Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ukrayna hadisəsi Azərbaycan üçün sınaqdır”


“İşğal edilmiş ərazilər Şərq Tərəfdaşlığı təşəbbüsünə daxil olan ölkələr - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna üçün Avropaya inteqrasiyanı əngəlləyən ən ciddi problemdir”


Virtualaz.org saytı xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş xarici işlər naziri, Saakaşvilinin yaxın tərəfdaşı, hazırda parlament azlığını təmsil edən deputat David Bakradze bildirib.

“Şərq Tərəfdaşlığı ölkələrində işğal edilmiş ərazilərin hüquqi fəsadları” mövzusunda keçirilən konfransda çıxış edən Bakradze deyib ki, işğal əraziləri dövlətlərin nəzarətində olmayan “boz zonalar”ın yaranmasına səbəb olur. Belə ərazilər silah, narkotik ticarəti üçün əlverişli məkandır.

Rusiya bütün bu münaqişələrdə birbaşa tərəfdir. Biz bunu 2008-ci ildə Gürcüstanın və 2014-cü ildə Ukraynanın nümunəsində aydın gördük. Rusiya deyir ki, guya o, bitərəf vasitəçidir, ancaq Cənubi Osetiyada və Abxaziyada qanunsuz silahlı dəstələrə kömək edən Rusiya idi. 2008-ci ildə isə Rusiya bu əraziləri işğal edib və orada öz hərbi kontingentini yerləşdirib. İndi isə biz Ukraynada eyni ssenarini görürük. Baxmayaraq ki, Rusiya yenə də hamını inandırmağa çalışır ki, Ukraynanın şərqindəki münaqişədə iştirakı yoxdur və onun rolu ancaq tərəflər arasında vasitəçilik etməkdir” - deyə Bakradze bildirib.

Keçmiş xarici işlər naziri Rusiyanın Dağlıq Qarabağ münaqişəsində də əlinin olduğunu deyib. Onun sözlərinə görə, buna baxmayaraq Rusiya Qarabağ münaqişəsində bitərəf vasitəçi olduğunu bildirir.

Rusiya bütün bu münaqişələrdən dövlətlərə təsir rıçaqı kimi istifadə edir. Bu münaqişələrin etnik münaqişələr kimi qələmə verilməsi də Rusiyanın siyasətini pərdələmək üçündür. Rusiya münaqişələrin etnik mahiyyət daşıdığını irəli sürməklə bu xalqların bir arada yaşamasının qeyri-mümkünlüyünü təbliğ etmək və öz siyasətini pərdələmək niyyəti güdür” - deyə Bakradze Rusiyanı tənqid etməkdə davam edib.

David Bakradzenin sözlərinə görə, hazırda Ukraynada baş verənlər Azərbaycan, Gürcüstan və Moldova üçün də ciddi sınaqdır: “Ukrayna kimi dövlətin ərazilərinin silah gücünə işğal edildiyi və beynəlxalq birliyin bunun qarşısını ala bilmədiyi bir vaxtda kim təminat verəcək ki, Azərbaycan, Gürcüstan, Moldova kimi daha kiçik ölkələr eyni aqibətlə üzləşməyəcək?!”

Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin bu gün Ukraynada Avropada sərhədlərin tankların köməyi ilə dəyişdirilməsinin mümkün olmadığı haqda uzun müddətdir formalaşmış stereotipləri dağıdır.

Bakradzenin sözlərinə görə, Putin yeni presedent yaradır, anlayışları, psixologiyanı dəyişdirir: “Əgər Putin sübut edə bilsə ki Avropada sərhədlərin tanklarla dəyişdirilməsi mümkündür və dünya birliyi bunu əngəlləyə bilmir, o zaman bunun nəticələri çox ciddi olacaq. Bu, hamı üçün nəhəng problem yaradacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar