Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Musiqili Teatrında “Paris Notr-Dam kilsəsi”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı, böyük dramaturq, şair, publisist Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu rejissor Samir Qulamova məxsus olan eyniadlı müziklın məşqlərinə başlayacaq

Qeyd edək ki, Fransa və İtaliyanın məşhur müğənni-bəstəkarı Riccardo Koççante ilk dəfə “Notre-Dame de Paris” müziklını 16 sentyabr 1998-ci ildə Parisdə Fransa və Kanadanın lirik şairi Luk Plamondonun eyniadlı libretosu əsasında yaratmışdır.

Elə həmin il ilk nümayişindən sonra qısa vaxt ərzində qazandığı böyük uğurlarına və populyarlığına görə bu müzikl Ginnesin “Rekordlar” kitabına daxil olub. 2000-ci ildə Fransanın Mogador teatrında bu musiqi əsərinin orijinalına dəyişikliklər edildikdən sonra dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatrlarında nümayiş olunmuşdur, eləcə də qısaldılmış amerikan versiyası Las-Veqasda, ingilis versiyası isə Londonda start götürmüşdür.

Akademik Musiqili Teatrının yeni layihəsi olan tamaşada təkcə Riccardo Konççantenin deyil, Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın və Alman bəstəkarı Carl Orffun musiqilərindən də istifadə olunacaq.

Tamaşanın süjet xəttinin əsas qayəsində xeyirxahlıq, sevgi və mərhəmət hislərinin təcəssümü durur. Dünyanın xilas yolunu ülvi hisslərdə axtaranlar dramatik və faciəvi səhnələrin yer aldığı maraqlı və ibrətamiz situasiyalarla zəngin səhnə əsərində həyatın özünü tam çılpaqlığı ilə görə biləcəklər.
Əsərdə Esmeralda, Kvazimodo, Keşiş, Qrequar, Təlxək, Culyan Qoşer (Baş Nazir), Lüdovik, Qaraçı qadın, Qaraçı oğlan obrazlarını Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Şövqi Hüseynov, Səidə Şərifəliyeva, aktyorlar – Nadir Xasıyev, Elxan İsmayılov, Əliməmməd Novruzov, Rauf Babayev, Mehriban Zaliyeva, Nicat Həbibov, Aydan Həsənova, Telnaz Hüseynova, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Fərid Rzayev, Atəş Qarayev, Elnarə Nağdəliyeva ifa edəcəklər.

Xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru və musiqi redaktoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevalar, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənovdur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar