Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmazda “barıqa Əkiş“ gərginliyi


Ramiz Həsənovun Xaçmaza təyin etdiyi yeni kadr xaçmazlıların etirazı ilə qarşılanıb


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  Xaçmaz rayon şöbəsinə Əkrəm Zülfüqarovun təyinat alması bir mənalı qarşılanmayıb. 

Rayon sakinləri qaranlıq işlərdə və kirli qaçaqmalçılıq biznesində adı hallanan bir şəxsin rayonda vəzifə almasına etiraz edirlər. Hətta Xaçmaz rayon sakinlərinin bu barədə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayeva müraciət etdiyi bildirilir.

Bu barədə PİA.AZ-a  Xaçmazdan daxil olan məlumatda bildirilir ki, Xaçmazda "barıqa Əkiş" kimi tanınan şəxsin Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  Xaçmaz rayon şöbəsində vəzifəyə gətirilməsi Xaçmazda birmənalı qarşılanmayıb. Daha çox adı qaranlıq işlərdə hallanan birinin rayonda vəzifə sahibi olması xaçmazlıların etirazı ilə qarşılanıb.

Xaçmazlılar ehtiyat edirlər ki, Əkrəm Zülfüqarov bütün dükan və istehlak obyektlərinə haqq qoyacaq və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  Xaçmaz Rayon şöbəsini mafiya qaydaları ilə idarə edəcək.

PİA.AZ-a daxil olan şikayət məktubunda bildirilir ki, rayonda qaranlıq biznes şəbəkəsinin başçısı kimi tanınan Murad Həbibovun xeyir duası ilə işə düzələn Əkrəm Zülfüqarovu bu vəzifəyə  Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramz Həsənov təyin edib.

Məsələ bundan ibarətdir ki, Xaçmaz sakinləri Əkrəm Zülfüqarovun Ramiz Həsənov tərəfindən vəzifəyə gətirilməsini biabırçılıq kimi dəyərləndirirlər. Belə ki, məlumata əsasən Xaçmazda Əkrəm Zülfüqarovun hansı işlərlə məşğul olduğunu hər kəs bilir. Eyni zamanda iddiaya əsasən bu şəxsin qaranlıq fəaliyyəti ilə bağlı Xaçmaz rayon hüquq-mühafizə orqanlarında da kifayət qədər məluimat var.

Ona görə də Xaçmaz sakinləri Ramiz Həsənovdan sual edirlər ki, Xaçmazda əməllərindən hər kəsin məlumatlı olduğu bir şəxsi vəzifəyə təyin edərkən Komitə sədri kiçik bir araşdırma apara bilməzdi?

Qeyd edək ki, Əkrəm Zülyüqarovun əməlləri ilə bağlı PİA.AZ-a daxil olan məlumatları dəqiqləşdirdikdən sonra oxucularımızın diqqətinə cəlb edəcəyik.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar