Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda reklam bazarının məhdud olma səbəbləri... - Ekspert açıqladı

Media üzrə mütəxəssis: “Hal-hazırda Azərbayacanda 10-dan çox televiziya və radio birbaşa dövlət büdcəsindən maliyyələşir. Bu da reklam bazarının subyekti olan özəl təşəbbüslərin imkanların məhdudlaşdırır”...

Azərbaycanda medianın informasiya resursu olması, xüsusən də ənənəvi medianın informasiya resursu kimi cəmiyyətin həyatında rol alması geri plana düşüb”.

Bu sözləri media üzrə mütəxəssis Ələsgər Məmmədli Mətbuat Şurasının sədri Əflatun Amaşovun mediada islahatlar aparılması barədə etdiyi təklifləri PİA.az-a şərh edərkən qeyd edib.

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov mediada islahatlar barədə yazıb. Ə.Amaşovun təklifləri arasında diqqət çəkən məsələləreən biri mediaya, xüsusən də internet mediasına reklam payı ayırmaq təklifidir. Bu təkliflə bağlı diqqət çəkən məsələlərdən də biri Azərbaycanın reklam bazarının qonşu Gürcüstan və Ermənistanın reklam bazarı ilə nisbətdə çox məhdud və zəif olmasıdır.

Azərbaycanın istehlak bazarı Gürcüstan və Ermənistanın istehlak bazarından daha böyük olduğu halda reklam bazarının bu qədər məhdud olmasını nəylə əlaqələndirmək olar və əsas səbəblər nədir?

Mövzunu PİA.az-ın əməkdaşı media üzrə mütəxəssis Ələsgər Məmmədli ilə müzakirə edib.

Ələsgər Məmmədli: “Artıq bazarda ənənəvi media öz hegemonluğunu tamamilə itirib və bazarda sadəcə 10-12 faizlik paya sahibdir”.

Azərbaycanda kiçik və orta biznesin inkişaf edə bilmədiyini vurğulayan ekspert bildirib ki, reklamı da verən orta və kiçik biznes olur. Azərbayacanda bu sektor inkişaf etmədiyinə görə reklam da inkişaf etmir:

“Bunun çoxlu səbəbləri var. Birinci səbəbi Azərbaycanın media sektorunda monopoliyanın mövcud olması və hökumət mediasının ağırlıqlı şəkildə üstün mövqe tutmasıdır. Hal-hazırda Azərbayacanda 10-dan çox televiziya və radio birbaşa dövlət büdcəsindən maliyələşir. Bu da reklam bazarının subyekti olan özəl təşəbbüslərin imkanların məhdudlaşdırır.

İkinci önəmli səbəb lisenziya verən qurum, yəni Teleradio Şurası lisensiyanı obyektiv kretiyalarda verməməsidir. Hansısa məmurların yaxınları şirkət qurur Teleradio Şurası ona dərhal lisenziya verir. Xezer Tv-nin təsisi haqqında lisensiya veriləndə biz demişdik ki, məmura yaxın adamlara və yaxud da məmurum ailəsinə dərhal lisensiya verməklə bu iş olmaz. Lisenziyanı o qruma vermək lazəmdır ki, onun infrastrukturu, bazarda dayanıqlığı olsun və s.

Ələsgər Məmmədli: “Hansısa məmurların yaxınları şirkət qurur Teleradio Şurası ona dərhal lisenziya verir”.

Üçüncü səbəb isə odur ki, onsuz da Azərbaycanda ən böyük problem məhz reklam bazarıdır. Çünki reklamın mövcud olması üçün azad, dayanıqlı bazar mühitinə ehtiyac var. Təəssüf ki, Azərbaycan iqtisadiyyatı sadəcə neftin üzərində inşa olunmuş iqtisadiyyatdır. Neft isə dövlətin nəzarətində olan sferadır. Neftin də reklama ehtiyacı yoxdur. Çünki alıcısı var.

Belə olan halda da demək olar ki, Azərbaycanda kiçik və orta biznes inkişaf edə bilmir. Reklamı da verən orta və kiçik biznes olur. Azərbayacanda bu sektor inkişaf etmədiyinə görə reklam da inkişaf etmir”.

Eyni zamanda media üzrə mütəxəssis Azərbayacan mediasında 10 il öncəki dövrə də nəzər saldığımız sualımıza cavab verib.

Bəs necə oldu ki, 10 il öncə 40 milyondan çox olan bazar indi 4 milyon dollara düşüb? O zaman da bazarda bu subyektlər yox idi...

Sualımıza cavab olaraq ekspert bildirib ki, indi Azərbaycanda medianın informasiya resursu olması, xüsusən də ənənəvi medianın informasiya resursu kimi cəmiyyətin həyatında rol alması geri plana düşüb:

“Ümumiyyətlə Azərbaycanda medianın informasiya resursu olması, xüsusən də ənənəvi medianın informasiya resursu kimi cəmiyyətin həyatında rol alması geri plana düşüb. Daha doğrusu əvvəlki mövqelərini çox itirib.

Hazırda son sorğular göstərir ki, hər 100 nəfər şəxsin 85-i sosial mediadan informasiya alır. 100 faiz üzərindən 10 faiz televiziya və radiodan, 2 faiz qəzet və jurnallardan, 3 faiz isə digər şəxslərdən informasiya alır. Bu da o deməkdir ki, artıq bazarda ənənəvi media öz hegemonluğunu tamamilə itirib və bazarda sadəcə 10-12 faizlik paya sahibdir.

Ələsgər Məmmədli: “Hər 100 nəfər şəxsin 85-i sosial mediadan informasiya alır”.

Məlumdur ki, sosial mediyada reklamını alanlar Azərbayacanda deyil. Bunlar "facebook", "tvitter", "instagram", "youtube" ki, reklam pulları ABŞ-a axır. Dolayısı ilə bu Azərbaycan media bazarının reklamı kimi qəbul edilə bilməz”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar