Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov: “Milli Şuranın növbəti mitinqinin uğursuzluğunun səbəbi...”

"Azərbaycanın ənənəvi müxalifəti cəmiyyətin siyasi konstruksiyasında özünə yer tapa bilməyib. Müxalifət demək olar ki, unudulub. Səbəbləri barədə dəfələrlə danışmışıq. Ən əsas səbəb müxalifətin sosial dayaqlarını itirməsidir"

Bu fikirləri YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov Trend-in "Yeni Azərbaycan Partiyası Milli Şuranın 19 yanvar mitinqini necə qiymətləndirir" sualını cavablandırarkən səsləndirmişdir.

"Milli Şuranın 19 yanvar tarixində keçirilən mitinqinin əvvəllər olduğu kimi, yenə də uğursuz keçdiyini diqqətə çatdıran Əli Əhmədov bildirmişdir. "Mənə belə gəlir ki, bu mitinqin əsas mənası müxalifətin öz varlığını göstərmək cəhdi ilə bağlıdır. Müxalifət öz varlığını göstərmək üçün mitinq keçirirsə, deməli əslində bir siyasi qüvvə kimi mövcud deyil. Digər tərəfdən, Milli Şura insanlardan, xalqın istək və arzularından ayrı düşüb. Onun təşkil etdiyi mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsi yoxdur. Bu gün Azərbaycan cəmiyyəti üçün aktual olan məsələlərdən müxalifət çox uzaqdır. Ona görə də onların mitinqi xalq üçün aktual deyil. İnanın ki, əhalinin heç bir faizi də bu gün müxalifətin mitinqə çıxmasından xəbəri yoxdur. Cəmiyyət müxalifətə və onun kiçik, əhəmiyyətsiz mitinqlərinə çoxdan biganədir."

YAP Sədrinin müavini "İqtidar müxalifətin mitinq fəallığının artmasından ehtiyatlanırmı" sualına cavabında isə qeyd etmişdir ki, iqtidarın xalq tərəfindən dəstəyi kifayət qədər yüksək və qətidir: "Azərbaycanda insanlar üçün yaradılmış təhlükəsizlik və sabitlik, inkişaf, gələcəyə nikbinlik, əmin-amanlıq və s. pozitiv məqamlar xalqın bugünkü iqtidara müsbət münasibətin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan köklü surətdə dəyişib, inkişaf edib. Hazırda müsbət dəyişikliklər prosesi davam edir, daha da intensivləşir. Azərbaycanın gələcəyi ilə çox böyük layihələr həyata keçirilir. İnsanların optimizmi də təbii olaraq artır. Belə olan halda kiçik müxalifətin kiçik mitinqləri iqtidara heç bir təhlükə mənbəyi deyildir."

"Sonda onu demək istəyirəm ki, Azərbaycanda son 10-15 il ərzində çox şey müsbətə doğru dəyişib, bir müxalifətdən başqa. Bu günün ənənəvi müxalifəti inert, aktuallığını itirmiş ideyaların daşıyıcısı olan azsaylı marginal qrup olaraq qalmaqdadır. Yeni Azərbaycan Partiyası onu siyasi güc olaraq görmür." - deyə Əli Əhmədov vurğulamışdır.

pia.az


Etiket: Əli Əhmədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar