Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya iqtisadiyyatının dörddə biri olan ABŞ ÜDM-i necə formalaşır?  

Amerika Birləşmiş Ştatları dünyanın ən böyük iqtisadiyyatı olaraq 2018-ci ildə 20.5 trilyon dollar dəyərində məhsul və xidmət istehsal edib ki, bu da ölkənin Ümumi Daxili Məhsulu hesab edilir

Bütün dünyanın ÜDM-nun 2017-ci ildə 80 trilyon dollar olduğunu nəzərə aldıqda bu çox böyük bir göstəricidir.

Əslində ABŞ-ın hər bir ştatının Ümumi Daxili Məhsulu onları iqtisadi baxımdan xarici bir ölkə qədər güclü edir.

Kaliforniya ölkənin ən yüksək ÜDM-u olan ştatıdır. Ştatın 2.97 trilyon dollarlıq ÜDM-u Ümumi Daxili Məhsulu 2.81 trilyon dollar olan Britaniya ilə demək olar eynidir. Birləşmiş Krallıq Kaliforniya ilə eyni iqtisadi məhsulu istehsal etmək üçün 14.5 milyon işçidən istifadə edib. Bu isə Kaliforniya ilə müqayisədə 75 faiz daha çoxdur. Kaliforniya özü dünyanın beşinci ən böyük iqtisadiyyatı hesab olunur.

Texasın ÜDM-u (1.78 trilyon dollar) Kanada iqtisadiyyatına bərabərdir (1.73 trilyon dollar), Nyu Yorkun ÜDM-u (1.70 trilyon dollar) isə Cənubi Koreya ilə eynidir (1.66 trilyon dollar).

Hətta ABŞ-ın kiçik ştatları da tək başına bir ölkə qədər iqtisadi gücə sahibdir. 600 min sakini olan və sakin sayı baxımından ABŞ-ın ən kiçik ştatı olan Vayominqin ÜDM-u 41 milyard dollardır ki, bu da demək olar 9 milyon əhalisi olan İordaniyanın iqtisadiyyatına bərabərdir.

Miçiqan Universitetinin iqtisadiyyat və maliyyə professoru və Amerika Sahibkarlıq İnstitutunun elmi işçisi Mark Perri ABŞ ştatlarının ÜDM-nı ölkələrin ÜDM-ı ilə müqayisə etmək üçün ABŞ-ın Ticarət Departamenti və Beynəlxalq Valyuta Fondunun məlumatlarından istifadə edib.

O deyir ki, bu rəqəmlər Amerikadakı “işçi qüvvəsinin dünya səviyyəsindəki məhsuldarlığını”, eləcə də “hər gün dünyanın ən böyük iqtisadi mühərriyində hər gün nə qədər sərvət və məhsulun istehsal olunduğunu və inkişafın olduğunu” əks etdirir.(Amerikanın səsi)

pia.az


Etiket: ABŞ ÜDM

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar