Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN KİV-lərə xəbərdarlıq etdi - Baş Konsulluqda yanğın xəbəri


““Haqqın.az” və digər bu kimi internet mediası tərəfindən Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərin fəaliyyətinə əlahiddə maraq göstərilir. İnanmaq istərdik ki, bu cənab Prezident tərəfindən müəyyənləşdirilən və Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən ölkəmizin uğurlu xarici siyasəti ilə bağlıdır”


Bu sözləri Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğunun arxivinin yandırılması haqqında getmiş məlumata münasibət bildirərkən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Mətbuat katibi bu “marağ”ı şəxsi qərəz, böhtan, qarayaxma və hətta jurnalist etikasından kənar təhqir halları kimi qiymətləndirib:

““Haqqın.az” internet portalında Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş konsulluğunda guya yanğının baş verməsi və maliyyə sənədlərinin yandırılması haqqında verilmiş məlumat da bu sıradan olaraq, həqiqətdən tamamilə kənardır.

Bildiyiniz kimi, bütün dövlət orqanlarında, o cümlədən diplomatik nümayəndəliklərdə kargüzarlıq Azərbaycan Respublikası Prezidentinın müvafiq Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq aparılmalıdır.

Müvəqqəti saxlama müddəti başa çatmış sənədlərin məhvi ilə əlaqədar təlimatda deyilir: “Təşkilatda olan sənədlər qanunvericiliklə müəyyən edilmiş müvəqqəti saxlanma müddəti başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilir. Arxivə təhvil verilməli olmayan sənədlər ekspertiza komissiyasının qərarı ilə və təşkilat rəhbərinin təsdiq etdiyi akt üzrə məhv edilir”.

Baş Konsulluqda da həmin təlimata uyğun olaraq, arxivə təhvil verilməli olmayan, müvəqqəti saxlanma müddəti bitmiş, kifayət qədər böyük yer tutan və maliyyə sənədi olmayan sənədləri müvafiq akt tərtib edilməklə məhv edilmişdir”.

Hikmət Hacıyev vurğulayıb ki, ölkədə təmin olunmuş ifadə ve mətbuat azadlığından sui-istifadə olunmamalıdır:

“Peşəkar jurnalizm prinsiplərinə uyğun olaraq məlumat verilməmişdən əvvəl yoxlanılmalıdır. Daha bir misal, bundan bir qədər əvvəl Azərbaycanın Livandakı səfirliyinin ünvanı haqqında da yanlış məlumat verilmişdir. “Yellow pages” kimi mənbədən götürülən məlumat sanki həqiqət kimi təqdim olunurdu.

Bir daha qeyd etmək istərdik ki, hər hansı bir materialın hazırlanması zamanı özünə hörmət edən və özünü peşəkar adlandıran jurnalist ciddi mənbələrə müraciət etməli və ehtiyac duyularsa, məlumati XIN ilə dəqiqləşdirilməlidir.

Azərbaycan jurnalistikasının şərəfli adına xələl gətirən böhtan və təhqir kimi elementlərə son qoyulmalıdır”.

Qeyd edək ki, haqqın.az saytına tanınmış jurnalist Eynulla Fətullayev rəhbərlik edir.(qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar