Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hərbi attaşesi: “102-ci baza Naxçıvandakı təlimləri izləyir”

Bu barədə Andrey Qrişşuk jurnalistlərə bildirib

Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasının komandanlığı Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini diqqətlə izləyir.

Bu barədə Rusiyanın Yerevandakı səfirliyinin hərbi attaşesi Andrey Qrişşuk jurnalistlərə bildirib.

Qrişşuk deyib ki, Naxçıvanda keçirilən hərbi təlimlər “hazırda heç bir təhdid yaratmır” və Rusiya bu təlimləri diqqətlə izləməkdədir.

“Hazırda heç bir təhdid yaratmır. Bu, planlaşdırılmış təlimdir, əvvəlcədən bəyan edilmiş məqsədlər və vəzifələrlə keçirilir”-hərbi attaşe bildirib.

Qrişşuk əlavə edib ki, Naxçıvanda keçirilən təlimləri Rusiya tərəfi də, Ermənistanda dislokasiya edilmiş 102-ci baza da ayrı-ayrılıqda izləyir.

“Sarsılmaz qardaşlıq-2019” hərbi təlimlərinin döyüş mərhələsi iyunun 7-dən başlayıb, təlimlərə 5 minə qədər hərbçi, 200 vahiddən çox tank və digər zirehli döyüş texnikası, 180-ə qədər raket və artilleriya sistemləri, pilotsuz uçan aparatlar və digər müasir silah-texnika cəlb olunub. Təlimlər bu gün başa çatır. Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi neçə gündür Ermənistan siyasi dairələrində də həyacan və təşvişlə izlənilir. Təlimləri izləmək üçün Türkiyənin müdafiə naziri Hulusi Akar da Naxçıvana gəlib.(Virtualaz.org)

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar