Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 14 marşrutun istiqaməti müvəqqəti dəyişdirildi - BNA-dan açıqlama

Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar

BNA-dan daxil olan məlumata görə, qanunsuz aksiyaya cəhd zamanı sərnişindaşımada fasiləsizliyin, rahatlığın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Dəyişikliyə əsasən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrut xətləri üzrə avtobusların hərəkəti “Azadlıq” prospektindən S.Əsgərova küçəsinə, Ş. Bədəlbəyli küçəsindən Bülbül prospektinə, Puşkin küçəsindən 28 may küçəsinə və Ş.İ.Xətai metrostansiyasından geriyə olmaqla təşkil edilib.

Qeyd edək ki, “28 May” Nəqliyyat Mübadilə Mərkəzində 14 müntəzəm marşrut xətti üzrə 220 avtobus fəaliyyət göstərir. Bir saatda 128 avtobusun girib-çıxdığı mərkəzdən gündəlik 200000 nəfər sərnişin istifadə edir.

İctimai asayişin pozulmasına yönələn hər hansı bir kütləvi ixtişaşlar şəhər nəqliyyatının, xüsusəndə ictimai nəqliyyatın işinə ciddi şəkildə mənfi təsir edir ki, bu da əhalinin haqlı narazılığına səbəb olur. Bunu nəzərə alaraq bildiririk ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək. (Yenisabah.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar