Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Problemli uşaqlar üçün yeni qaynar xətt yaradıldı

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin “Gəncə regional Uşaq Qaynar Xətt”i yaradılıb.


Pia.az-ın məlumatına görə, qaynar xətt təcrübəli sosial işçilər, psixoloq və hüquqşünasları özündə birləşdirərək Gəncə şəhəri və ətraf rayonlarda yaşayan uşaq və gənclərə və onların problemləri ilə bağlı müraciət edən hər bir şəxsə müvafiq psixoloji, hüquqi, sosial və digər xidmətlərə çıxışı təmin edəcək.
 
“Gəncə regional Uşaq Qaynar Xətt” xidməti Ümidli Gələcək təşkilatı Təhsil Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılır.
 
Qeyd edək ki, 2010-cu ildən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyət göstərir.Fəaliyyət göstərdiyi dörd il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 11 mindən çox müraciət daxil olub. Qaynar xətt xidmətinə edilən zənglərin sayı hər rüb artmaqdadır. Buna səbəb qaynar xəttə olan etimad, uşaqlar tərəfindən bir-birilərinə ötürülən müsbət təcrübə, habelə Bakı və digər şəhər və rayonlarda aparılan məlumatlandırma kampaniyalarının təşkilidir.
 
“Uşaq Qaynar Xətt” xidməti uşaq və gənclərə, habelə onların problemləri ilə bağlı müraciət edən istənilən şəxslərə, o cümlədən, valideynlərə, müəllimlərə, polis əməkdaşlarına və digər şəxslərə, psixoloji, emosional dəstək göstərir, hüquqi məsləhətlər verir və ehtiyac olduqda onları müvafiq sosial xidmətlərə yönəldir.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar