Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pənah Hüseyn: “Vəziyyət bundan artıq kəskinləşə bilməz“


"Bu Azərbaycan hökümətinin süurlu şəkildə yürütdüyü bir xətdir".


Bu sözləri sabiq baş nazir və millət vəkili, AXP-nın sədri Pənah Hüseyn Azərbaycanla ABŞAvropa arasında münasibətlərin gərginləşməsi ilə bağlı PİA.AZ-ın əməkdaşının sualını cavablandırırkən bildirib.

Pənah Hüseyninin fikricə Azərbaycan tərəfi şüurlu şəkildə gərginliyi artıran addımlar atır:

"Məncə Azərbaycan hökümətinin süurlu şəkildə yürütdüyü bir xətdir. Ammma məncə Azərbaycan tərəfinin maraqlarına uyğun deyil. Son illər ərzində Azərbaycanla Qərb arasında bu cür kəskin gərginliyin şahidi olmamışdım. Düşünürəm ki, vəziyyət bundan artıq kəskinləşməz.  Gərginliyn açıq səviyyə almasına isə inanmıram. Çox güman ki, bir müddət sonra vəziyyət stabil forma alaraq öz axarında cərəyan edəcək. Hər zaman belə olub. Bir az alovlanıb, bir müddət sonra isə su çilənib alov sönüb". 

Qərblə iqtisadi əməkdaşlığın pozulma ehtimalını da dəyərləndirən Pənah Hüseyn bildirib ki, tərəflər belə bir riskə getməz:

"Qərblə iqtisadi əməkdaşlığın pozulması heç gündəmdə də deyil. Azərbaycan neftinin əsas alıcıları elə Qərb ölkələridir. Bu cür riskə getməzlər. Qərblə əməkdaşlıq iqtisadiyyatın sütünudur. Məncə əməkdaşlıq pozulmayacaq. Bu hər iki tərəf üçün arzuolunmaz hal olar".

Qeyd edək ki, son zamanlar Azərbaycanla Qərb arasında qarşıdurma və gərginlik artan xətt üzrə inkişaf edir. Avropa Birliyi və ABŞ-dan Azərbaycan hökümətinə qarşı edilən çağrışlara və tənqidlərə isə Azərbaycan rəsmiləri sərt reaksiya verirlər.

Niyaməddin 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar