Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zorlanmanın baş verdiyi iddia olunan qəzetin adı bəlli oldu


Bir neçə gün bundan əvvəl , Azinform.az qəzet redaksiyalarının birində zorlanma hadisəsinin olması ilə bağlı məlumat vermişdi. Həmin məlumatda bildirilirdi ki, qəzetlərdən birində çalışan xanım jurnalist Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə işlədiyi redaksiyanın baş redaktoru tərəfindən zorlanması ilə bağlı şikayət verib.


Polisdəki etibarlı mənbələr vasitəsilə belə bir şikayətin bölməyə daxil olduğunu bizə təsdiqlədilər. Həmin vaxt biz qəzetin adının “M”, baş redaktorun isə adının “S”  hərfi ilə başladığı haqda məlumat vermişdik.  Xanım jurnalist şikayətlə müraciət etdiyi gün qeyd edib ki, o, qəzetin 25 yaşlı baş redaktor tərəfindən 9 gün əvvəl zorlanıb.  Bu ağır ittiham sübut tələb etdiyi üçün hadisənin doğrudan da baş verdiyini iddia etmək çətindi.

Baş verən hadisə redaksiyada xanımla qəzet rəhbərliyi arasında olan narazılıqdan doğan münasibətlərdən  qaynaqlanan şər-böhtan da ola bilər. Bunu iddia etmək üçün kifayət qədər əsaslar da var. Sual olunur – Niyə zorlandığını iddia edən xanım həmin gün yox, hadisənin üstündən 9 gün keçdikdən sonra polisə şikayət verib? Hər halda bunları araşdırmaq hüqüq-mühafizə orqanlarının səlahiyyətindədir. Ən maraqlısı isə budur ki, Azinform.az  zorlanmanın olduğu iddia edilən redaksiyanın adını tam dəqiqləşdirə bilib. Polisə şikayət  “Mizan Tərəzi” adlı qəzetin xanım əməkdaşı tərəfindən verilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar