Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mixail Saakaşvilinin partiyası seçkiqabağı sorğularda önə keçib


Gürcüstanda parlament seçkiləri yaxınlaşdıqca partiyalar arasında mübarizə qızışmaqdadır


MDB-yə daxil olan bir çox respublikadan fərqli olaraq, burada əsl demokratik yarışın gedəcəyi nəzərə alınsa seçki öncəsi rəy sorğularının, debatların, namizədlərin platformalarının seçkinin nəticələrinə böyük təsir göstərəcəyini qeyd etmək olar.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Almaniyanın müştərək şirkəti “GFK” tərəfindən aparılan rəy sorğularına əsasən, Gürcüstanda bu ilin oktyabrın 8-də keçiriləcək parlament seçkilərində əsas mübarizə gürcü milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi iqtidardakı “Gürcü arzusu” koalisiyası ilə keçmiş prezident Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyası arasında gedəcək.

Rəy sorğuları iki siyasi qüvvənin seçkilərdə eyni miqdarda səs toplayacağını göstərir.

“GFK” şirkətinin keçirdiyi sorğunun nəticələri  Gürcüstanın müxalifyönümlü “Rustavi-2” kanalında nümayiş etdirilib.

 Sorğunu yekunlarından göründüyü kimi Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyası son 4 ildə ilk dəfə olaraq hakim “Gürcü arzusu” koalisiyasını üstələmək üzrədir.
Картинки по запросу единое национальное движение

Belə ki, rəyi soruşulanlardan 25,8 %-i “Gürcü arzusu”na, 25,5% -i isə Vahid Milli Hərəkata dəstək verəcəyini söyləyib.

Bundan başqa,  Gürcüstanın dünyaca məşhur opera müğənnisi Paat Burçuladzenin “Xalq üçün dövlət” partiyasının da 5 faizlik baryeri keçmək şansı var.

Rəy sorğusunda iştirak edənlərin 30 faizi seçkidə hansı partiyanı dəstəkləyəcəklərini müəyyənləşdirə bilmədiyini söyləyiblər.

Respondentlərə hansı partiyaya ümumiyyətlə səs verməzsiniz sualına verilən cavablarda isə iqtidar partiyası birinci yerə çıxıb -35,9 faiz. 

Onu Vahid Milli Hərəkat (34,2%), “Xalq üçün dövlət” (9,8%) və Leyborist partiyaları (5,4%) təqib edir.

Qeyd olunur ki, iki ay bundan öncə keçirilən sorğuda iqtidar və müxalifətin əsas partiyaları arasında fərq daha böyük olub (“Gürcü arzusu” 30,5%, VMH-28,2%).

Sorğunun  nəticələri elan oldunduqdan dərhal sonra “Gürcü arzusu” koalisiyasının liderləri “GFK” şirkətini siyasi qərəzdə suçlayıblar. 

“Gürcü arzusu” koalisiyasından olan parlamentin spikeri Manana Kobaxidze isə “GFK” şirkətinin Türkiyədə vergi yayınmaqda ittiham edildiyini xatırladıb.

Gürcüstanın tanınmış politoloqlarından Georgi Xuxaşvili “Kommersant” qəzetinə verdiyi müsahibədə Gürcüstan parlamentinin 150 üzvündən sadəcə 77-nin partiya siyahısı ilə seçiləcəyini bildirib. 

Onun sözlərinə görə qalan 73 deputat bir mandatlı majoritar dairələrdən seçiləcək. 


“Hakimiyyət həmişə bir mandatlı dairələrdə bir addım öndə olur. Buna görə də partiya reytinqlərinə görə siyasi güc nisbətini müəyyənləşdirmək xeyli çətindir” deyə politoloq qeyd edib.

Lakin Saakaşvilinin partiyasından fərqli olaraq hakim “Gürcü arzusu” koalisiyası partiyalar arası bir ittifaqdır. Qeyd olunur ki, “Azad demokratlar”, “Milli forum” və “Respublikaçılar” partiyaları həmin ittifaqı artıq tərk ediblər.

Xuxaşvilinin sözlərinə görə əgər “Gürcü arzusu” oktyabrın 8-i gecəsi tam qələbəsini elan etməsə majoritar dairələr üzrə 2-ci turun (Gürcüstanda majoritar dairələrdə namizədlərin ilk turda keçməsi üçün 50 faizdən çox səs toplamaları tələb olunur) nəticələrini proqnozlaşdırmaq çətin olacaq.

“Çünki postsovet psixologiyası bundan ibarətdir ki, seçici iqtidar partiyasında bir balaca zəiflik və büdrəmə müşahidə edən kimi dərhal səslərini müxalifətə yönəldir. Bu zaman Saakaşvilinin partiyası seçkilərin hətta qalibi də ola bilər”, deyə Xuxaşvili bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar