Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “Qarabağ” futbol klubu Kiprin APOEL klubu ilə cavab görüşü keçirəcək
PİA.az Trend-ə istinadən məlumat verir ki, cavab görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, ötən həftə Nikosiyada keçirilmiş ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.
pia.az