Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda müharibə vəziyyəti yaranıb?..

Qarabağda təmas xətti boyu vəziyyət gərginləşməkdədir və bu prosesi başladan Ermənistan silahlı qüvvələridir

Erməni tərəfinin təcavüzkar əməllərinə hələlik Azərbaycan tərəfi “mülayim” cavablar verməkdədir və belə görünür ki, rəsmi Bakı uzun müddətdən bəri ilk dəfə ABŞ-da baş tutacaq danışıqlar ərəfəsində mümkün qədər təmkinli davranmağa, bu danışıqlara şans yaratmağa çalışır.

Xəbər verildiyi kimi AzərbaycanErmənistan xarici işlər nazirləri yaxın günlərdə Vaşinqtonda görüşəcəklər. Daha sonra isə iki ölkə rəhbərlərinin Vaşinqtonda görüşü gözlənilir. Bu, uzun illərdən bəri Vaşinqtonun danışıqlar prosesində ilk birbaşa təşəbbüsü hesab edilə bilər, hərçənd analitiklər Rusiyanın prosesə güclü təsir imkanlarının qaldığı , Vaşinqtonla Moskva arasında sərt geosiyasi qarşıdurma yaşandığı bir vaxtda bu təşəbbüsün hansısa dönüşə səbəb olacağına inanmırlar.

Ermənistanda isə hesab edirlər ki, Azərbaycan danışıqlara inanmır və münaqişənin həllinin ancaq hərbi yolla mümkün olduğunu hesab edir. Və bu varianta hazırlıq görür.

Belə qənaətlə erməni hərbi ekspert Ayk Nahapetyan Yerevanda jurnalsistlərlə söhbətində çıxış edib. Nahapetyan bu fakta diqqət yetirib ki, Azərbaycan bu il planlaşdırıldığı kimi 7 deyil, 13 hərbi təlim keçirəcək. Üstəlik Azərbaycanın NATO və Türkiyə ilə hərbi sahədə təmasları intensivləşib, təmas xəttində atışmalar güclənib.

Nahapetyanın fikrincə eynilə bu cür situasiya 2016-cı ilin qış aylarında da yaranmışdı, sonra isə apreldə müharibə başladı. Hərçənd erməni ekspert Azərbaycanın hərbi əməliyyatlara başlayacağına tam əmin olmadığını da qeyd edib.

Eyni zamanda o əlavə edib ki, Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağdakı rejim arasında münasibətlərin gərgin olması Azərbaycanın əlinə oynayır. Çünki belə qarşıdurma Ermənistandakı birliyə zərər vurur, erməni xalqı isə “ancaq bir olanda qalib gələ bilir”. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar