Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərkisyan: “800 hektar sentyabrın 1-nədək geri qayıtsın, yoxsa...”


Apelin əvvəllərində Qarabağda gedən hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçən 800 hektar ərazi “münasib vaxtda hərbi və ya diplomatik yolla” qaytarılacaq


Belə bəyanatla Ermənistanın hakim Respublika partiyasından deputat Lernik Aleksanyan çıxış edib.

Onun sözlərinə görə, yaddan çıxarmaq lazım deyil ki, iyunda ErmənistanAzərbaycan prezidentlərinin görüşü keçirilməlidir. “Bu görüş çox şeyi həll etməlidir. Ermənistan təmas xəttində əvvəlki mövqelərə qayıtmaqda israr edir, yəni bu il sentyabrın 1-nə qədər. Bura həmin 800 hektar ərazi də daxildir. Ona görə də tələsmək lazım deyil”-deputat bildirib.

Aleksanyan Ermənistan tərəfinin təmas xəttində sentyabrın 1-nə qədər tərəflərin əvvəlki mövqelərinə qayıtması şərtinin hansı şəraitdə irəli sürüldüyünü dəqiqləşdirməyib. Əlavə edib ki, itirilmiş ərazilər “istənilən münasib vaxtda” geri qaytarılacaq.

Ermənistan hakim partiyasının deputatının bu bəyanatı işğalçı ölkənin Qarabağda yeni hərbi avantüraya cəhd edəcəyini göstərir. Məlum deyil ki, Sərkisyan təmas xəttində əvvəlki mövqelərə qayıtmağı Minsk Qrupunun həmsədrləri qarşısında qaldırıb, ya yox. İstisna deyil ki, sentyabrın 1-nə qədər təmas xəttində əvvəlki mövqeləri bərpa etmək Sərkisyanın ordunun qarşısında qoyduğu vəzifədir və deputat bu sirri açıqlamış olub. Çünki Azərbaycan tərəfi heç bir halda işğal edilmiş ərazilərin azad edilmiş hissəsinin geri qaytarılmasını müzakirə edə bilməz, belə tələbləri danışıqlar predmetinə çevirə bilməz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar