Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkədəki marginal qrupların əksəriyyəti Milli Şuradadır”


Hakimiyyət hansı partiya ilə əməkdaşlıq edə bilər?


Dünyanın müxtəlif ölkələrinin siyasi təcrübəsində bir-birinə əks olan siyasi qüvvələrin-iqtidarla müxalifətdəki qüvvələrin bir zaman kəsiyində birləşmələri kimi hallar yetərincədir.  

Hətta ən sərt iqtidarlar belə, ölkədə elə situasiya yaranır, iqtidarın özünün və ölkənin maraqları diktə edir ki, illərlə qəbul etmədiyi müxalif qüvvələrlə işləmək seçimi etməli olurlar. Azərbaycanda nə vaxtsa belə bir situasiya yaranarsa hakimiyyət müxalifətdən hansı qüvvələri seçə bilər? 

Bu mövzuda danışan siyasi ekspert Natiq Miri bildirdi ki, hakimiyyətlər müəyyən zaman çərçivəsindən sonra mütləq mənada yenilənməlidir. Bu, dünya təcrübəsində belədir. Çünki bütün sistemlər özünü yenidən təşkil etməsə, yeniləməsə, o sistemlərdə müəyyən statik vəziyyət-durğunluq yaranır və sistem tədricən özü sıradan çıxır. Ona görə də Azərbaycanda da hakimiyyətdə, sistemdə yenilənmələr olmalıdır: “Yeni kadrların, yeni qüvvələrin hakimiyyət sisteminə əlavə olunmasına ciddi ehtiyac yaranır. Belə olduğu təqdirdə, kadr potensialı varsa, sistem o kadrlar vasitəsilə özünü yeniləməlidir. Müxalif qüvvələr içərisində də belə kadrlar var, eyni zamanda milli qüvvələr var ki, yaranmış situasiyada ölkənin maraqları naminə onları da cəlb etmək mümkündür və lazımdır. Bu gün ortada bir Türkiyə modeli var. 

AKP iqtidarına müxalifətdə olan MHP hökumət koalisiyası qurmaq yolundadır. Siyasət bax budur-mümkün görünməyənlər belə mümkünləşir. Dövləti qorumaq, dövlətin dağılmasına, cəmiyyətin parçalanmasına imkan verməmək üçün bu cür addımlar atılır. Azərbaycanda da belə olmalıdır. Bütün hər şeyin fövqündə dövlət və xalq durmalıdır, bütün maraqların fövqündə dövlətin, xalqın maraqları dayanmalıdır. Dövlətin, xalqın marağı tələb edirsə, bir-birinə şəxsi münasibətin necə olması siyasi qüvvələr tərəfindən ikinci plana keçməlidir. Xüsusilə hakimiyyətdən bu məsələlərdə daha çox gözləntilərin olması təbiidir. Dövlətin xilası və inkişafı üçün bu, ən vacib şərtlərdən biridir. Ona görə də cılız iddiaları kənara qoymağın vaxtı yetişib”.

“Milli dövlətçi qüvvələrdən istifadə olunmalıdır, bu cür qüvvələr Azərbaycanda var” 


Ekspertin sözlərinə görə, Azərbaycanı qorumaq üçün hakimiyyətin müxalif qüvvələri də idarəçiliyə cəlb etməsi baş verərsə, bunu edən iqtidar cəmiyyətdən də çox ciddi yüksək qiymətini alacaq: “Düşünürəm ki, payızda keçiriləcək parlament seçkilərindən başlayaraq Azərbaycanda bu proses tədricən getməyə başlayacaq. Milli dövlətçi qüvvələrdən istifadə olunmalıdır. Bu cür qüvvələr Azərbaycanda var. Milli Şuranın fəaliyyəti zamanında milli və dövlətçilik şüurunda Azərbaycanın inkişafını düşünən qüvvələr Milli Şuradan imtina etdilər və Azərbaycanın prioritet xarici siyasət məsələsində necə olmasını istədiklərini ortaya qoydular. Bu qüvvələrin başında Müsavat Partiyası gəlir. Eyni zamanda KXCP kimi partiyalar var. Bir çox kiçik partiyalar da var ki, onların sırasında milli qüvvələr var. Bax, bu siyasi qüvvələrdən, onların sırasındakı milli kadrlardan istifadə etmək lazımdır. Ancaq marginal qruplar var ki, onların əksəriyyəti bu gün Milli Şuradadır. Onların adı müxalifət olsa da düşünürəm ki, hakimiyyət seçim edəcəyi halda onları seçməz və seçməməlidir. Çünki onlar ölkədən idarə olunan qüvvələr deyil”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar