Bazar ertəsi, 29 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Filosof: “Nəyə görə ana müqəddəs olmalıdır?” – Müsahibə (I Hissə)



Mail Yaqub: “Postmodernistlərə görə dünyanın təxminən 60%-i ateistdir, digər statistikada isə təxminən 40%-in ateist olduğu deyilir”


“Sovet dönəmində əgər bir dərsdə heç nə başa düşmürdünsə, bu “fəlsəfə dərsi” adlanırdı”.

PİA.AZ Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mail Yaqublunun müsahibəsini təqdim edir:

Dosye: Mail Yaqub. 10 iyun 1979-cu ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olub. Xəzər Universitetinin və Tehran Universitetinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. 2011-ci ildə “Nitsşenin “Əxlaq geneologiyası” əsərinin təhlili və tənqidi” mövzusunda doktorluq dissertasiya işi müdafiə edib. 2009-cu ildə “Din fəlsəfəsi”, 2012-ci ildə “Metafizika düşüncələri” kitabları Bakıda işıq üzü görüb. 2008-ci ildən Xəzər Universitetinin Fəlsəfə departamantində “Müasir Avropa fəlsəfəsi”, “Əxlaq fəlsəfəsi”, “Fəlsəfəyə giriş” və “Din fəlsəfəsi” fənnlərini tədris edir. Ailəlidir. 2 övladı var.

- Mail bəy, Tanrıya inanırsınız?  Əgər inanırsınızsa, bu inam nəyə əsaslanır, dini etiqada, yoxsa məntiqi araşdırmaya?

- Tanrıya inanıram. İnamımın əsaslandığı aspektə gəlincə, dini aspekti elmi-fəlsəfi aspektdən ayırmıram. Yəni, mənim üçün xurafat və mövhümatdan təcrid olunmuş, sağlam, fundamental zəkaya əsaslanan bir din var. Dediyim bu əsasları İslam dinində tapmaq olar. Həmin əsaslara söykənən din elmi-fəlsəfi aspektdən kənar deyil. 

- Fəlsəfəni bilmək filosof olmaq anlamına gəlimi? Yaxud da əksinə, filosof olmaq üçün fəlsəfəni öyrənmək vacibdirmi?

- Bilirsiniz, “fəlsəfə nədir” və “filosof kimdir” sualı çox geniş və çətin sualdır. Ancaq “fəlsəfə nədir” sualı “filosof kimdir” sualından daha çətindir. “Fəlsəfə nədir?” sualının cavabı çətindir, amma o demək deyil ki, bu sualın cavabı yoxdur. Bu sahə çox genişdir. Hər zaman geniş insanlar və geniş sahələr tərifə çətin sığırlar. Çünki geniş insanların və geniş sahələrin aspekti çox olur. Tərifdə isə bütün aspektlər nəzərdə tutulmalıdır. Həmin insanın da min dənə aspekti varsa, sən o tərifdə min dənənin hamısını sıxışdırmağı bacarmalısan. “Tərif” isə adətən qısa və konkret olur. Məsələnin çətinliyi burdadır.

Bir xarici müəllif əsər yazmışdı.  Əsərin epiqrafında adətən müəlliflər əsəri  bir insana ithaf edirlər. Biri həyat yoldaşına, biri sevgilisinə, dostuna, anasına və s. insanlara ithaf edir. Həmin müəllif epiqrafında yazmışdı ki, mən bunu bütün dəyərli dostlarıma ithaf edirəm. Və o dəyərli dostların bir-bir adını çəkmişdi.  Bu, 52 səhifə olmuşdu. İndi sizin sualınıza cavab olaraq deyim ki, bəzi sualların cavabı başqa sahələrdə araşdırılmır. Yəni, konkret olaraq fəlsəfəyə aid olur. Misal üçün, “var” niyə var?!

Baxın, bir bina tikilir. Bina tikiləndə prinsipə uyğun olaraq otaqları boş olmalıdır. Daha sonra təmir edilir və ora mebellər, əşyalar  əlavə olunur. Bu əlavələrdən sonra yaşayış üçün uyğun olur. Ancaq “prinsip”ə uyğun olaraq, bina boş olmalıdır. Adətən prinsipə uyğun olan məsələlərə görə sual verilmir. Heç kim demir ki, bu otaq niyə boşdur, bu boşluğu burada kim yaradıb? Lakin otağa əşya qoyulanda sual verirlər ki, bu əşyanı kim gətirib?. Baxın, burada sualın yeri var. Çünki onun gətirilib otağa qoyulması prinsipə uyğun deyil. Bildiyiniz kimi, indi böyük kainat var. Bu kainatda “var”lar var. Əslində olmamalı idi axı. Kim gətirib qoyub bunları bura? Baxın, bu sualın cavabını fəlsəfədə axtarırlar. Aristotel deyib ki, ilk qüvvə burada var. Dində onun adını Tanrı qoyublar. 

Fəlsəfədən xəbəri olmayan şəxsin filosof olmasına gəlincə, bu mümkündür. Çünki filosof xarakterli insanlar var. Bu insanlar fitrən fəlsəfi suallar verirlər. Fəlsəfə fitrətdən gəlir. Bu cür insanlar filosof yox, fəlsəfi düşünən insanlar olur. Filosof o adama deyirlər ki, hansısa sistem yaratsın. 

photoslide_title
Mail Yaqub: “50 il bundan öncə həyatı bir cür başa düşürsənsə, 50 il sonra isə tamam başqa cür başa düşəcəksən”. 


-Müasir fəlsəfə nəyi öyrədir, ya da nəyi öyrənir?

- Öncəliklə, biz müasir deyəndə 19 və 20-ci əsri nəzərdə tuturuq. Təxminən 19-cu əsrin ortalarından indiyə qədərki dövr “müasir dövr” gedir. Bu dövrdə 6-7 fəlsəfi cərəyan ərsəyə gəlib. Bunlardan üçü –ekzistensializm, postmodernizm və  hermenevtika çox mühümdür. 

Ekzistensializm – insanın daxili təbəddüatlarını öyrənir. Eksiztensialistlər deyir ki, filosofun missiyası kainatı kimin yaratdığını axtarıb tapmaq deyil. Eksiztensialistlərə görə,  maarrifçilik dövründə Con Lokk, Jan Jak Russo, Tomas Hobbs, Deni Didro, Volter filosof idilər, amma siyasətin əsaslarını qurublar. Yəni, filosof kimi hakimiyyətin əsaslarının mənşəyini axtarırdılar. Ancaq bu, filosofun missiyası deyil, qoy bunu siyasətçilər, hüquqşünaslar axtarsınlar. Filosofun əsas missiyası insanın daxilindəki iztirabları, təbəddüatları öyrənməkdir. Bu, ekzistensialistlərin şüuarıdır. Bu insanlar ədəbiyyata daha çox yaxınlaşırlar. İki ekzistensialist filosof Albert Kamyu və Jan Pol Sartr 20-ci əsrdə ədəbiyyat üzrə Nobel mükafatı aldılar. 

Hermenevtika - mətnin obyektiv  və subyektiv əsaslarına görə mənasını müəyyən etmək üçün şərh məharəti nəzəriyyəsidir. Təsəvvür edin ki, qarşınızda bir mətn var. Bu mətn 1000 il bundan qabaq yazılıb. Ancaq sən mətni indi oxuyursan. Bu mətni indi necə başa düşəsən, min il bundan qabaqkı atmosferlə, yoxsa indiki atmosferlə? İnsan 1000 il bundan qabaq mətni bir cür başa düşürdü, ancaq indi tamam başqa cür başa düşür. Ümumiyyətlə, başa düşə bilərmi? Hermenevtika məhz bunu araşdırır. Hermenevtikada deyilir ki, mətn deyərkən təkcə yazılı mətn deyil, kainat-həyat da bir mətndir. Mən həyata bir dəfə baxıram, bir cür anlayıram. Lakin  10 ildən sonra isə başqa cür anlayıram. Alman filosof Hans-Georq Qadamer deyir ki, insanın həyat dərki “historikal”dır (historical). Yəni, 50 il bundan öncə həyatı bir cür başa düşürsənsə, 50 il sonra isə tamam başqa cür başa düşəcəksən. 

Postmodernizm isə bütün formaları, qaydaları, ehkamları inkar edən bir cərəyandır. Postmodernistlər deyir ki, indiyə qədər konkret bildiyimiz hər şeyi dağıtmalıyıq. Yəni, əxlaqlı-əxlaqsız, güclü-zəif  anlamı artıq yoxdur. Postmodernistlər həmin  konstruksiyanı dağıdırlar.

-Azərbaycanda filosof məktəbi varmı? Və yaxud da nə zamansa olubmu?

- Gəlin, biz Azərbycanı tək bir ada kimi düşünməyək. Azərbaycan tarixən ümumi müsəlman Şərq məkanının bir hissəsi olub. Ümumiyyətlə, müsəlman dünyasında üç əsas fəlsəfi cərəyan olub. Bunlar İbn Sinanın təmsil etdiyi “Məşşailik”, Azərbaycan filosofu Şihabəddin Sührəvərdinin başçılıq etdiyi “İşraqilik” fəlsəfəsi və Sədrültəllihin adlı islahatçı filosofa xas olan “Mütəaliə” fəlsəfəsidir. Hər üç cərəyan  İslam fəsləsəfəsinə aiddir. 

Məşşailik cərəyanına görə, həqiqətlərin üzə çıxması üçün axtarışda olan adamın əməli mərhələlər keçməsi, ruhunu paklaşdırması zəruri deyil, yalnız əqli sübutlar və rasional gediş kifayət edir. 

İşraqilik fəlsəfəsinə görə ilahi həqiqətlərin kəşfi əməli mərhələlərdən keçib, ruhunu paklaşdıraraq, İlahidən kömək almaqla müyəssər olur.

 Mütəaliə fəlsəfəsi isə hər iki cərəyanı sintez elədiyini bildirir. 

Əslində Qərbdə olduğu kimi, müsəlman Şərq dünyasında fəlsəfi cərəyanların sayı çox deyil. Çünki Quran konkret mətn kimi istinad mənbəyi olub və başqa fəlsəfi xəttlərin ərsəyə gəlməsinə bir o qədər də ehtiyac duyulmayıb.

İbn Sinanın şagirdi Bəhmənyar ibn Mərzban azərbaycanlı olub. Ancaq elmdə bir insanın etnik mənsubiyyətini çox araşdırmırlar. Çünki o, ümumən bəşəriyyətə  mənsubdur. 

-XXI əsrdə Azərbaycanda özünə filosof deyən adam varmı? 

-Xeyr, Azərbaycanda özünə filosof deyən şəxs yoxdur.

photoslide_title





















Mail Yaqub: “İnsan xoşbəxt olmalıdırmı? Bu sualın cavabını kim bilir?”.


-Bir zamanlar Azərbaycanda Asif Əfəndiyev adlı filosof vardı. Sonra həmin adam Asif Ata adlı peyğəmbərə çevrildi. Sizcə, bu şəxs ümumiyyətlə, filosof ola bilmişdi?

- Adətən filosoflar özlərinə “filosof” demirlər. Sadəcə biz kənardan onlara “filosof” deyirik. Filosoflar elə sualların axtarışındadırlar ki, başqa adamlar o sualların axtarışında olmurlar. Məsələn, insan xoşbəxt olmalıdırmı? Bu sualın cavabını kim bilir? Heç kim. Və yaxud, hüquqda hüququn mənşəyi nədir? Əxlaqın mənşəyi nədir? Mən nəyə görə böyüyə yer verməliyəm? Niyə mən ata-anama tabe olmalıyam? Nəyə görə ana müqəddəs olmalıdır? Ümumiyyətlə, ana, vətən müqəddəsdirmi? Əgər müqəddəsdirsə, niyə? Bunlar fəlsəfi suallardır. 

- Ancaq birmənalı olaraq cavabları da yoxdur...

- Əslində var. Hər bir filosofun, mütəfəkkirin öz yanaşması var. Hər bir cəmiyyətin də özünəməxsus yanaşması olur. Sonradan filosofun fikirləri yaşadığı cəmiyyətə də tədricən sirayət edir. Təsirinin necə olması isə başqa məsələdir. Bilirsiniz, cəmiyyət tez təsirə düşən organik varlıqdır. Yəni, cəmiyyətə bir pop musiqiçisi də təsir edə və minlərlə, milyonlarla insanı özünə tabe edə bilər. Bunu bir siyasətçi, ədəbiyyatçı da edə bilər. Ancaq bir məsələ var. Əgər filosof cəmiyyətlə işləmək istəyirsə, cəmiyyətin nəbzini tutmaq üçün müəyyən incəsənət bacarıqlarına malik olmalıdır. (gülür –red)

-  Filosof cəmiyyəti xəstəliklərdən müalicə etmək missiyasına vəzifəlidirmi?

- Əlbəttə. Ümumiyyətlə, mən bu məsələlərdə optimistəm. Hesab edirəm ki, bir ədib şeir yazıb cəmiyyətin hansısa problemini çözə bilər. Öz şeiri ilə bir adamın iztirablarını  aradan qaldıra bilər, yaxşı romanla bir millətin yanlış adət-ənənələrinin ləğvinə səbəb ola bilər. Mən yaxşı ədibə də filosof kimi baxıram. 

photoslide_title

Mail Yaqub: “Əxlaqın mənşəyi nədir?.. Mən nəyə görə böyüyə yer verməliyəm?.. Vətən müqəddəsdirmi?..”.


- Dini sektalarla fəlsəfə ocaqları, məktəbləri arasında hansı fərq var?

- Öncəliklə deyim ki, dini sektalar ümumi məhfumdur. Siz hansı dini sektaları nəzərdə tutursunuz?

- Bunun fərqi yoxdur...

- Əslində dini sektalarla fəlsəfə ocaqları arasındakı fərq dini setkadan asılı olaraq dəyişir. Misal üçün, xristian keşişlər filosoflarla debat aparırlar. Çox dərin mütaliələri var. Azərbaycanda da çox dərin elmi-fəlsəfi biliklərə malik olan ilahiyyatçılar var. Təbii ki, həmin ilahiyyatçının dilindən axan dinin elmdən, fəlsəfədən, dünyadan xəbərsiz olan ilahiyyatçının aşıladığı dindən xeyli fərqi olacaq. Həm mahiyyət, məzmun, həm də forma baxımından bu fərq hiss olunacaq. Ona görə dini sektaların təbliğatı məsələsi də belədir. Dini sektalar hər nə qədər insanların danılmaz ehtiyacları və professional düşüncəyə əsaslansalar, bir o qədər də işləri davam olacaq. Ola bilsin ki, müəyyən periodda hansısa din sırf qeyri-rasional üslublarla rəğbət qazansın, amma bu qalıcı olmayacaq. Mənə elə gəlir ki, indiki dövrdə heç 100 il belə ömrü olmayacaq. Çünki informasiya mübadiləsi çox sürətlənib.

-Ateizmə münasibətiniz necədir? XX əsrdə ateizm çox məşhur idi, ancaq XXI əsrdə bu məşhurluq aşağı düşdü. Ateizmin yenidən beyinlərə hakim olması mümkündürmü?

-Ateizmin Avropada ən məşhur olduğu dövrlər XVI, XVII və XVIII əsrlər olub. XVIII əsrin axırlarından başlayaraq Avropada romantizm-Tanrıya qayıdış-dövrü yarandı. Romantizm dövründə iki böyük əsər meydana gəldi. Bunlardan biri mütəfəkkir yazıçı Viktor Hüqonun “Səfillər” romanı, digəri isə alman şair dramaturqu Yohan Volfqanq Hötenin “Faust” əsəridir. Bunların hər ikisi dini məzmundadır. Bu əsərlərlə bir növ Avropada maarrifçilik atmosferindən uzaqlaşdılar. Çünki maarrifçilik dövrü daha çox ictimai, siyasi, pozitivist (pozitiv yox, pozitivist, yəni sırf materialist baxış) ruhdadır. Pozitivist ruh da ateizmi təbliğ edir. XVIII əsrin sonları, IX əsrdə romantizmin davamı və daha təkmilləşmiş forması kimi “ekzistensializm” cərəyanı  yarandı. Duzdur, Eksiztensializmin bir qolu Nihilistdir, yəni Tanrını inkar edir, lakin çox mühüm bir qanadı Tanrını qəbul edir. Ancaq XX əsrin sonlarında Postmoderinizmin ırsıyı gəlməsi ilə yenidən ateizmə dönüş var. Ümumiyyətlə, postmoderinistlər heç bir şeyi qəbul eləmirlər. Hətta əxlaqı belə qəbul etmirlər. Postmodernistlər üçün “dəyər” anlayışı absurddur. Onlar ifrat azadlıqı təbliğ edirlər.

Yəni ateist öz işiylə məşğul olsun, dindar ibadətini etsin, əxlaqsız sandığımız insan da öz işini görsün. Yəni, hərə öz işiylə məşğul olsun. Nəticə etibarilə, “postmodernizm Tanrını qəbul edir, ya etmir?” Sualını versəniz, cavabım belə olardı ki, postmodernist Tanrını qəbul eləmir. 

Bunu adi bir misal ilə izah edə bilərəm. Təsəvvür edin ki, bir müəssisədə 1000 nəfər insan çalışır və onların müəssisənin müdiri ilə konflikti var. 500 nəfər deyir ki, müdir qalsın, digər 500 nəfər isə müdirin qalmamasını istəyir. İndi gəlib mənə deyirlər ki, sən də bir mühakimə elə. Görək, hansı 500 nəfər düz deyir? Mən isə deyirəm, siz ikiniz də düz deyirsiniz. Bu o deməkdir ki, sizin heç birinizin sözü mənim üçün dəyərli deyil. Və ya postmodernist filosofa deyirlər ki, statistikaya görə dünyanın təxminən 60%-i ateistdir, digər statistikada isə təxminən 40%-in ateist olduğu deyilir. Sizcə, hansı düzdür? Postmodernist filosof deyir ki, mənim üçün heç bir fərqi yoxdur. Gedin, işinizlə məşğul olun. Yəni, postmodernistlərin fikri əslində budur. 

- Mail bəy, o zaman  Postmodernizmdə əxlaq dəyərlərini necə xarakterizə edərdiniz? Ümumiyyətlə, postmodernizmin əxlaq dəyərlərinə təsiri necədir?

- Əxlaqın iki növü var: kosmetik əxlaq və dərin əxlaq.  Kosmetik əxlaq sırf üzdə olan əxlaqdır. Təbii ki, posrmodernistlər üzdə olan əxlaqı qəbul edirlər. Bu ictimai münasibətlər üçün hardasa lazımdır. Ancaq dərin əxlaq başqa cürdür. Dərin əxlaqa dair bir misal çəkə bilərəm. Sən bilirsən ki, qonşun çox ağır vəziyyətdədir. Sənin əxlaqın, vicdanın yol vermədiyinə görə qonşuna pul verirsən ki, uşaqlarına çörək alsın. Bu dərin əxlaq sayılır. Kant deyirdi ki, dərin əxlaq Tanrıya söykənməlidir. Ancaq kosmetik əxlaqda qonşunun acından öldüyünü bilirsən, amma deyirsən ki, mənim nə vecimə... 

- Bu artıq şoudur...

- Tamamilə, haqlısınız. Bu əxlaq şoudur. Kosmetik əxlaqda həmin qonşunu səhəri gün görəndə  “necəsiniz?” deyib, əhvalını soruşursan. Artıq bu ciddi “necəsiniz?” deyil, şou xarakterlidir. Ümumiyyətlə, “necəsiniz?” iki cürdür: dərin əxlaqa söykənən və kosmetik... Postmodernistlərin əxlaqa baxışı kosmetik əxlaqı aşılayır. Postmodernizm üçün əsas hüquqdur. Bu cərəyanda əxlaq artıq rəngini itirib. 

-Azərbaycanda fəlsəfəyə və filosof olmağa can atan gənclərin sayı demək olar ki,  yox səviyyədədir. Bunun səbəbi nədir? 

- Azərbaycanda təhsilə meylin yüksək səviyyədə olduğunu deyə bilmərəm. Təhsilə meyl var, ancaq çox aşağıdır. Fəlsəfəyə meyl olmamasının səbəbi Sovet dönəmində Azərbaycanda fəlsəfə dərsinin “bir sıra qaranlıq, anlaşılmaz prinsiplərin izahı dərsi” olması ilə bağlıdır. Əgər bir dərsdə heç nə başa düşmürdünsə, bu “fəlsəfə dərsi” adlanırdı. Bir çox dərsliklərdə rus dilindən hərfi tərcümələr edilirdi. Ancaq Avropada başqa cür idi. Orada fəlsəfə əxlaqa, hüquqa, siyasətə,ədəbiyyata, dinə girdi. Nəticədə əxlaq, din, hüuquq və siyasət fəlsəfəsi yarandı. Mənim əlimdə Oxford Universitetinin professorlarının yazdığı hüquq fəlsəfəsi dərslikləri var. Çox mükəmməldir. Təəssüflər ki, Sovet dönəmi dağılandan sonra Azərbaycanda fəlsəfə qürbətdə qaldı. Bunun səbəbi gənclərdə deyildi. Buna səbəbkar fəlsəfə ilə məşğul olan alimlər oldu. Yəni, biz hələ Sovetin təsirindən çıxa bilmədik, bəlkə hələ də çıxa bilməmişik. Ancaq filosof həm sosioloq, həm əxlaq-etika mütəxəssisi, həm də din filosofu kimi çıxış edə bilər.

photoslide_title
























Mail Yaqub: “Postmodernistlər üçün “dəyər” anlayışı absurddur. Onlar ifrat azadlıqı təbliğ edirlər”.


- Aristotel deyirdi ki, insan siyasi varlıqdır. İnsanı siyasətdən kənar təsəvvür edirsiniz?

-Aristotelin dediyi siyasət cəmiyyətdir. Yəni, insan cəmiyyətdən kənar qala bilməz. İnsan dağda yaşaya bilməz, dağda yaşayan insan insanlığını itirir. Siyasət cəmiyyətdə yaşamaq, sosiallaşmaqdır. Zamanla siyasət məfhumu inkişaf elədi və dövlətin yaranması baş verdi. Ümumiyyətlə, İnsan kəlməsi “üns” sözündən götürülüb. Mənası “ünsiyyət” deməkdir. İnsan ünsiyyətdən kənar qala bilməz. 

- Maks Şteyner deyir ki, hər kəsin içində Allah nə boydadırsa, vicdanı da o boydadır. Bir müddət əvvəl Şeyxülislam Hacı Allahşükür Paşazadə demişdi ki, mən bilmirəm vicdan nədir. Sizcə, vicdan nədir?

- Ola bilsin ki, Şeyxülislamın həmin sözü konstektdən çıxarılıb, mən bunu dəqiq bilmirəm. Gərək bu sualı onun özünə yenidən verək və fikrini dəqiq öyrənək. Vicdanın nə olmasına gəlincə, vicdan iki cür izah oluna bilər. Materialist fəlsəfədə də vicdanı qəbul edirlər. Onlar deyirlər ki, uzun müddət uşaq vaxtından valideynlərimiz, cəmiyyət tərəfindən müəyyən qadağalar olur. Bu qadağalar bizim şüuraltımızda yığılır. Fridrix Nitsşe deyir ki, bu axırda yığılıb vicdan adlanır. Yeri gəlmişkən, vicdan “vücud” sözündəndir. 

İdealistlər isə vicdana daha çox İlahi rəng qatırlar. Yəni, bura Tanrıdan gələn qadağaları da əlavə edirlər. Bu, insanın içində yığılır və sonda vicdan yaranır. Bəzi filosoflar isə deyir ki, ümumiyyətlə, Tanrısız vicdan yoxdur. 

-Vicdan deyəndə ancaq humanizm nəzərdə tutulur?

-Kant deyir ki, humanizm, əxlaq və vicdan Tanrısız mümkün deyil. 

- Sizcə, “zalım vicdan” ola bilər?

- Xeyr, ola bilməz. Vicdan varsa, orada ədalət rəngi də var. Çünki vicdan insanın vücüdündan, yanaışından, fitrətindən gəlir. Fitrət isə təmizdir. Hər insanın lap içində təmiz bir atmosfer var. Mən deyərdim ki, hər insanın içində təmiz bir hücrə var. Ancaq insan pisliklərlə nə qədər  çox məşğul olarsa, o hücrə sıxılır. Mən hərdən düşünürəm ki, görəsən həyatda bütün vicdanını itirmiş birisi varmı?!

- İnsanın mahiyyəti nədir? Niyə dünyaya gəlir, niyə ölür?

- Bu bir tərəfdən asan, bir tərəfdən isə çətin sualdır. Mənim bir insan kimi özümə görə missiyam var. Mənə görə insanın konkret missiyası var. İnsan başqalarına xidmət etməlidir. Bütün insanlar bir-birinə qarşı bu mövqedə olmalıdır. Çünki insan tək bir varlıq deyil, toplumda öz mahiyyətini tapır. Mənim missiyama görə, insan qonaqdır, həyatda bir yolun yolçusudur, məqsədlidir. 

photoslide_title

Mail Yaqub: “Kosmetik əxlaqda qonşunun acından öldüyünü bilirsən, amma deyirsən ki, mənim nə vecimə...”.


-O zaman eqo niyə çıxdı? İnsanın cənnətdən qovulması sırf eqodan baş vermədimi? Yəni, eqolu insan özünü necə kəşf edə bilər?

-Əgər insanda eqo olmasaydı, o, mələk olardı. İnsan azad iradəli və ixtiyarlı varlıqdır. İnsan istəsə pis işlərlə məşğul ola və digər insanları məhv edə bilər. Tomas Hobbs deyirdi ki, insan insanın canavarıdır. Eyni zamanda insan istəsə mələk simalı varlığa çevrilər.

- Cənnət və cəhənnəmə inanırsınız?

Ardı var...

Azər QARAMANLI
Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Entoni Blinken Prezident İlham Əliyevə zəng edib

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək

Blinken və Paşinyan delimitasiyası prosesini müzakirə ediblər

Prezident: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır...

İsrail maliyyə naziri: Rafahda əməliyyat keçirilməyəcəyi təqdirdə hökumət parçalanacaq

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Qalant: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik...

DAK İran rejiminə qarşı insan haqlarını dəstəkləyən bütün qüvvələri dəstəkləyir

Ən çox oxunanalar