Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın itkiləri daha çoxdur”


Elxan Şahinoğlu: "Münaqişənin həllinin yaxınlaşdığını söyləmək hələ tezdir. Düşünmürəm ki, Rusiya Ukraynadan belə tez əl çəksin. Onlar çalışacaqlar ki, Ukraynanın şərqində də Dağlıq Qarabağa bənzər seperatçı bir dövlət yaratsınlar"


"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu ANN.Az-a açıqlamasında Ukrayna böhranını şərh edib.

Onun szölərinə görə, qərb, Ukrayna və Rusiyanın maraqları yenə də toqquşacaq: "Rusiyanın itkiləri olduqca çoxdur. Qazancı Krımı işğal etmək və Ukraynanın şərqində seperatçı bölgəni əldə etmək oldu. İtkiləri daha böyükdür. Dünyanı yenidən soyuq müharibəyə gətirib çıxartdı. Qərblə münasibətləri gərginləşdirdi. Qonşu ölkələr Rusiyadan çəkinməyə başladı. Hətta ən yaxın müttəfiqi Qazaxıstan belə ehtiyat edir. NATO yeni raketlərin Şərqi Avropa və Baltikyanı ölkələrdə yerləşdirilməsi ilə bağlı qərar verib. Bu da Rusiyanın maraqlarına cavab vermir. Putin istəmirdi ki, NATO şərqə doğru genişlənsin. Amma Ukrayna böhranından sonra NATO Rusiyanı özünə təhlükə kimi görməyə başladı. Əslində Rusiyanın itkiləri böyükdü. İndi bu görünməsə də, bir müddətdən sonra Rusiya çətinliklərlə üzləşəndə insanlar da başa düşəcək ki, Putin əslində avanturist siyasət həyata keçirib". 

Politoloq xatırladıb ki, bir vaxtlar Qərbin beyin mərkəzləri SSRİ-ni çökdürmək üçün necə planlar hazırlayırdı: "Nəticədə SSRİ çökdü. Düşünürəm ki, Rusiyanın Ukrayna siyasətindən sonra Qərbdə yenə də Rusiyanı çökdürmək üçün müəyyən planlar hazırlanacaq. Rusiyanın əsas gəlir mənbəyi qaz və neft satışıdır. Qaz və neft satışında problemlər yaransa, qiymətlər düşsə, Rusiya çox böyük çətinliklərlə üz-üzə qalacaq. Qərbin də planı belədir. Rusiya belə bir çətinliklərlə qarşılaşdıqda əvvəlki kimi seperatçılara dəstək verə bilməyəcək”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar