Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Agentura

Qeyri-rəsmi statuslu adamların razılığı olmadan, rayonun rəsmi şəxsləri daşı-daş üstə qoymaq və qoydurmaq səlahiyyətlərini itiriblər


 Binəqədinin icra başçısı Xaləddin İsgəndərov rayonun tikinti və digər sahələr üzrə məsul olan məmurlarını səlahiyyətlərindən rəsmən təcrid edib.

İcra başçısı təsərrüfat şöbəsinin (memar) müdiri başda olmaqla, İcra Hakimiyyətinin bütün məsul vəzifə sahiblərinə xəbərdarlıq edib: «İcra başçısı toplantı keçirərək, tabeliyindəki hər kəsə «Hamı rəsmi öz işiylə məşğul olsun. Və onu da bilin ki, əvvəlki kimi heç kim tikinti işlərinə müdaxilə edə bilməyəcək. Bu haqda 1-ci müavinim və təsərrüfat şöbəsinin müdirinə lazımı tapşırıq verilib. Əgər kiminsə tikinti işlərinə müdaxilə etməsi, kiminləsə sövdələşməsi xəbəri ortaya çıxarsa, o, vəzifəsini itirəcək».

 Mia.az-ın xəbərinə görə, hazırda təmir-tikinti işlərini rayon məmurlarının nəzarətindən çıxaran icra başçısı bu prosesi rayonda hələ təyinatından bəri fəaliyyətə başlamış qeyri-rəsmi şəxslərə həvalə edib: «Xaləddin İsgəndərov rəsmi qurumlar və onların rəhbərlərini rayonda zonalar üzrə qeyri-rəsmi hegemon statusu yiyələnmiş dəstəyə tabe olmağa məcbur elədi. Təsəvvür edin ki, qeyri-rəsmi statuslu həmin adamların razılığı olmadan, rayonun rəsmi şəxsləri daşı-daş üstə qoymaq və qoydurmaq səlahiyyətindən məhrum ediliblər. Baxın, bunu dəqiqləşdirmək çox sadədir. Nümunə üçün siz Binəqədinin istənilən ərazisini seçin və orada tikinti aparmaq istədiyinizi deyin. Baxacaqsıznı ki, sonda sizi kimin üzərinə yönləndirəcəklər. Bəli, rayonun rəsmi şəxslər ancaq söküntü işlərinə indeksləşdirilib. Yəni hər hansı bir söküntü ilə bağlı qərar verilərsə, rəsmilər orada peyda olur. Özü də qeyri-rəsmi dəstə başçısının tapşırığı ilə». 

Müsahibimiz deyir ki, indi Binəqədi rayonunda ərazidən asılı olaraq birmərtəbəli evlər üçün 5-10, ikimərtəbəli evlər üçünsə 10-20 min manat arası rüşvət tələb olunur. Bu «süzgəc»dən keçə bilməyən isə tikinti apara bilməz.

 Sonda mənbə onu da deyib ki, Xaləddin İsgəndərov və tabeliyində olan məmurların əsas işi isə rayonun hər hansı bir ərazisində tikinti işlərinin aparılmasından dərhal xəbər tutmaq üçün «Agentura şəbəkəsi»nin fəaliyyətini genişləndirməkdən ibarətdir: «Məmurlar bu şəbəkə vasitəsiylə rayonun hər bir qarışındakı tikinti prosesini yaxından izləyir və «haqqı verilməyən» tikinti haqda dərhal məlumatlandırılır. Həmin məlumat qeyri-rəsmi dəstəyə çatdırılır. Və verilən qərara əsasən gün ərzində qəti tədbirlər həyata keçirilir.

 Yeri gəlmişkən, onu da qeyd edim ki, həmin məhəllələr üzrə formalaşdırılan həmin "Agentura şəbəkəsi”nin üzvləri hər bir tikinti haqda "vızıv” verdikdə, 20 manat pul alır. Yəni hər bir «vızıv»ın qiyməti 20 manatdır. Bəli, Xaləddin İsgəndərov rayon camaatını belə çirkin vasitəyə də alət edib. Ona görə də məmurlar qorxularından kimlərəsə himayədarlıq edib, özbaşına tikinti apara bilmirlər. Bunun ümün onlar da qeyri-rəsmi şəxslərin "bığ”ının altından keçirlər». 

Məsələyə qarşı tərəfin də münasibətini dinləməyə hazırıq. (mia.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar