Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-BƏƏ 4-cü Ticarət Məclisi keçirilib

Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 4-cü Ticarət Məclisi keçirilib...

"APA-Economics"in məlumatına görə, BƏƏ-nin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov, BƏƏ-nin İqtisadiyyat naziri Sultan Bin Səid Al Mənsuri, səfirliyin və digər qurumların təmsilçiləri, həmçinin hər iki tərəfdən biznes nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edərkən nazir M. Cabbarov Ticarət Məclisini ölkələr arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün vacib platforma olduğunu bildirib. O qeyd edib ki, noyabrın 13-də Bakıda Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək. Nazir həmçinin Azərbaycanın investisiya mühiti, biznes üçün yaradılan şərait, logistika mərkəzləri, sənaye zonaları, investisiya təşviqi mexanizmi barədə qonaqlara ətraflı məlumat verib, ölkədə sahibkarlara vergi və gömrük güzəştlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.

Nazir əlavə edib ki, Azərbaycan BƏƏ-yə 350 milyon dollar, BƏƏ isə Azərbaycana 2 milyard dollar dəyərində investisiya qoyub ki, bunun 900 milyon dolları qeyri-neft sahəsinə ayrılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar