Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sifarişlə adam öldürən dəstədən xəbər var

Bakıda sifarişlə qətl törətməkdə təqsirləndirilən Amil Piriyev, Şaiq Pirəliyev, Ziya Dadaşov, Namiq Niftullayev, Namik İbrahimov və Həmidə Həsənovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb

PİA.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Qeyd edək ki, bu il aprelin 17-də səhər saatlarında paytaxtın Nizami rayonunun Azər Manafov küçəsi ev15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub. Daha sonra meyit daxili və xarici müayinədən keçirilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.

DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıblar. Onlar ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər. Qeyd edək ki. Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Polislər tərəfindən keçirilmiş əlavə əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin sifarişçisi Z.Dadaşov və A.Piriyevin “Leyla” kimi tanıdıqları paytaxt sakini əvvəllər məhkum olunmuş Həmidə Nəsibova da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində Z.Dadaşov və A.Piriyevlə tanışı V.İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib. (BakuPost.az)

pia.az


Etiket: cinayət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar