı qaldırılan cinayət işi ilə bağlı istintaq prosesinə də diqqət çəkib. “Son bir neçə ildə hər cür təhqir və məhrumiyyətlərə düçar edilən ailəmin, nəhayət, öz ölkəsində asudə yaşamaq imkanı əldə edəcəyinə inanmağa mənim çoxdan və çox böyük psixoloji ehtiyacım vardı. Amma heyif ki, reallıq bunun əksini göstərdi və mən özümə və ailəmə qarşı 3 il əvvəl başlanan kampaniyanın hələ davam etməkdə olduğuna bir daha inanmalı oldum”,- deyə yazıçı məktubunda vurğulayıb. 

Qeyd edək ki, Ə.Əylislinin bir neçə il əvvəl yazdığı “Daş yuxular” romanı kəskin siyasi ittihamlara məruz qalmışdı. Yazıçı özü hesab edir ki, bu romandan dolayı ona hələ də təzyiqlər davam edir və ölkədən çıxışına imkan verilməməsi də məhz bu addımlardan biridir. “İndi mən 79 yaşın içindəyəm. Mənim bundan sonra illərlə yox, bəlkə də aylar və günlərlə ölçüləcək qədər ömrüm qalır. İndi söz yox ki, məni yaradıcılığımdan və şəxsi həyatımdan daha çox, ailəmin və ata ”günahı" ucbatından hələ də işsiz qalan günahsız övladlarımın gələcək taleyi düşündürür",- deyə yazıçı vurğulayıb. O qeyd edib ki, 3 ildən çoxdur təzyiqlər mühitində yaşayır: “Ən adi hüquqlarımın kobudcasına pozulmasının hər gün şahidi oluram”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar