Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yırtıcılar Telman İsmayılovun otelinə hücum çəkib


Türkiyədə, Azərbaycan əsilli oliqarx Telman İsmayılovun otelinin çimərliyində məşhur rusiyalı balerina Anastasiya Voloçkovanı dişləyən balıq əslində köpək balığı ola bilər


Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Mardan Palace” otelində dincələnlərdən biri SUPER.ru portalına məlumat verib.

Xatırladaq ki, Anastasiya Voloçkova istirahət üçün “Mardan Palace” otelini seçib. Bir gün əvvəl balerina otelin akvatoriyasında çimərkən naməlum balıq onun ayağını dişləyib.

Balerina yaxınlıqdakı yaxtanın pilləkənlərindən tutaraq birtəhər balıqdan xilas ola bilib, ancaq ayağından ciddi xəsarət alıb.

Məlum olub ki, bu insidentdən iki gün əvvəl “Mardan Palace” otelinin akvatoriyasında köpək balıqlarının üzdüyünü görüblər. Köpək balıqlarından biri otelin çimərliyində istirahət edən gənc oğlana hücum çəkib və onun qıçlarının arasına xəsarət yetirib.



Həmin şəxs tibbi yardım alıb, ancaq şahidlərin bildirdiyinə görə insidenti ört-basdır ediblər. Çünki otelin yaxınlığında köpək balıqlarının olması müştəriləri Telman İsmayılovun otelindən qaçıra bilərdi.

Bildirilir ki, balerinanın istirahət etdiyi yaxta da köpək balığı hücumunun qeydə alındığı yerin yaxınlığında üzürdü.

Hazırda Voloçkova “Mardan Palace” otelindəki nömrəsindədir, həkimlər ona hərəkət etməməyi tövsiyə ediblər.



Xatırladaq ki, 1,4 milyard dollara başa gələn “Mardan Palace” otelinə bu günlərdə yenidən həbs qoyulub. Bu dəfə “Art Decor” adlı firma oteldən 800 min dollar borcunu tələb edir. Otelə qarşı cəmi 21 borc iddiası var.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar