Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Otello əfsanəsi" Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 

Beynəlxalq Muğam Mərkəzində "Otello əfsanəsi" tamaşası nümayiş olunub...

Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun SABAH qruplarının tələbələrinin ifasında U.Şekspirin əsəri əsasında hazırlanmış "Otello əfsanəsi" tamaşası nümayiş olunub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, mistik ballada janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada SABAH qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər.

Qeyd edək ki, “Otello əfsanəsi” Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” adlı festivalda “Ən orijinal tamaşa” nominasiyası üzrə mükafata layiq görülüb.

Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olub. ADMİU SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri dosent Fikrət Məlikovdur.

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar