Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq pulu nəyə görə verilməlidir?

Azərbaycanda uşaq pulunun bərpası ilə bağlı müzakirələr davam edir.

PİA.az xəbər verir ki, tanınmış iqtisadçı alim Qubad İbadoğlu da bu barədə öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Azərbaycanda uşaqların sağlam böyüməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır:
"Nəzərə alsaq ki, ölkəmiz həm də müharibə şəraitindədir, bədxah qonşumuz Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib, gənclərimiz ərazi bütövlüyümüzü qorumaq üçün məcburi hərbi xidmətə gedirlər, bu baxımdan hesab edirəm ki, Azərbaycanda uşaqların sağlam böyüməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır".

Q.İbadoğlu qeyd edib ki, son tədqiqatlar Azərbaycanda uşaqların həm çəkisində, həm də ki boy artımında norma ilə müqayisədə azalma var: "Bunu hərbi komissarlıqda və çağırış məntəqələrində tibbi müayinədən keçən uşaqlarla əlaqəli aparılmış müşahidələr də təsdiq edir. Bu baxımdan hesab edirəm ki, dövlət uşaqlara sahib çıxmalı, onların istehlak, təhsil, sağlamlıq ehtiyaclarını minimum səviyyədə olsa da, uşaq pulu ödənilməsi vasitəsilə qarşılamaldır. Çünki, sabah hərbi xidmətə gedəcək gənc uşaqlıq dövründə dövlətin qayğısına möhtacdır. Ona görə də Azərbaycanda uşaqların normal qidalanması, eyni zamanda sağlamlığının təmin olunması, yaxşı təhsil alması üçün uşaq pulunun verilməsi zəruridir".

pia.az


Etiket: uşaq pulu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar