Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 14 yaşlı məktəbli niyə intihar edib? - Təfərrüat



Paytaxtda intihar hadisəsi qeydə alınıb


Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, dünən Pirallahı rayonu, Gürgən qəsəbə sakini, 2000-ci il təvüllüdlü Nicat Əlibala oğlu Rzayev özünü yaşadığı evdə asıb.
 
Hadisədən dərhal sonra Pirallahı rayon Polis Şöbəsinin əməkdaşları hadisə  yerinə gediblər. Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb: «Hələlik intiharın səbəbləri bəlli deyil. Bununla bağlı müvafiq araşdırmalar aparılır».
 
Qeyd edək ki, intihar etmiş yeniyetmə Pirallahı rayonunda yerləşən 231 saylı orta məktəbdə 8-ci sinifdə təhsil alırdı. Baş vermiş olayla bağlı Publika.az-a danışan məktəbin direktoru Mehparə Mansurova mərhumun sakit, tərbiyəli şagird olduğunu bildirdi: «O, kifayət qədər qabiliyyətli şagird olub. Düzdür, o qədər də savadlı olmasa da, mümkün qədər yaxşı oxumağa çalışırdı. Hadisə baş verən kimi biz Nicatın yaşadığı evə yollandıq. Onun atası Lənkəran rayonunda qalır. Özləri əslən lənkəranlıdırlar. Lakin Nicatın anası və qardaşı Pirallahı rayonu, Gürgən qəsəbəsində yaşayır». 
 
Nicat Rzayevin idmanla məşğul olduğunu, fiziki cəhətdən hazırlıqlı olduğunu qeyd edən direktorun sözlərinə görə, hadisə baş verdiyi gün mərhum qardaşı ilə mübahisə edib: «Nicatgildə öyrəndim ki, dünən o, evdə qardaşı ilə mübahisə edib. Onun qardaşı Nicatdan yaşca kiçikdir. Anası onları sakitləşdirməyə çalışsa da, onlar buna əhəmiyyət verməyiblər. Sonra da Nicat özünə qəsd edib. İstənilən halda intiharın dəqiq səbəblərini hüquq-mühafizə orqanları araşdırma apardıqdan sonra müəyyən edə bilərlər».

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar