Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəssamımız iki qitə arasında “Ağ körpü” saldı - Foto

Xalq rəssamı, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, UNESCO nəzdindəki Dünya İncəsənət Akademiyasının həqiqi üzvü və akademiyanın Azərbaycan Nümayəndəliyinin rəhbəri, professor Arif Əzizin İstanbulda fərdi sərgisi açılıb

İstanbulun Üsküdar Bələdiyyəsinin hazırladığı layihə əsasında martın 6-da “Galeri Nev - Nevmekan Sahil” qalereyasında açılan və Arif Əzizin yaradıcılığının müxtəlif dövrlərinə aid əsərlərin sərgiləndiyi “Ağ körpü” adlı sərgidə Türkiyə ictimaiyyəti, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər, media nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən Üsküdar Bələdiyyəsini sədri Hilmi Türkmən İstanbulun tarixi bölgələrindən birində dünya miqyasında tanınmış rəssam Arif Əzizin “Ağ körpü” adlı rəsm sərgisini açılışını etməkdən qürur duyduğunu bildirib.

Professor Arif Əziz bu əhatəli tədbiri təşkil edənlərə minnətdarlığını bildirib:

“60 illik yaradıcılıq həyatımda ağ rəng həmişə əsərlərimin əsas simvolu olub. Məhz bu rəng vasitəsiylə mən əsərlərimdəki sülh, dostluq, qardaşlıq, əmin-amanlıq, insan haqları, əməyə hörmət kimi bəşəri məsələləri dünya ictimaiyyətinə çatdırmağa çalışmışam. İki qitədə yerləşən İstanbuldakı növbəti sərgimdə də dünyaya ağ rəng vasitəsiylə daha dərin mesajlar verdiyimə inanıram”.

Qeyd edək ki, “Ağ körpü” adlı sərgi aprelin 12-nə qədər davam edəcək. (Kult.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Ən çox oxunanalar