Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artistinin oğluna təcili böyrək köçürülməlidir


Bir neçə gün əvvəl səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti Eldəniz Zeynalovun oğlu aktyor Məmməd Zeynalov evə buraxılacaq


Axşam.az xəbər verir ki, bu barədə azvision.az-a xalq artistinin qızı Gülbəniz Zeynalova bildirib.

Onun sözlərinə görə, qardaşı Məmməd Zeynalov müalicəsini evdə davam etdirəcək. G.Zeynalova söyləyib ki, qardaşına təcili böyrək köçürülməlidir:

“Həkimlər onu evə aparmağımızı məsləhət görür. Düzdür, onun hələ də bir tərəfi işləmir, normal yeriyə, danışa bilmir. Ancaq həkimlər bildirirlər ki, zamanla sağlamlığı geri qayıdacaq. Bundan sonra müalicələrini xəstəxanada yatmadan davam etdirə bilər.

Ən pisi odur ki, böyrəklərinin durumu yaxşı deyil. Qardaşıma təcili böyrək köçürülməlidir. Televiziyalardan biri zəng edib bildirdi ki, vətəndaşlardan biri öz böyrəyini vermək istəyir. Bunun üçün böyrək həkiminin bizə razılığı lazımdır. Sabah qardaşımı evə çıxarmaq istəyirik. Evə gətirəndən sonra böyrəyi ilə bağlı probleminin həllinə çalışacağam”.

Qeyd edək ki, Məmməd Zeynalov mərhum xalq artisti Eldəniz Zeynalovun oğludur. Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrının aktyoru olan M.Zeynalov bir neçə müddətdir ki, insult keçirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar