Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Huawei” şirkətinin qurucusu: “ABŞ bizim gücümüzü düzgün qiymətləndirmir”

Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinin qurucusu Jen Çjenfey ABŞ-ın onların gücünü düzgün qiymətləndirmədiyini bildirib

“Biz ABŞ tərəfindən real nəzarəti hələ bir il öncə hiss etmişdik. Amerikalı siyasətçilər hazırkı fəaliyyətləri ilə “Huawei” şirkətinin gücünü düzgün qiymətləndirmirlər”, - deyə Jen Çjenfey mətbuata müsahibəsində bildirib.

May ayının ortalarında ABŞ-ın ticarət naziri “Huawei” şirkətini Çin şirkətləri üçün Amerika istehsalçılarının komponentləri və texnologiyalarına yolunu bağlayan “qara siyahı”ya salıb. “Huawei”, eyni zamanda, müvafiq lisenziyası olmadan Amerika biznesi ilə iş görməyi qadağan edən siyahıdadır.

Bir qədər öncə Amerikanın “Google” şirkəti “Huawei”ə texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra “Android” proqram təminatından və “Google” şirkətinin tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.

2018-ci ildə “Huawei” şirkətinin gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları keçib. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.

pia.az


Etiket: “Huawei”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar