Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Dağlıq Qarabağın statusu haqda bəyanatına reaksiya


Müxalifət düşərgəsi və siyasi ekspertlər ən optimal həll yolunun bu olduğunu düşünür


Prezident İlham Əliyev Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində bəyan edib ki, razılaşa bilsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər. 

Prezidentin sözlərinə görə, Dağlıq Qarabağla bağlı qarşılıqlı kompromis mövcuddur və region muxtar respublika ola bilər. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə konfliktin həllini real saydığını söyləyib. 

Dövlət başçısına görə, Dağlıq Qarabağdakı əhalinin təhlükəsizliyi, həyat və fəaliyyəti, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın dinc, sülh şəraitində birgə yaşayışı yolu ilə məqbul kompromislər mümkündür: “Münaqişənin həllini biz belə  görürük. Bu, hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə səsləşir”. 

Prezident deyib ki, bizim mövqeyimiz ondan ibarətdir ki, insanlar harada yaşayırdısa, orada da yaşamalıdır. Çünki onlar orda çoxdan yaşayırlar: erməni əhali 200 il, azərbaycanlılar daha çox: “Lakin məsələ təkcə bunda deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi, onların hamısı qovulub, evləri ya ələ keçirilib, ya da dağıdılıb. Buna son qoymaq lazımdır. Erməni əhali Dağlıq Qarabağda yaşayırdı, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Ermənistan bu münaqişədən nə qazandı? Bəli, milyonlarla azərbaycanlıya iztirab çəkdirdi, lakin əvəzində özləri xoşbəxt oldular? Bəlkə daha çox inkişaf etdilər, daha təhlükəsiz şəraitdə yaşadılar? Əlbəttə ki, yox”. 

Prezident bir daha qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis olmayacaq: “Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələsində güzəşt mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.

Ölkə başçısının Dağlıq Qarabağa muxtar respublika statusu verilməsinin mümkünlüyünü bəyan etməsinə müxalif siyasi partiyalar və müstəqil politoloqlar “ən optimal, hamını qane edəcək həll formulu” kimi yanaşırlar. 



ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, muxtar respublika statusu SSRİ zamanında verilmiş statusa uyğundur. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində olub. İndi yenidən belə bir statusun verilməsinin özü güzəştdir və bundan artıq güzəşt ola bilməz: “Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağdakı ermənilərə güzəşt olaraq ikili vətəndaşlıq verilə bilər. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağı olduğu üçün bu ərazi Azərbaycanın suverenliyi altında qalır, orada yaşayan ermənilərə güzəşt olaraq həm Ermənistanın vətəndaşı olmaq icazəsi verilir. Bizim partiya bir neçə il öncə Prezident Administrasiyasına bu təklifin əksini tapdığı ”Nə qələbə, nə məğlubiyyət" adlı sənəd təqdim eləmişdi. Bu təklif onu nəzərdə tutur ki, həm ermənilərin istədiyi olsun, həm bizim istədiyimiz. İndiki şərtləri nəzərə alıb biz də hesab edirik ki, Dağlıq Qarabağa Azərbaycanın daxilində muxtar respublika statusu verməklə məsələni həll eləmək olar və oradakı ermənilərə ikili vətəndaşlıq verilsə, həm Ermənistanla əlaqədə olarlar, həm də Azərbaycan vətəndaşı olaraq ölkə qanunlarına tabe olarlar. Bu variant problemin ən məqbul həll variantıdır. Ermənilər bunu da qəbul etməyəcəklərsə, bu o deməkdir ki, güc yolundan başqa yol qalmır. Çünki nəinki Dağlıq Qarabağ, hətta İrəvan tarixi Azərbaycan torpağıdır. İrəvan Ermənistana yüz illiyə müqavilə ilə verilib. O müddətin bitməsini Azərbaycan qaldırmalıdır və beynəlxalq səviyyədə müzakirəyə çıxarmalıdır".  

Image result for Divan üzvü Razim Əmiraslanlı

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı bildirdi ki, prezident əvvəllər də öz çıxışlarında Dağlıq Qarabağa yüksək status verməyin mümkünlüyündən danışıb. İndi, sadəcə, açıq şəkildə ilk dəfə muxtar respublika statusu verə bilərik deyir və bununla Azərbaycanın hansı həddə qədər güzəştə gedə biləcəyi bəyan edilir: “Muxtar respublika anlayışı o deməkdir onun özünün atributları, polisi, hökuməti, icra strukturu, parlamenti olmalıdır. Necə ki, Naxçıvanda var. Amma onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağda on minlərlə  azərbaycanlı da işğala qədər yaşayıb və indi də məcburi köçkün həyatı yaşayırlar. Məsələn, Şuşanın əhalisinin tam əksəriyyəti azərbaycanlılardır. Bütün bunlar nəzərə alınmalıdır, yəni Dağlıq Qarabağa muxtar respublika statusu o demək olmamalıdır ki, orada ancaq ermənilər yaşayacaq və bu status ancaq ermənilərə veriləcək. Yəqin bununla bağlı hansısa bir rəsmi sənəd, təkliflər paketi olacaq və əgər müzakirəyə çıxarılacaqsa, o halda biz də  partiya olaraq mövqeyimizi bəyan edəcəyik. Dağlıq Qarabağa müstəqillik statusu verilməsindən isə söhbət gedə bilməz”. 



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, muxtar respublika təklifi rəsmi Bakının böyük güzəşti sayıla bilər: "Əgər Azərbaycan hakimiyyəti əvvəlki illərdə güzəşt kimi daha çox “yüksək statusa malik muxtariyyət” ifadəsini işlədirdisə, indi bunun konkret adını deyir: “muxtar respublika”. Muxtar respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və sairə atributları olur. Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki məsələn, Şuşanın özünün də yerli icra strukturları olmalıdır. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti ”muxtar respublika" ifadəsinin özündə konkret nələri ehtiva etdiyini müəyyənləşdirməlidir. Bu mənada hakimiyyət strukturlarının “muxtar respublika”nın statusu ilə bağlı konkret sənəd hazırlaması və bunu müzakirə üçün həmsədrlərə təqdim etməsinə ehtiyac var. Çünki çox zaman beynəlxalq vasitəçilər Azərbaycan tərəfini onda qınayırlar ki, “bizim təklifləri bəyənmirsiniz, ancaq özünüzünkü də yoxdur”. Ona görə də “muxtar respublika” ilə bağlı təkliflər paketi hazırlanmalıdır.

İlham Əliyev müsahibəsində belə bir məqamı da vurğuladı ki, Azərbaycan Dağlıq Qarabağda böyük investisiya layihələri reallaşdıracaq. Hazırda Dağlıq Qarabağ Ermənistanın dotasiyasındadır və İrəvan bölgəyə ən azı 150 -200 milyon dollar ayırır. Bu məbləğ ağır iqtisadi və sosial vəziyyətdə olan Ermənistan üçün böyük yükdür. Deməli, Azərbaycanın Dağlıq Qarabağa yönəldəcəyi investisiyalar həm Ermənistanı maliyyə yükündən qurtaracaq, həm də Dağlıq Qarabağda birgə yaşayan ermənilərin və azərbaycanlıların sosial və iqtisadi problemlərinin həllinə yönəldiləcək. İnvestisiya layihələrinin də “muxtar respublika” ilə bağlı hazırlanan təkliflər paketində göstərilməsi Azərbaycanın beynəlxalq aləmə güclü mesajı olar.

İlham Əliyevdən müsahibəni “Sputnik” agentliyinin rəhbəri, Rusiyanın dövlət kanalı olan RTR-də bazar günü yayınlanan analitik proqramın müəllifi və aparıcısı Dmitri Kiselyov götürüb. Kiselyov sıradan bir jurnalist deyil və açıq demək lazımdır ki, həmin kanalda qatı ermənipərəst mövqeyi ilə tanınan Vladimir Solovyovdan fərqli olaraq Azərbaycan əleyhinə mövqe ortaya qoymayıb. Böyük ehtimalla Kiselyovun Əliyevdən götürdüyü geniş müsahibə bu bazar günü RTR-də yayınlanacaq. Bu proqramı Rusiyanın geniş ictimaiyyəti ilə yanaşı qonşu ölkənin siyasi elitası və ekspert dairələri də izləyir. Bu baxımdan, Ermənistan rəsmiləri İlham Əliyevin müsahibədə Qarabağla bağlı fikirlərinə reaksiya verəcəklər. Doğrusu, bu reaksiyanın neqativ olacağı indidən bəllidir. Ancaq İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəfi Ermənistan yox, məhz elə Rusiya hakimiyyətidir. Tatarıstan Rusiyanın tərkibində muxtar respublikadır. 

Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da bu təklifin əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar, İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun “Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər” mesajını diqqətə almalı olacaqlar". 

Politoloq Cümşüd Nuriyev isə moderaor.az-a deyib ki, Dağlıq Qarabağa muxtariyyət verilməsinin mənfi təsiri olmayacaq: “Azərbaycan Konstitusiyasının 139-cu maddəsində Naxçıvan muxtar dövlət kimi qeyd olunub. Yəni bu, konstitusiyada öz əksini tapıb. Birinci maddədə yazılır ki, Azərbaycan unitar dövlətdir. Ona görə Azərbaycan daxilində hər hansı muxtariyyətin verilməsi heç bir mənfi nəticəyə gətirib çıxarmır. 
Dağlıq Qarabağın muxtar vilayət statusu 1991-ci il noyabrın 26-da ləğv olunub. Bir aydan sonra həmin tarixin 25 ili tamam olur. Azərbaycan bu muxtariyyəti yenidən bərpa edə bilər. Cənab prezident də bunu nəzərdə tutub. Hüquqi cəhətdən burada heç bir problem yoxdur. Biz geri çəkilmək yox, əksinə, Dağlıq Qarabağın əvvəlki statusunu bərpa edirik. Burada Azərbaycanın ərazi bütövlüyündən söhbət gedir. Hüquqi cəhətdən heç bir boşluq yoxdur. Azərbaycan əgər bu yolla Dağlıq Qarabağı geri qaytara bilsə, ən böyük uğur ola bilər. Bu, prezidentin çox ağıllı və düşünülmüş siyasətidir. Başqa cür şərh edilməsinə ehtiyac da yoxdur". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar